“Qarabağ” klubunun qapçısı Fərhad Vəliyevin Qol.Az saytına müsahibəsi
- Unibank Premyer Liqanın sonuncu - 32-ci turunda səfərdə “Xəzər Lənkəran”a 1:4 hesabıyla məğlub oldunuz. Belə böyük hesabla məğlub olacağınızı gözləyirdin?
- Düzünü desəm, bu cür məğlub olacağımızı gözləmirdim. Əksinə komandamın yaxşı nəticə qaznacağına ümüd edirdim. Çox təəssüf ki, belə alındı. Əslində “Xəzər Lənkəran” da qələbəyə layiq oyun nümayiş etdirdi və bunun sayəsində də inamlı qələbə qazandı.
- “Qarabağ”ın son 3 ildə Avroliqada yaxşı nəticələrə imza atdığı hər kəsə bəllidir. Hər zaman komandanın yanında olan azarkeşlərin Avroliqa ümidlərini alt-üst edən bu böyükhesablı məğlubiyyətin səbəbini nə ilə izah edərdin?
- Əlbəttə, bu qarşılaşmada azarkeşlər bizdən çox şey gözləyirdilər. Bu görüşdə qələbəmizə həddindən artıq ümid edirdilər. Çox təəssüf ki, alınmadı. Düzdü, “İnter” üzərindəki qələbədən sonra özümüzə inanmışdıq ki, Lənkəranda da qalib gələ bilərik. Lakin istəyimiz baş tutmadı. “Xəzər Lənkəran”la oyunda çox zəif çıxış etdik. Məğlubiyyətin səbəbini isə demək çətindir. Sadəcə, onu deyə bilərəm ki, rəqib bizdən üstün futbol oynayaraq, layiqli qələbə qazandı.
- Ola bilərmi ki, ilk qoldan sonra komanda oyununu itirdi?
- Xeyir, belə düşünmürəm. Biz elə qarşılaşmalar olub ki, ilk qol buraxmağımıza baxmayaraq, sonda qələbə qazana bilmişik. Sadəcə, oyunumuz alınmadı.
- Lənkəranda baş tutan oyunda qapında gördüyün qollardan hansındasa kobud səhvinin olduğunu düşünürsən?
- Deyərdim ki, buraxdığım qollarda kobud səhvlərim olmadı. Ancaq onu deyim ki, məğlubiyyət bütün komandanın uğursuzluğudur.
- Görüşün 11 dəqiqəsində buraxdığınız ilk qoldan sonra komandan açıq futbola üstünlük verdi. Düşünmürsən ki, böyükhesablı məğlubiyyətə səbəb elə bu oldu?
- Nə bilim vallah. Ola bilər. Rəqibin də heyətində kifayət qədər güclü legionerlər var ki, bundan istifadə etməyi bacardılar.
- Matç başa çatdıqdan sonra rəhbərlik və ya baş məşqçiniz Qurban Qurbanovun sizinlə hər – hansı bir söhbəti oldumu?
- Xeyir, oyun başa çatdıqdan sonra heç bir söhbət olmadı. Baş məşqçimiz Qurban müəllim sadəcə, komandaya öz iradını bildirərək belə oyun gözləmədiyini söylədi. Hər kəs çox məyus olmuşdu.
- Sən necə, “Qarabağ”da qalacaqsan yoxsa, getməyi düşünürsən?
- Hələ ki, “Qarabağ”da qalmağı planlaşdırıram. Çünki hələ ki, mənə təkliflər gəlməyib. Yəqin ki, birinci öz komandamla danışıq masasına oturacağam. Əgər “Qarabağ”la anlaşa bilməsəm, ola bilsin başqa kluba keçdim.
Əli HƏYATİ
Azərbaycan millisi Maltaya uduzdu
FİFA "pulsuz" satılan biletlərin ödənişini tələb edir
Slot London klubunun təklifini rədd etdi
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Xəyal Əliyev zədələndi, meydanı xərəkdə tərk etdi - Video
Sadıq Sadıqov dünyasını dəyişdi
"Şamaxı" onu da yola saldı
Mbappe artıq ən bahalı futbolçu deyil
Azərbaycan - Malta: Heyətlər
DÇ-2026-nın "ölüm qrupu"nda hansı ölkələr var?
Messi və Son Hın Min eyni komandada
Azərbaycan millisi Macarıstana uduzdu
"Yeni transferlər olacaq" - Zaur Həşimov
Millinin futbolçuları arasında gərginlik - Şəkil
"Neymar sabah müayinədən keçəcək"
"Real" aşağı liqaya düşən klubun futbolçusuna göz dikdi
Misli Premyer Liqası klublarına nə qədər ödəniş ediləcək?
“Şəfa” yeni baş məşqçisini açıqladı - Şəkillər
"Liverpul"dan ayrılan futbolçu "Tottenhem"də - Rəsmi
"Beşiktaş"ın yeni baş məşqçisi açıqlandı
Səhhətində narahatlıq yarandı, millidən ayrıldı
Mehriban Əliyeva Avropa çempionu olan millini təbrik etdi
Əliyar Ağayev və Tural Qurbanova UEFA-dan təyinat
Prezident Minifutbol Federasiyasına 1 milyon manat ayırdı
"Şamaxı" onunla müqaviləni uzatdı
AFFA-da seminar keçirildi
Romada 1 qızıl, 1 bürünc medal
DÇ-2026-da vuvuzela qadağası
Vasili Berezutski istefaya göndərildi
"Benfika"dan "Trabzonspor"a
Daha iki legioner "Karvan-Yevlax"ı tərk etdi
"Mourinyo ilə müqavilə artıq yekunlaşdırılıb" - Peres
Liqa 1 klubu baş məşqçisi ilə yolları ayırdı
Millimizin finaldakı qələbəsi və çempionluq sevinci - Video
İspaniya millisi İraqla bacarmadı
“Liverpul” yeni baş məşqçisini açıqladı