“Qarabağ” klubunun icraçı direktoru Əmrah Çəlikəl klubda son baş verənlərlə bağlı Qol.Az saytına müsahibə verib
- Rəşad Sadiqovun vacib oyun öncəsi “Neftçi”yə keçidi şok effekti yaratdı. Futbolçu özü də bu xəbəri təsdiqləyib. Komandanızın kapitanının bu hərəkətini necə qarşıladınız?
- Çox pis. Təəssüf edirəm ki, “İnter”lə vacib oyun öncəsi bizim futbolçumuzun başqa kluba keçdiyi xəbəri yayılır və futbolçu özü də mətbuata açıqlama verərək bunu təsdiqləyir. Mən nə Rəşadın insanlığına, nə də şəxsiyyətinə ləkə yaxmaq istəyirəm. Amma bu faktdır ki, o, peşəkar futbolçuya yaraşan hərəkət etmədi. “Qarabağ”da ona hər cür şərait yaradılmışdı, etimad göstərilib kapitan sarğısı həvalə edilmişdi. Amma o, çətin vaxtda kapitanı olduğu komandaya qarşı bu cür hərəkət elədi.
- Artıq Rəşad Sadıqovun da komandadan gedəcəyi ilə bağlı məlumatlar yayılıb...
- Təkcə Rəşadın yox, istənilən futbolçunun ixtiyarı var ki, bir klubu tərk edib başqa kluba keçmək istəməsi ilə bağlı açıqlama versin. Amma hər şeyin bir həddi, hüdudu olmalıdır. Biz bütün futbolçularımızla münasibətdə rəhbər yox, dost, qardaş olmuşuq. İstər mən, istərsə də vitse-prezidentimiz Tahir Gözəl. Onsuz da heç kimi zorla komandada saxlayası deyilik. Kimsə getmək istəyirsə, gedə bilər. Ancaq hər şey halallıqla olmalıdır. Getmək istəyən gəlsin bunu açıq şəkildə desin. Dediyim kimi, heç kimi zorla komandada saxlayan deyilik.
- Maraqlıdır ki, Rəşadların məsələsi gündəmdən düşməmiş Fərhad Vəliyev də “Qarabağ”dan getmək istədiyini açıqladı. Ümumiyyətlə, nə baş verir? Doğurdanmı bunlar hamısı təsadüfdi?
- Bilirsiniz, açığını deyim ki, son vaxtlar komandanın düşərgəsində gərginlik var. Son nəticələr bütün futbolçularda gərginlik yaradıb. Konkret Fərhadla bağlı məsələyə gəlincə, bunu ilk dəfə sizdən eşidirəm. Bir daha təkrar edirəm, kimsə getmək istəyirsə, onu məcbur saxlamaq fikrimiz yoxdur. Ancaq hər şeyin zamanı var. Mübarizəni sona qədər aparmaq lazımdır. Çempionat qurtarsın, mübarizə bitsin, sonra gəl denən ki, mən artıq getmək istəyirəm.
- Az öncə Rəşad Sadiqovun hərəkətini peşəkar futbolçuya yaraşmayan hərəkət adlandırdınız. Sizə elə gəlmir ki, elə “Neftçi”nin də hərəkəti peşəkar kluba yaraşan hərəkət deyil? Çünki onlar başqa klubla müqaviləsi olan futbolçuyla danışıq aparıblar...
- Mən “Neftçi” haqqında danışmaq istəmirəm. Çünki “Qarabağ” rəsmisi kimi yalnız öz klubumla bağlı fikir bildirə bilərəm. Yadınızdadırsa, bir dəfə Rasim Kara da bizi atıb “Xəzər Lənkəran”a keçmişdi. Mən onda “Xəzər Lənkəran”ı günahlandırmadığım kimi, bu gün də “Neftçi”ni günahlandırmıram. Burada bütün günah yalnız və yalnız futbolçunun özündədir. Səninlə lap “Barselona” da maraqlana bilər. Bəs futbolçunun özünə, klubuna, azarkeşinə qoyduğu hörmət? Rəşadın hərəkəti bütün “Qarabağ” azarkeşlərinə qarşı hörmətsizlikdi. Bilirsiniz necədir, bu gün “Qarabağ”da oynaya-oynaya “Neftçi” ilə danışıq aparan futbolçu sabah “Neftçi”də oynaya-oynaya başqa klubla da danışıq aparacaq.
- Maraqlıdır ki, öncə mətbuatda Qurban Qurbanovun istefası ilə bağlı məsələlər hallanmağa başladı, ardınca bu baş verənlər. Bəziləri belə fikirləşməyə başlayıb ki, yəqin ki mövsümün sonunda Qurbanov da “Qarabağ”dan ayrıla bilər.
- Rəhbər-baş məşqçi münasibətindən əvvəl bizimlə Qurban Qurbanov arasında böyük səmimiyyət, hörmət var. Rəhbərlik ona həmişə inanıb və bu gün də inanır. “Qarabağ” Avropa Liqasına vəsiqə qazanmasa, hətta qazanıb ilk mərhələdə ən zəif rəqibə uduzsa belə, yenə Qurbanov komandada qalacaq. Onun istefası ilə bağlı məsələni ortaya atanlar sadəcə, aranı qarışdırmaqla məşğuldular.
- Sonda. “İnter”lə sabahkı həlledici oyunla bağlı qısa fikirlərinizi də öyrənərdik.
- Məncə, bu oyun haqqında ətraflı danışmağa ehtiyac yoxdur. Hamı üzərinə düşən məsuliyyətiin nə demək olduğunu gözəl anlayır. Bir sözlə, meydançaya ancaq qələbə üçün çıxacağıq.
Anar XANLAROV
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi
“Cəbrayıl”ın 3 qollu qələbəsindən - Video
AVRO-2032 Türkiyədə keçirilə bilər
Millinin baş məşqçisi istefa verdi
Noyer pley-off tarixinə düşdü
"Arsenal" bu göstəricidə Avropada liderdir
“Ayaks” Avstriya klubu ilə əməkdaşlıq edəcək
Daha az maaşla klubunda qaldı
"Millini çalışdırmaq istəsə, onu dəstəkləyərdim"
“Bakı Sportinq” və “Cəbrayıl” tura qələbə ilə başladı
14 illik həsrət bitdi
Azərbaycan millisinin İspaniyadakı ilk məşqindən - Şəkillər
Matçın ən yaxşısı seçilən 40 yaşlı Noyerdən açıqlama
Daha 4 il üçün federasiya prezidenti seçildi
Növbəti mövsüm ÇL-də İngiltərənin 5 klubu iştirak edəcək
"Barselona" bu hücumçunu satacaq
"Marsel"in baş məşqçisinin evi qarət olundu
"Qarabağ"da iclas keçirildi - Şəkillər
Çempionlar Liqasında rekord qırdı
Avrokubokların oyunlarını yayımlayacaq kanallar
Son 4 mövsümün ən böyük hesabı
Azərbaycan çempionatlarının 21-ci əsrdəki rekordu yeniləndi
Azərbaycandakı amerikalıların 10-cu het-triki
Bəxtiyar Həsənalızadə: “Qələbədən başqa yolumuz yoxdur”
Arbeloa: "Münhendə "Real" qalib gələcək"
65 il sonra qayıtdılar
Avropa Liqasında 1/4 final başlayır
"Bavariya"nın Madrid zəfəri - Video
"Quba" "Şəki Siti" ilə üz-üzə
"Bavariya" "Real"a, "Arsenal" "Sportinq"ə qalib gəldi
6 qol və "Sabah"ın qələbəsi - Video
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
Luçesku əməliyyat oluna bilməyəcək
Qırmızı vərəqə, "Zirə"nin qaçırdığı penalti - Video
"4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik"
"Turan Tovuz"un xal itkisi - Video