“Muğan» klubunun baş məşqçisi Nadir Qasımov komandanın keçmiş futbolçusu Əli İsmayılovun onu «İnter»ə oyun satmaqda ittiham etməsinə münasibət bildirib. “Əli İsmayılovdan soruşmaq lazımdır ki, əgər onda belə bir informasiya var idisə nəyə görə əvvəlcədən açıb demirdi? Elə ki, komandadan qovuldu, ağzına gələni danışmağa başlayıb. 31 ildir futboldayam, kifayət qədər məşqçilik təcrübəm var. Amma indiyə qədər heç kim məni kiməsə oyun satmaqda ittiham etməyib» - deyə N.Qasımov Qol.Az-a bildirib. Əli İsmayılovu məhkəməyə verəcəyəyini deyən N.Qasımov artıq hazırlıq işlərinə başladığını vurğulayıb: «Hüquqşünas və vəkilimlə məsləhətmişəm. Qoy, Əli zəhmət çəksin, gəlsin, məhkəməyə orada aydınlaşdırsın görək bu nə məsələdir, hardan alıb bu informasiyanı, niyə ağzına gələni danışır. Elə “İnter” rəhbərliyini də dəvət edəcəm gəlsinlər onlar da fikirlərini desinlər. Əgər günahım varsa, qoy Allah mənim cəzamı versin. İnsan danışanda gərək düşünə ki, nə danışır. Nadir Qasımovu da hamı tanıyır, Əli İsmayılovu da. İkinci bir tərəfdən də, məgər “İnter” o qədər zəif komandadır ki, “Muğan”dan oyun alsın?”. Onu vicdanı ilə baş-başa buraxıram”.
N.Qasımov futbolçunun konkret hansı səbəbdən klubdan qovulmasına bir daha aydınlıq gətirib: “Əli adlı futbolçunu mən ilk dəfə “Muğan”da tanıdım. Hər halda güclü futbolçu olsaydı, inidyə kimi tanıyardım. Onun komandadan qovulmasının səbəbi klubnun nizam-intizam kodeksini pozması və məşqlərə gəlməməsi olub. Bundan başqa, “Karvan”la oyundan sonra tərbiyəsizlik edərək klubumuzun vitse-prezidenti Füzuli Əliyevi də ədəbsiz söyüşlərlə təhqir edib”. “Muğan”ın baş məşqçisi Əlinin onun məşqçilik keyfiyyətlərinin aşağı olması və məhz bu səbəbdən komandanın oyunları uduzduğuna dair olan ittihamlarına da cavab verib: “Nədəns,ə indi hamı özünü futbol bilicisi kimi göstərir. Dediyim kimi, Nadir Qasımovun 31 illik məşqçilik təcrübəsi var. Cari mövsüm 2 dəfə jurnalistlər tərəfindən turun məşqçisi seçilmişəm. İndiyə qədər müxtəlif yaş qrupundan olan milli komandalarda işləmişəm. Əgər Nadir Qasımov savadsız məşqçidirsə, deməli, onu bu posta qoyan insanlar da savadsız olub hə? Hamı savadsızdır, təkcə Əli savadlıdır? Eybi yox, gələr məhkəmədə dediyi sözlərə görə cavab verər”.
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı