"İnter" klubunun yarımmüdafiəçisi Samir Zərgərovun Qol.Az saytına müsahibəsi
- Unibank Premyer Liqanın sonuncu - 32-ci turunda evdə “Bakı”yla həlledici matça çıxdınız. Nədənsə ilk hissədə çox çalışsanız da, oyununuz alınmırdı...
- Düzdü, ilk yarıda bir neçə real qol imkanlarımız olsa da, bundan istifadə edə bilmədik. Əgər bunlardan yararlana bilsəydik, hesab daha böyük ola bilərdi. Qarşımıza qoyulan əsas vəzifə 3 xal qazanmaq idi. Şükürlər olsun ki, bunu bacardıq.
- "Bakı" ilə oyundan öncə Avroliqaya vəsiqə qazanacağınıza inanırdın?
- Bilirdik ki, bu, həlledici oyun olacaq. İstənilən nəticənin qeydə alına biləcəyini yaxşı dərk edirdik. Düzünü desəm, “Qarabağ”la oyundan sonra pərişan olsaq da, komandayla sözümüzü bir yerə qoyaraq, əlimizdən gələni edəcəyimizə söz verdik. Bu məsuliyyəti bütün komanda hiss edirdi. Məncə, biz “Bakı”dan daha üstün oynadıq. Ona görə də, qalib gəldik.
- Səncə, rəqibinizi daha çox hansı komponentlərdə üstələdiniz?
- Biz bilirdik ki, onların irəlidə “Neftçi”ylə kubokun finalında çətin görüşləri var. Buna görə də “Bakı” meydana əsas heyətlə çıxmamışdı. Daha çox gənclərə üstünlük vermişdilər. Məncə, üstünlüyümüz rəqibə nisbətən meydanda daha təcrübəli futbolçularımızın olması idi. Düşünürəm ki, “Bakı”nın heyətindəki gənc futbolçuların təcrübəsizliyi də burada böyük rol oynadı.
- Yəqin ki, meydana çıxmazdan əvvəl ən böyük istəklərinizdən biri də “Qarabağ”ın səfərdə məğlub olması idi. Axı “Qarabağ” səfərdə qələbə qazansaydı, “İnter” də Avroliqaya vəsiqə qazanmaq üçün bu görüşdə mütləq qalib gəlməli olacaqdı...
- Necə ki, “Qarabağ” bizim məğlubiyyətimizi arzulayırdısa, biz də onlar üçün eynisini istəyirdik. Çox şükürlər olsun ki, hər şey bizim xeyrimizə oldu. Yəni, sonda sevinən tərəf məhz "İnter" oldu.
- “Bakı”nın meydana daha çox gənc və təcrübəsiz futbolçularını buraxması, "zolaqlılar"ın "İnter"ə oyunu satması kimi söz-söhbətlərə yol açmayacaq ki?
- Fikrimcə, biz də “Bakı”nın yerində olsaydıq, əsas heyətlə meydana çıxmazdıq. Çünki qarşıda onlar üçün vacib olan kubokun final görüşü var. Onların yerində hansı komanda olsaydı, eyni üsuldan istifadə edərdi.
- Əksər qarşılaşmalardakı kimi yenə də komandanızın xilaskarı Baçana Sxadadze oldu. Bu barədə nə deyərdin?
- Fikrimcə, Sxadadze komandada qalmalıdır. Bu mövsüm Baçananın komandaya çox xeyri dəydi. Bu futbolçunun potensialı çox böyükdür. İnanıram ki, onun özü də komandamızda qalmağı üstün tutacaq.
- "İnter"lə müqavilənin müddəti artıq başa çatmaqdadır. Komandanla yeni müqavilə imzalamağı düşünmürsən?
- May ayında müqaviləm başa çatır. Lakin “İnter”lə müqaviləmi yeniləmək fikrindəyəm. Rəhbərlik də mənə bu barədə fikrini bildirmişdi. Düzdü, digər bir neçə yerli klublar da mənə təkliflər göndərmişdi. Lakin məsləhətlisi elə “İnter”də qalmaq olacaq.
Əli HƏYATİ
Azərbaycan millisi Maltaya uduzdu
FİFA "pulsuz" satılan biletlərin ödənişini tələb edir
Slot London klubunun təklifini rədd etdi
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Xəyal Əliyev zədələndi, meydanı xərəkdə tərk etdi - Video
Sadıq Sadıqov dünyasını dəyişdi
"Şamaxı" onu da yola saldı
Mbappe artıq ən bahalı futbolçu deyil
Azərbaycan - Malta: Heyətlər
DÇ-2026-nın "ölüm qrupu"nda hansı ölkələr var?
Messi və Son Hın Min eyni komandada
Azərbaycan millisi Macarıstana uduzdu
"Yeni transferlər olacaq" - Zaur Həşimov
Millinin futbolçuları arasında gərginlik - Şəkil
"Neymar sabah müayinədən keçəcək"
"Real" aşağı liqaya düşən klubun futbolçusuna göz dikdi
Misli Premyer Liqası klublarına nə qədər ödəniş ediləcək?
“Şəfa” yeni baş məşqçisini açıqladı - Şəkillər
"Liverpul"dan ayrılan futbolçu "Tottenhem"də - Rəsmi
"Beşiktaş"ın yeni baş məşqçisi açıqlandı
Səhhətində narahatlıq yarandı, millidən ayrıldı
Mehriban Əliyeva Avropa çempionu olan millini təbrik etdi
Əliyar Ağayev və Tural Qurbanova UEFA-dan təyinat
Prezident Minifutbol Federasiyasına 1 milyon manat ayırdı
"Şamaxı" onunla müqaviləni uzatdı
AFFA-da seminar keçirildi
Romada 1 qızıl, 1 bürünc medal
DÇ-2026-da vuvuzela qadağası
Vasili Berezutski istefaya göndərildi
"Benfika"dan "Trabzonspor"a
Daha iki legioner "Karvan-Yevlax"ı tərk etdi
"Mourinyo ilə müqavilə artıq yekunlaşdırılıb" - Peres
Liqa 1 klubu baş məşqçisi ilə yolları ayırdı
Millimizin finaldakı qələbəsi və çempionluq sevinci - Video