“Qarabağ” komandasının müdafiəçisi Qara Qarayevin Qol.Az saytına müsahibəsi
- “Xəzər Lənkəran”la vacib oyunöncəsi komandanızda əhval-ruhiyyə hansı səviyyədədir?
- Açığı, ötən tur “İnter”lə oyuna qədər komandada vəziyyət bir o qədər yaxşı deyildi. Bir az çaşqınlıq içərisindəydik. Lakin qələbə qazandıqdan sonra uşaqların əhval-ruhiyyəsi birəbeş yüksəldi. Məncə, “Xəzər Lənkəran”la oyuna komanda yaxşı köklənməkdədir. Düşünürəm ki, “İnter” üzərindəki qalibiyyətin bizə çox köməkliyi dəyəcək.
- “Xəzər Lənkəran”la səfər oyununda üç xal qazanmaq şanslarınızı necə dəyərləndirirsən?
- Həmin oyundan nə desən, gözləmək olar. Lənkərandakı matçda həm qələbə qazana, həm də məğlub ola bilərik. Bir sözlə, istənilən nəticəyə hazır olmaq lazımdır. Çalışacağıq ki, bu matça sonuncu döyüş kimi baxaq. Əlimizdən nə gəlirsə, əsirgəməyəcəyik. Bu qələbə bizim üçün çox önəmlidir.
- Belə qarşılaşmalarda komandalar daha çox ehtiyyatlı oyuna üstünlük verirlər. Bir vurulan qol oyunun taleyini həll edə bilər. Bəs, “Qarabağ” necə hər zamankı kimi hücumda, yoxsa, daha çox müdafiədən oynamağı üstün tutacaq?
- Düzdü, “Qarabağ”ın özünəməxsus oyun tərzi var. Ancaq mən deməklə deyil ki? Baş məşqçimiz Qurban Qurbanovun bu oyun üçün öz taktikası var. Çünki elə oyunlar olub ki, meydana fərqli-fərqli taktikalarla çıxmışıq. Yəqin ki, baş məşqçimiz “Xəzər Lənkəran”la görüşə də uyğun taktika quracaq.
- Ümumiyyətlə, səfərdə vacib qarşılaşmada, heyətində güclü legionerlər olan bir komandayla açıq futbol oynamaq təhlükəli deyilmi?
- Mənim fkrimcə də, bu, komandamız üçün çox təhlükəli olar. Çünki çox əhəmiyyətli və Avroliqa taleyimizi həll edən bir görüş olacaq. Lakin yenə də deyirəm, baş məşqçimizin Lənkəran təmsilçisinə qarşı oynamaq üçün özünün ayrıca sxemi var. Çalışacağıq ki, Qurban müəllimin verdiyi taktikanı meydanda yerinə yetirək.
- Növbəti rəqibiniz olan "Xəzər Lənkəran”ın hücum və yarımmüdafiə mövqeyində səviyyəli legionerlər çıxış edir. Sən onlardan hansından daha çox ehtiyyat edirsən?
- Bəli, “Xəzər Lənkəran”da səviyyəli futbolçular çoxdu. Onların sırasında Adrian Pit və Katalin Domanı xüsusi vurğulaya bilərəm. Bu futbolçular istənilən komandanı cəzalandıra bilərlər. Mənim üçün daha təhlükəli futbolçular onlardır.
Əli HƏYATİ
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər