“Neftçi” klubunun yarımmüdafiəçisi Cavid İmamverdiyevin Qol.az saytına müsahibəsi
- “Neftçi” artıq çempionluğu təmin edib. Son turda “Qəbələ”ni qəbul edəcəksiniz. Bu mövsüm onlarla qarşılaşmalarınız həm qalmaqalla, həm də böyükhesablı məğlubiyyətinizlə yadda qaldı. Bu dəfə hansı nəticəyə ümid edirsən?
- Çempion olsaq da, bu görüşdə qələbə qazanmağı düşünürük. Ən azı çempion kimi mübarizə aparmalıyıq. Konkret olaraq “Qəbələ”ni məğlub etmək üçün yaxşı köklənmişik. Baş məşqçi meydana hansı heyəti buraxmasından asılı olmayaraq, lazım gələrsə, ayaq qoyulan yerə başla qoyacağıq. Mütləq qalib gəlmək istəyirik. Çünki biz “Qəbələ”dən 4:1 hesablı məğlubiyyətin əvəzini çıxmalıyıq.
- Onda belə çıxır ki, bu görüş sizin üçün daha çox revanş xarakteri daşıyacaq?
- Bu, mənim fikirimdir. Komanda adından danışa bilmərəm. Zənnimcə, belə olması qarşılaşmanı daha da maraqlı və baxımlı edəcək.
- Ötən turda “Bakı”ya uduzmağınız kubokun final öncəsi komandanıza psixoloji təsir etməyib ki?
- Düşünürəm ki, əksinə, daha yaxşı təsir göstərəcək. Çünki futbolçular istər-istəməz məğlubiyyətə görə bir qədər hirsli olacaqlar. Bu amil final görüşünə daha yaxşı motivasiya olmağımıza kömək edəcək. Mən kuboku komandamızın qazanacağına həddindən artıq inanıram. Çempionluq da, kubokda bizim olmalıdır. Çünki “Neftçi” hər ikisinə layiqdir.
- Mövsümün sonu bir çox komanda yoldaşının “Neftçi”ylə müqaviləsi başa çatır. Onlardan bəziləri digər klublardan təkliflər aldıqlarını da söyləyiblər. Bəs, səndə vəziyyət necədir?
- Mənim müqaviləmin müddətinin bitməsinə hələ xeyli vaxt var. Digər klublardan təkliflərə gəlincə, belə bir şey yoxdur. Əgər gəlsə belə, bu qərarı yalnız klubun prezdenti Sadıq Sadıqov və baş məşqçi Böyükağa Hacıyevlə müzakirə edəcəyik.
- Ümumiyyətlə, komandanı dəyişmək haqda düşünürsən?
- Yenə deyirəm, Sadıq müəllim harda məsləhət bilsə, orda da oynayacağam. Əgər Sadıq müəllim “Cavid getməyin məsləhətdir, get” desə, canla-başla gedərəm.
- Komandanıza yeni transferi Rəşad Sadiqov barədə nə deyə bilərsən?
- Buna çox sevindim. Rəşad Azərbaycanda ən sayılıb-seçilən orta xətt oyunçularından biridir. O, mənim sevimli oyunçumdur. Mən Rəşadla birgə meydanda 10-15 dəqiqə mübarizə aparsam, özümü xoşbəxt futbolçu hesab edərəm.
Əli HƏYATİ
"Arsenal"a keçə bilər
Azərbaycan millisi Maltaya uduzdu
FİFA "pulsuz" satılan biletlərin ödənişini tələb edir
Slot London klubunun təklifini rədd etdi
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Xəyal Əliyev zədələndi, meydanı xərəkdə tərk etdi - Video
Sadıq Sadıqov dünyasını dəyişdi
"Şamaxı" onu da yola saldı
Mbappe artıq ən bahalı futbolçu deyil
Azərbaycan - Malta: Heyətlər
DÇ-2026-nın "ölüm qrupu"nda hansı ölkələr var?
Messi və Son Hın Min eyni komandada
Azərbaycan millisi Macarıstana uduzdu
"Yeni transferlər olacaq" - Zaur Həşimov
Millinin futbolçuları arasında gərginlik - Şəkil
"Neymar sabah müayinədən keçəcək"
"Real" aşağı liqaya düşən klubun futbolçusuna göz dikdi
Misli Premyer Liqası klublarına nə qədər ödəniş ediləcək?
“Şəfa” yeni baş məşqçisini açıqladı - Şəkillər
"Liverpul"dan ayrılan futbolçu "Tottenhem"də - Rəsmi
"Beşiktaş"ın yeni baş məşqçisi açıqlandı
Səhhətində narahatlıq yarandı, millidən ayrıldı
Mehriban Əliyeva Avropa çempionu olan millini təbrik etdi
Əliyar Ağayev və Tural Qurbanova UEFA-dan təyinat
Prezident Minifutbol Federasiyasına 1 milyon manat ayırdı
"Şamaxı" onunla müqaviləni uzatdı