“İnter”in yarımmüdafiəçisi Nizami Hacıyevin Qol.Az saytına müsahibəsi.
- “Qarabağ”a məğlubiyyətdən sonra komandanın psixoloji durumu nə yerdədir?
- Sözün açığı, məğlubiyyətdən sonra komandada psixoloji durum aşağı səviyyədə idi. Bunu özümüz də yaxşı başa düşürdük. Ancaq bir az istirahətdın sonra özümüzə gəldik. Hamı başa düşür ki, hər şey öz əlimizdədir. Nəyin bahasına olursa-olsun meydana çıxıb qələbə qazanmalıyıq.
- “Bakı”yla oyunöncəsi müxtəlif şaiyələr dolaşmaqdadır...
- “Bakı”nın güclü heyəti var və istənilən komandanı məğlub etməyə qadirdilər. Tərəflərin şanslarını eyni dəyərləndirirəm. “Bakı” artıq Avropa Liqasına vəsiqəni təmin edib. Bizim üçünsə hər şey bu oyundan aslıdır. Rəqibin meydanda hansı motivasiya ilə çıxacağını deyə bilmərəm. Bəlkə də heç ciddi hazırlaşmırlar. Ya da ikinci heyətlə oynayacaqlar və baş məşqçiləri aparıcı futbolçularına istirahət verəcək. İnşallah, sabah nələr baş verəcəyini meydanda görəcəyik. Heç bir söz-söhbətə fikir vermədən meydana çıxıb 3 xal üçün oynayacağıq. Bir də mən sizə bir söz deyim. “Bakı” nə vaxt “İnter”ə xal verib ki? Həm də “İnter”ə heç kəsin xalı lazım deyil. Biz öz gücümüzə qazandığımız xallarla bu pilləyə yüksəlmişik.
- Yəni, “Bakı” ilə aranızdakı qarşılaşmanın prinsipial olacağını düşünmək olar...
- Prinsipial deyəndə ki, meydana çıxıb öz işimizi görəcəyik. Oyuna çox ciddi hazırlaşırıq. Nəyi bacarırıq sabah meydanda ortaya qoyacağıq.
- Baş məşqçiniz Kaxaber Sxadadze çox vaxt hücumçuların çıxışından narazı qalır. Son anda hücumu məntiqi sonluqla başa çatdırmaqda problemləriniz var. Bunu nə ilə əlaqələndirərdin?
- İstəməzdim ki, vacib oyun öncəsi hücumçularımızın çıxışını müzakirəyə qoyum. Düşünmürəm ki, “Bakı”yla qarşılaşmada bu amil bizim üçün çox böyük problem yaratsın. Şəxsən mən komandamızın hücumçularına çox inanıram və sabah onların özlərini doğruldacağına ümidliyəm.
- Əgər avrokuboklara vəsiqə qazanmasanız, bunu “İnter” üçün faciə hesab etmək olar?
- Fikrimcə, bu gün “İnter” Azərbaycanda baxımlı futbol oynayan iki komandadan biridir. Bəzəz uğursuzluqlar və məğlubiyyətlər qaçılmaz olur. Hər zaman qələbə qazanmaq olmur. Amma vəsiqə qazana bilməsək belə, bunu faciə adlandırmazdım. Onu da deyim ki, “İnter” Avropa Liqasından kənar qalmağa layiq deyil.
- Müqavilənin müddəti mayın sonunda başa çatır. Rəhbərlik sənə yeni müqavilə təklif edib?
- Bəli, rəhbərlik şifahi olaraq, müqavilə imzalamaq haqda təklif göndərib. Lakin hələ bu barədə danışmaq istəməzdim. Çünki qarşıda vacib oyunumuz var və bütün fikrimi buna cəmləmişım.
- Bəs, digər klublardan təkliflər gəlib?
- Təkliflər gəldiyini demək olar. Lakin bu məsələləri “Bakı”yla oyundan sonra müzakirə edəcəm. Öz yaxınlarımla da oturub məsləhətləşəcəm. Hazırda “İnter”in çörəyini yeyirəm və bu komandanın mənə çox köməyi dəyib. Ona görə də, ilk növbədə sabahkı oyunu və avrokuboklara vəsiqəni düşünürəm
Əli HƏYATİ
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi
“Cəbrayıl”ın 3 qollu qələbəsindən - Video
AVRO-2032 Türkiyədə keçirilə bilər
Millinin baş məşqçisi istefa verdi
Noyer pley-off tarixinə düşdü
"Arsenal" bu göstəricidə Avropada liderdir
“Ayaks” Avstriya klubu ilə əməkdaşlıq edəcək
Daha az maaşla klubunda qaldı
"Millini çalışdırmaq istəsə, onu dəstəkləyərdim"
“Bakı Sportinq” və “Cəbrayıl” tura qələbə ilə başladı
14 illik həsrət bitdi
Azərbaycan millisinin İspaniyadakı ilk məşqindən - Şəkillər
Matçın ən yaxşısı seçilən 40 yaşlı Noyerdən açıqlama
Daha 4 il üçün federasiya prezidenti seçildi
Növbəti mövsüm ÇL-də İngiltərənin 5 klubu iştirak edəcək
"Barselona" bu hücumçunu satacaq
"Marsel"in baş məşqçisinin evi qarət olundu
"Qarabağ"da iclas keçirildi - Şəkillər
Çempionlar Liqasında rekord qırdı
Avrokubokların oyunlarını yayımlayacaq kanallar
Son 4 mövsümün ən böyük hesabı
Azərbaycan çempionatlarının 21-ci əsrdəki rekordu yeniləndi
Azərbaycandakı amerikalıların 10-cu het-triki
Bəxtiyar Həsənalızadə: “Qələbədən başqa yolumuz yoxdur”
Arbeloa: "Münhendə "Real" qalib gələcək"
65 il sonra qayıtdılar
Avropa Liqasında 1/4 final başlayır
"Bavariya"nın Madrid zəfəri - Video
"Quba" "Şəki Siti" ilə üz-üzə
"Bavariya" "Real"a, "Arsenal" "Sportinq"ə qalib gəldi
6 qol və "Sabah"ın qələbəsi - Video
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
Luçesku əməliyyat oluna bilməyəcək
Qırmızı vərəqə, "Zirə"nin qaçırdığı penalti - Video
"4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik"
"Turan Tovuz"un xal itkisi - Video