“Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynov Qol.Az saytına müsahibə verib
- “Qəbələ” ilə oyunun son dəqiqələrinə kimi Avropa Liqasına vəsiqəni təmin etmişdiniz. Necə oldu ki, azlıqda qalan rəqib hesabı bərabərləşdirdi?
- Həmin oyunda kifayət qədər qol imkanımız oldu. Xüsusilə “Qəbələ” azlıqda qalandan sonra. Oyunu izləyənlər də bunu gördü. Ancaq həmin imkanlardan istifadə edə bilmədik. Daha doğrusu, sanki bəxt bizdən üz döndərmişdi. Əvəzində son dəqiqədə qapımızdan qol buraxdıq. Belə baxanda heç orada qol epizodu da yox idi. Amma bu futboldu, neyləmək olar?
- Yeri gəlmişkən, qapınıza vurulan qol mübahisəli idi...
- Elədir, mən də düşünürəm ki, mübahisəli epizod idi. Prinsipcə hakimlikdən narazı qalmadım. Həm mərkəz, həm də yan xətt hakimi oyunu yaxşı idarə etdi. Yeganə şübhəli məqam Azər Əsgərovun qərarı oldu. Fikrimcə, top qapı xəttini keçməmişdi. Amma yenə də epizoda bir daha baxmaq lazımdır. Yəqin ki, AFFA-da baxıb öz qərarlarını verəcəklər.
- Əgər hakimin səhvə yol verdiyi aşkarlansa, demək olar, “Xəzər Lənkəran”ın haqqı yeyildi?
- Bunu artıq həmin hakimin vicdanına buraxacağıq.
- Ümumiyyətlə, “Qəbələ” ilə oyundakı xal itkisinə görə əsas günahkar kimi görürsünüz?
- Günah elə özümüzdədir.
- Futbolçularla görüşüb iradlarınızı çatdırmısınız?
- Yox, oyundan sonra futbolçuları 1 günlük istirahətə buraxmışdıq. Bu gün Lənkəranda bir araya gələcəyik və həm də “Qəbələ” ilə oyundakı səhvləri müzakirə edəcəyik.
- Son turda “Qarabağ”ı qəbul edəcəksiniz. Rəqibə ancaq qələbə lazım olduğu halda, sizi 1 xal da qane edir. Ev amilini də bura əlavə etsək, demək olarmı ki, psixoloji üstünlük “Xəzər Lənkəran”ın tərəfində olacaq?
- Düzdür, bizə 1 xal sərf edir. Ancaq bu o demək deyil ki, meydançaya 1 xal üçün çıxacağıq. Yoxsa, məğlub da ola bilərik. Odur ki, qarşıya qoyulan məqsəd qələbə qazanmaqdır.
- “İnter” - “Bakı” matçı haqqında da sual vermək istərdik. Belə söhbətlər gəzir ki, “Bakı” “İnter”ə oyun verə bilər. Bu sualı ona görə veririk ki, siz “Qarabağ”a məğlub olsanız, taleyiniz “Bakı”dan asılı olacaq. Yəni sizin məğlubiyyətiniz tədqirində bu klub "İnter"i büdrətməlidir. Necə düşünürsünüz, “Bakı” doğrudan da “İnter”ə oyun verə bilər?
- Bu, artiq “Bakı”nın özündən aslıdır və mən bu haqda danışmaq istəmirəm. Ümumiyyətlə, məni başqa komandanın yox, öz komandamın oyunu maraqlandırır.
- Bu mövsüm də çempion adını “Xəzər Lənkəran”ın əzəli rəqibi qazandı. Sizcə, “Neftçi” çempionluğa layiq idi?
- Olar mən bu suala cavab verməyim? Çempion oldular, biz də təbrik etdik, qurtardı getdi.
- Şəxsən Böyükağa Hacıyevi təbrik etdiniz?
- Bəli, təbrik etdim.
Anar XANLAROV
"Arsenal"a keçə bilər
Azərbaycan millisi Maltaya uduzdu
FİFA "pulsuz" satılan biletlərin ödənişini tələb edir
Slot London klubunun təklifini rədd etdi
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Xəyal Əliyev zədələndi, meydanı xərəkdə tərk etdi - Video
Sadıq Sadıqov dünyasını dəyişdi
"Şamaxı" onu da yola saldı
Mbappe artıq ən bahalı futbolçu deyil
Azərbaycan - Malta: Heyətlər
DÇ-2026-nın "ölüm qrupu"nda hansı ölkələr var?
Messi və Son Hın Min eyni komandada
Azərbaycan millisi Macarıstana uduzdu
"Yeni transferlər olacaq" - Zaur Həşimov
Millinin futbolçuları arasında gərginlik - Şəkil
"Neymar sabah müayinədən keçəcək"
"Real" aşağı liqaya düşən klubun futbolçusuna göz dikdi
Misli Premyer Liqası klublarına nə qədər ödəniş ediləcək?
“Şəfa” yeni baş məşqçisini açıqladı - Şəkillər
"Liverpul"dan ayrılan futbolçu "Tottenhem"də - Rəsmi
"Beşiktaş"ın yeni baş məşqçisi açıqlandı
Səhhətində narahatlıq yarandı, millidən ayrıldı
Mehriban Əliyeva Avropa çempionu olan millini təbrik etdi