“Neftçi” klubunun müdafiəçisi Ruslan Əmircanovun Qol.Az saytına müsahibəsi
- Unibank Premyer Liqanın 31-ci turunda səfərdə “Bakı”ya 0:2 hesabıyla uduzdunuz. Məğlubiyyətin səbəbini nədə görürsən?
- Komandanın əsas oyunçularından bir çoxu həmin qarşılaşmada meydana çıxmamışdı. Baş məşqçi onlara istirahət vermişdi. “Bakı”yla oyunda daha çox gənc futbolçulara güvənmişdi. Məhz buna görə istədiyimiz oyunu göstərə bilmədik. Hardasa bu amil də məğlubiyyətimizdə öz təsirini götərmişdi.
- Sən də komanda yoldaşın Ruslan Abışov kimi baş məşqçidən meydana çıxmağı özün istəmisən?
- Baş məşqçi Böyükağa Hacıyev məndən oynamaq istəyib-istəmədimi soruşdu. Mən də bunu istədiyimi bildirdim və həmin qarşılaşmada iştirak etdim.
- Əsas heyətin bəzi futbolçuları istirahət etdiyi təqdirdə, meydan çıxmaq istəməyin nə ilə əlaqədar oldu?
- Mən bu yaxınlarda Azərbaycan milli komandasına dəvət almışam. Formamı saxlamaq üçün oyun praktikası mənə lazım idi. Həmçinin də oyundan-oyuna özümü düzəldərək, daha optimal forma yığmaq istəyirəm. Bu, mənə millidə özümü yaxşı tərəfdən göstərməyimə çox kömək olacaq. Məhz bu üzdən baş məşqçidən mənə istirahət verməməsini xahiş etdim.
- “Bakı”yla kubokun finalında da qarşılaşacaqsınız. İki gün öncəki məğlubiyyətiniz komandanıza psixoloji təsir göstərə bilərmi?
- Buna inanmıram. Lakin bu məğlubiyyət bizə bir dərs oldu. Yəni, “Bakı” kimi güclü komandayla oyunda arxayınlaşmamaq və daha yaxşı motivasiya olmaq lazımdır. Yoxsa, finalda da məğlub ola bilərik. Çünki rəqibin heyətində elə futbolçular var ki, hər an oyunun taleyini dəyişə bilərlər.
- Finalda “Bakı”ya qalib gələrək qızıl dubl etmək şanslarınızı nə dərəcədə dəyərləndirirsən?
- Komandamızda hər bir futbolçu buna çox inanır. Belə baxanda, çempionat oyunlarında “Bakı”ya ən çox qalib gələn klub “Neftçi” oldu. Mənim fikrimcə, həmin qarşılaşmada bir dəqiqə belə arxayınlaşmadan sona kimi mübarizə aparsaq, qələbə qazanacağıq. İnanmıram ki, finala qədər gəlib çıxmışıqsa, “Bakı”ya məğlub olaraq kuboku əldən verək.
- “Bakı”nın heyətində kifayət qədər güclü futbolçular çıxış edir. Sənin üçün daha təhlükəlisinin adını deyə bilərsən?
- Son oyunlarda özünü yaxşı tərəfdən göstərən Deyvidas Çesnauskisi misal göstərə bilərəm. Eləcə də, çox təcrübəli Koke və Parks təhlükəli futbolçulardır. Bu cür səviyyəli futbolçularla mübarizədə çox diqqətli olmaq lazımdır. Parks çox güclü forvardır. Onunla mübarizənin yollarını fikirləşirəm. Düzdü, “Neftçi”də də elə səviyyəli futbolçular var ki, oyununu taleyini istənilən vaxt həll edə bilərlər.
- Movsümün sonunda “Neftçi”ylə müqavilənin müddəti başa çatır. Rəhbərlik tərəfindən yeni müqavilə təklif olunub?
- Azərbaycanlı futbolçularla klub ayrılmaq haqda düşünmür. Sadəcə, müqavilə məsələsini hələ danışmamışıq. Rəhbərliyə qalsa, hazirkı heyət üzvlərini saxlamaq istəyirlər. Çünki bu heyət dalbadal iki ildi çempion olur. Ancaq kimi komandadan uzaqlaşdırmaq, kimi saxlmaq onların işidir. Mənə qarşı isə isti münasibətin olduğunu hiss edirəm.
- Sən özün necə, “Neftçi”də qalmaq istəyirsən?
- İkinci dövrədə demək olar ki, daim əsas heyətdə çıxış etməyim bəzi klubların mənə marağının artmasına səbəb oldu. Açığı, başqa klublardan təkliflər almışam. Sadəcə, mən hələ ki, “Neftçi”nin oyunçusuyam.
Əli HƏYATİ
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi
“Cəbrayıl”ın 3 qollu qələbəsindən - Video
AVRO-2032 Türkiyədə keçirilə bilər
Millinin baş məşqçisi istefa verdi
Noyer pley-off tarixinə düşdü
"Arsenal" bu göstəricidə Avropada liderdir
“Ayaks” Avstriya klubu ilə əməkdaşlıq edəcək
Daha az maaşla klubunda qaldı
"Millini çalışdırmaq istəsə, onu dəstəkləyərdim"
“Bakı Sportinq” və “Cəbrayıl” tura qələbə ilə başladı
14 illik həsrət bitdi
Azərbaycan millisinin İspaniyadakı ilk məşqindən - Şəkillər
Matçın ən yaxşısı seçilən 40 yaşlı Noyerdən açıqlama
Daha 4 il üçün federasiya prezidenti seçildi
Növbəti mövsüm ÇL-də İngiltərənin 5 klubu iştirak edəcək
"Barselona" bu hücumçunu satacaq
"Marsel"in baş məşqçisinin evi qarət olundu
"Qarabağ"da iclas keçirildi - Şəkillər
Çempionlar Liqasında rekord qırdı
Avrokubokların oyunlarını yayımlayacaq kanallar
Son 4 mövsümün ən böyük hesabı
Azərbaycan çempionatlarının 21-ci əsrdəki rekordu yeniləndi
Azərbaycandakı amerikalıların 10-cu het-triki
Bəxtiyar Həsənalızadə: “Qələbədən başqa yolumuz yoxdur”
Arbeloa: "Münhendə "Real" qalib gələcək"
65 il sonra qayıtdılar
Avropa Liqasında 1/4 final başlayır
"Bavariya"nın Madrid zəfəri - Video
"Quba" "Şəki Siti" ilə üz-üzə
"Bavariya" "Real"a, "Arsenal" "Sportinq"ə qalib gəldi
6 qol və "Sabah"ın qələbəsi - Video
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
Luçesku əməliyyat oluna bilməyəcək
Qırmızı vərəqə, "Zirə"nin qaçırdığı penalti - Video
"4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik"
"Turan Tovuz"un xal itkisi - Video