“Qarabağ” klubunun qapıçısı Fərhad Vəliyevin Qol.Az saytına müsahibəsi
- Unibank Premyer Liqanın 31-ci turunda Quzanlıda “İnteri” 1:0 hesabıyla məğlub etdiyiniz oyunla bağlı fikirlərin necədir?
- Ümumi götürəndə uşaqlar yaxşı oynadı. Demək olar ki, mübarizə meydanın rəqibə aid hissəsində gedirdi. İlk yarıda qol epizodlarımız olsa da, yararlana bilmədik. Lakin 75-ci dəqiqədə Rauf Əliyevin təzyiqi nəticəsində rəqibi cəzalandırdıq. Məncə, bu oyunda biz qələbəni haqq etdik.
- Amma dünənki oyunda da real qol imkanlarınız çox olsa da, istifadə edə bilmədiniz. Bu çatışmazlığı nədə görürsən?
- İlk öncə deyim ki, futbolda belə hallar olur. Ola bilər ki, komanda yoldaşlarımda bir az psixoloji gərginlik var idi. Bəlkə də qələbənin “Qarabağ”a çox vacib olduğu üçün çox həyacanlıyıdıq.
- Komandanızın sabiq kapitanı Rəşad Sadiqovun yoxluğunda sanki mərkəzdə bir qədər çatışmazlıq var idi. Sən necə düşünürsən?
- Mən deyərdim ki, mərkəzdə uşaqlar yaxşı çıxış etdilər. Rəşad Sadiqov oyuna bir gün qalmış düşərgədən ayrılaraq Bakıya yola düşdü. Sözsüz ki, bu olanlar bizə pis təsir göstərmişdi. Rəşad komandada oynayan zaman “Qarabağ” daha inamlı təsir bağışlayırdı.
- Deyə bilərsən, nədən Sadiqov komandada qalaraq iki turda komandasına kömək etmək istəmədi?
- Baş məşqçi Rəşadda danışdıqdan sonra belə qərar verdi. Sadiqovun mətbuata verdiyi açıqlama rəhbərliyə çox pis təsir etmişdi. Ancaq o, komandada qalıb iki tur oynamaq istədiyini bildirmişdi. Yəqin, rəhbərliyin qərarından sonra çıxıb getdi.
- Baş məşqçiniz Qurban Qurbanovun “İnter”lə qarşılaşmada səni start heyətdə meydana buraxacağını gözləyirdinmi?
- Mən hər zamankı kimi, öz hazırlıqlarımı davam etdirirdim. Nə vaxtsa meydana çıxacağımı bilsəm də, bunun “İnter”lə oyuna təsadüf edəcəyini təxmin etmirdim. Yalnız oyun gün səhər bundan xəbər tutdum. Mənə də bunu qapıçılar üzrə məşqçimiz Elxan Həsənov söylədi.
- Ola bilər ki, əsas heyətdə meydana çıxmağına“Neftçi”ylə keçən turdakı həmkarın Boyan Pavloviçin kobud səhvləri səbəb oldu?
- Həmin oyunda Pavloviçin mövqe səhvləri olmuşdu. Lakin bu, hər oyunçunun başına gəlir. Belə götürəndə Boyan yaxşı çıxış edirdi. Lakin son turlarda bir az zəif təsir bağışladı.
- “Xəzər Lənkəran” evdə “Qəbələ”ylə oyunda xal itirdiyi üçün növbəti turda meydana ən azı məğlub olmamağa çıxacaq. Ümumiyyətlə, qələbə şanslarınızı necə dəyərləndirirsən?
- Üçüncü yer uğrunda mübarizə aparan üç komanda arasında üstünlük Xəzər Lənkəran”dır. Çünki onları evdəki oyunda heç-heçə də qane edir. Lakin bizə və “İnter”ə yalnız qələbə lazımdır. Bütün bunlara baxmayaraq, qələbə, qazanacağımıza çox inanıram. Mümkün olmayan heç nə yoxdur.
- Səncə, sonuncu turda “Bakı” səfərdə “İnter”i məğlub edə biləcək?
- İnanıram ki, “Bakı” meydana çıxaraq öz futbolunu oynayacaq. Düzdü, “Bakı” hazırda bütün fikrini kubokun finalına yönəldib. Lakin düşünürəm ki, ən azı meydanda öz nüfuzu üçün oynamalıdır və oynayacaq da. “Neftçi” üzərindəki son qələbəni “İnter”lə oyunda da təkrarlayacağını düşünürəm.
Əli HƏYATİ
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər