“Neftçi”nin sabiq baş məşqçisi Arif Əsədov Qol.Az saytına müsahibə verib
- Hazırda nə işlə məşğulsunuz?
- AFFA-nın futbol akademiyasında təşkil olunan məşqçilik kurslarında iştirak edirəm. Kurslar ayın 14-ə kimi davam edəcək.
- Növbəti mövsümdən sizi yenidən iş başında görə biləcəyik?
- Qismət olsa görəcəksiniz.
- Ümumiyyətlə, təkliflər var?
- Yox, hələ ki, konkret bir şey yoxdur.
- 1 ilə yaxındır çempionatı kənardan izləyirsiniz. Premyer Liqa necə təsir bağışlayır?
- Son turlara qədər hər şey stabil gedirdi. Ancaq sona doğru vəziyyət mürəkkəbləşdi. “Neftçi” çempionluğu təmin eləmişdi bu, öz yerində. Amma Avopa Liqasına kimlərin gedəcəyi dəqiqləşməyib. Əgər “Xəzər Lənkəran” öz meydanında “Qəbələ”ni məğlub etsəydi, o zaman vəsiqəni təmin edirdi. Ancaq onlar da xal itirməklə, hər şeyi sonuncu tura saxladılar.
- Sizcə, “Xəzər Lənkəran”, “Qarabağ” və “İnter”dən ən çox hansı komandanın avrokuboklara getmək şansı yüksəkdir?
- Hər üçünün şansı var. “Xəzər Lənkəran” - “Qarabağ” matçında şansları 50/50-ə dəyərləndirirəm. “İnter”- “Bakı” oyununa gəlincə, müəyyən söz-söhbətlər gedir ki, guya ola bilsin “Bakı” rəqibinə xal verəcək. Amma mən buna inanmıram. Çünki o komandada rəhbər postda elə insanlar əyləşib ki, heç vaxt bu yola getməzlər. İstənilən oyunda da qarşılarına qoyduqlarl məqsəd ancaq qələbədir. Belə düşünmək olar ki, Avropa Liqasına vəsiqəni təmin etdikləri üçün oyuna arxayın çıxacaqlar və bu da “İnter”in xeyrinə olacaq. Ancaq mən bununla da razılaşmıram. Əksinə, düşünürəm ki, “İnter” daha çox psixoloji gərginlik altında olacaq.
- Sabiq klubunuz “Neftçi” bu dəfə də çempion adını qazandı. Böyükağa Hacıyevi təbrik etdiniz?
- Bəli, təbrik etdim. Daha doğrusu, təbrik mesajı göndərdim, amma cavab gəlmədi. Bilmədim mesaj gedib çatmadı yoxsa, özü cavab yazmadı.
- Siz onu təbrik edirsiniz, ancaq maraqlıdır ki, “Dinamo”ya Zaqrebdəki məğlubiyyətdən sonra futbol verlişinə çıxan Hacıyev sizi kəskin tənqid etmişdi...
- Bilirəm, həmin verlişdən xəbərim var. Guya taktiki cəhətdən səhvlərə yol verilib, Mitrevskini meydandan çıxarmamalı idim filan. Amma mənim xarakterimdə elə şey yoxdur ki, yerli həmkarım haqqında nə isə deyim. Odur ki, çempionluq münasibətiylə təbrik mesajı göndərdim. Çünki Böyükağa müəllim də öz azərbaycanlımızdır, yerli mütəxəssislərimizdəndir.
- Bu çempionluqda sizin zəhmətiniz olduğunu düşünənlər də az deyil. Həmin insanlar deyir ki, Arif Əsədov sıfırdan komanda qurub çempion olduğu halda, Böyükağa Hacıyev hazır komanda ilə bu adı qazandı...
- Bilirsiniz, heç bir məşqçinin zəhmətini əlindən almaq olmaz. Keçən il mənim zəhmətim oldu, bu il onun. Hər məşqçi çempionluq sevincini yaşamaq, dadmaq istəyir. Sadəcə, məşqçinin zəhmətinə qiymət verilməlidir.
- Sizcə, ötən mövsüm çempionluğu qazanmaq daha çətin idi yoxsa, bu mövsüm?
- İstəmirəm fikirlərim yalnış anlaşılsın, çünki sonra deyəcəklər ki, özü çempion olduğu üçün belə deyir. Ancaq mənim fikrimcə, keçən mövsüm çempionat daha gərgin şəraitdə keçirdi. “Xəzər Lənkəran” indikindən güclü idi. Eyni sözləri “İnter” haqqında da demək olar. Çünki bu mövsümlə müqayisədə, ötən mövsüm “bankirlər”in də heyəti xeyli güclü idi.
Anar XANLAROV
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır