“İnter”in yarımmüdafiəçisi Asif Məmmədovun Qol.Az saytına müsahibəsi
- Unibank Premyer Liqanın 31-ci turunda “Qarabağ”la Quzanlıda qarşılaşacaqs;nız. Bu oyuna hazırlıqlar hansı səviyyədə gedir?
- Rəqibimizin kimliyinə və bacarığına yaxşı bələdik. Ona görə də öyunöncəsi hazırlıqlar yüksək səviyyədə gedir. Düzdü, baş məşqçi komandanı ağır bir görüş öncəsi çox yormaq istəmir. Məncə, “Qarabağ”la matça istənilən səviyyədə köklənə bilmişik.
- Ümumiyyətlə, bu görüş haqda nə söyləyə bilərsən?
- Deyərdim ki, Azərbaycanın ən güclü, Avropa təcrübəsinə malik olan komandasıyla çətin bir oyuna çıxacağıq. Bilirik ki, “Qarabağ”a da bu qarşılaşmada üç xalı qazanmaq hava-su kimi vacibdir. Lakin unutmaq lazım deyil ki, “İnter”in də bu xala çox böyük ehtiyacı var. Əlimizdən gələni edəcəyik ki, qələbə qazanaq.
- Səfərdə komandanız üçün ən pis halda bir xal da sərfəli nəticə hesab oluna bilər. Bu mənada, söyləmək olarmı ki, daha çox müdafiəyə diqqət ayıraraq, əks-hücumlara üstünlük verəcəksiniz?
- Xeyr, biz hər zaman meydanda hansı qaydada mübarizə aparmışıqsa, bu dəfə də elə olacaq. “İnter”in özünəməxsus oyun sxemi var. Bu sxemdən çıxmaq istəməzdik. Birdə ki, bir xal da tam olaraq güvənmək düzgün olmazdı. Çünki iki oyunun nəticəsində elə bir vəziyyət yarana bilər ki, bir xal bizə kömək olmasın. Allah göstərməsin, Quzanlı heç-heçə olsa, növbəti turda “Bakı”ya uduzsaq, bəs onda necə olacaq? Əgər “Qarabağ”dan dörd xal irəlidə olsaydıq, hə, heç-heçə bizim üçün sərfəli nəticə ola bilərdi.
- Yəqin ki, dərk edirsiniz ki, Quzanlıdakı mümkün məğlubiyyətin Avroliqaya vəsiqə qazanmaq şanslarınızı azaldacaq.
- Əlbəttə, komandada məşqçidən tutmuş futbolçulara kimi, hər kəs bu barədə düşünür. Ona görə də Avroliqaya vəsiqəmizin taleyini Quzanlıdakı görüşdə həll etmək istəyirik. Onda növbəti görüşə çox rahat çıxacağıq.
- Baş məşqçiniz Kaxaber Sxadadze Tiflisin “Dinamo” klubuyla danışıqlar apardığını təsdiqləyib. Bu amil komandanıza nə dərəcədə təsir edib?
- Bu gün Kaxanın bütün fikri “İnter”lə bağlıdır. O, hətta biz futbolçulara da deyir ki, təkliflər haqda yalnız mövsüm başa çatdıqdan sonra düşünün. Sxadadze peşəkar və təcrübəli məşqçidir. Ona istənilən komandadan təkliflər gələ bilər. Ancaq düşünürəm ki, indi onun bütün diqqəti hazırda komandasındadır. Ona görə də, komandada ruh düşgünlüyündən söhbət gedə bilməz.
- Ümumiyyətlə, onun mövsümün sonunda “İnter”dən gedib-getməyəcəyi barədə sizinlə söhbəti olub?
- Xeyr. Heç bir futbolçuyla söhbət olmadığını bilirəm. Məncə, Kaxa “İnter”dən getməyəcək. Mən də istəyərdim ki, növbəti mövsümdə də onun rəhbərliyi altında oynayım. Belə götürəndə komandanın baş məşqçi vəzifəsinə Kaxadan yaxşı başqa kim gələcək ki? Gürcü mütəxəssis hazırda Azərbaycanda ən yaxşı məşqçi hesab olunur.
Əli HƏYATİ
“Komandada çox şey yaxşı alındı” - Rəşad Eyyubov
Almaniya Kubokunda püşk atıldı
Azərbaycan millisi Qazaxıstana məğlub oldu
İnamsız çıxışına görə klub yeni qapıçı axtarışına başladı
"Trabzonspor" 11 milyonluq təklifi rədd etdi
DÇ-2026-da azarkeşlərlə bağlı bu qadağa yumşaldıldı
Argentina millisində itki
Azərbaycanın U-21 millisi Bəhreynə qalib gəldi
Belçika yığmasından böyükhesablı qələbə
Alleqri və "Milan" razılığa gələ bilmir
Azarkeşlər stadiona getməkdən imtina edirlər
"O, meydanda əsl canavar kimi idi"
"Mançester Yunayted" 90 milyon ödəməyə hazırdır
Klub rəsmisi istefa verdi
"Arsenal"a keçə bilər
PSJ onunla müqaviləni uzatmayacaq
"Barselona" son iki mövsümdə möhtəşəm çıxış edir"
La Liqada mövsümün oyunçusu seçildi
"Şamaxı"dan gedənlərin sayı 17 oldu
"Bavariya" "Liverpul"un gənc vingerini almaq istəyir
Ayxan Abbasov o futbolçuları millidən kənarlaşdırdı
Azərbaycan millisi Maltaya belə uduzdu - Video
Millimizin gənc futbolçusunun zədəsi ciddidir - Video
Malinovski Türkiyə klubunda - Rəsmi
Alman futbolçu DÇ-2026-nı buraxacaq
"Fiorentina" baş məşqçisi ilə yolları ayırdı
Azərbaycan millisi ilə oyundan əvvəl Banqladeşə uduzdular
Yankoviç oynadı, Monteneqro heç-heçə etdi
“Çoxdandır bu qədər qol epizodu yaratmırdıq” - Ayxan Abbasov
Əliyar Ağayev Belarusun qələbəsinə şahidlik etdi
Azərbaycan millisi Maltaya uduzdu
FİFA "pulsuz" satılan biletlərin ödənişini tələb edir
Slot London klubunun təklifini rədd etdi
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Xəyal Əliyev zədələndi, meydanı xərəkdə tərk etdi - Video
Sadıq Sadıqov dünyasını dəyişdi
"Şamaxı" onu da yola saldı
Mbappe artıq ən bahalı futbolçu deyil
Azərbaycan - Malta: Heyətlər
DÇ-2026-nın "ölüm qrupu"nda hansı ölkələr var?
Messi və Son Hın Min eyni komandada
Azərbaycan millisi Macarıstana uduzdu
"Yeni transferlər olacaq" - Zaur Həşimov
Millinin futbolçuları arasında gərginlik - Şəkil
"Neymar sabah müayinədən keçəcək"