“Qəbələ” klubunun baş məşqçisi Fatih Kavlakın Qol.Az saytına müsahibəsi
- Mətbuatda yayılan xəbərlərə görə, "Qəbələ"nin kapitanı Mahir Şükürov hazırda komandanın məşqlərinə qatılmır. Bu nə dərəcədə doğrudur?
- Bəli, məşqlərə qatılmadığı düzgün məlumatdır. Hazırda onun komandanın heyətində olmaması, Bakıda klubun vitse-prezidenti Fariz Nəcəfovla görüşməsiylə əlaqədardı.
- Mahir Şükürovun mövsümün sonunda “Xəzər Lənkəran”a keçəcəyi ilə bağlı yayılan xəbərlər haqda nə deyə bilərsiniz?
- Biz keçən həftədən komandayla birgə məşqlərimizi davam etdiririk. İnşallah, “Xəzər Lənkəran”la qarşılaşmaq üçün səfərə yola düşəcəyik. Onsuz da mövsümün sonunda Mahirin “Qəbələ”ylə müqaviləsinin müddəti başa çatacaq. O, peşəkar futbolçudur. Əgər klubda qalması nəzərdə tutularsa, komandada qalacaq. Yəni, bu məsələni klub daxilində həll edəcəyik. Komanda hazırda Mahirsiz məşq edir. Hər şey də öz qaydasında gedir.
- Mahir Şükürovun cəza səbəbindən “Xəzər Lənkəran”la qarşılaşmada iştirak etməməsi komandanızın çıxışına nə dərəcədə təsir göstərəcək?
- Bir-iki futbolçumuzun olmaması bizim üçün o qədər də, önəmli olmayacaq. Çünki “Qəbələ” komanda oyununa üstünlük verir. Onsuz da Mahir mövsümün bir hissəsini cəza üzündən oynamamışdı. Təkcə Şükürovun deyil, digər futbolçuların hansısa, səbəbdən oynamamasına görə təlaşa düşmürük.
- Ümumiyyətlə, komandanın kapitanı ilə müqavilə yeniləyərək, iş birliyinizi davam etdirmək niyyətiniz varmı?
- Bayaq Mahir haqda soruşdunuz. Ola bilər ki, bir az sonra Saşa barəsində də, bu sualı ünvanlayacaqsınız. Məhz bu üzdən hələ bu barədə danışmaq istəməzdim. Sadəcə, bir şey deyə bilərəm ki, komandadan kimlərin gedəcəyini, kimlərin isə qalacağını özüm üçün artıq müəyyənləşdirmişəm. Lakin hər şey rəhbərliklə birgə müzakirə ediləcəyi üçün dəqiq bir söz deyə bilmərəm.
- Bəlkə, Mahir Şükürovla münasibətlərinizdə hansısa bir soyuqluq yaranıb...
- Şəxsi münasibətlərimiz çox gözəldir. Biz Mahirlə birlikdə çox gözəl bir mövsüm keçirdik. Yəni, aramızda heç bir problem yoxdur. Onunla iki gün bundan öncə söhbətimiz olub.
- Unibank Premyer Liqanın 31-ci turunda səfərdə “Xəzər Lənkəran”ın qonağı olacaqsınız. Bu görüşdə qələbə qazanmaq sizin üçün nə kimi əhəmiyyət daşıyacaq?
- Bizim üçün “Xəzər Lənkəran”la oyun çox önəmli bir matç olacaq. Möcüzə kimi görünsə də, hələ ki, Avroliqaya vəsiqə qazanmaq şanslarımız qalır. Əgər şansımız qalmasaydı belə, hər zamanki kimi komanda qələbə üçün meydana çıxacaqdı. Bir də ki, biz ilk “altılıq” oyunlarında “Xəzər Lənkəran” klubunu heç məğlub edə bilməmişdik. Bu baxımdan bu görüşdə qazanılacaq qələbə bizim üçün xüsusi əhəmiyyət daşıyır. Hazırda komandanın motivasiyası çox yaxşı səviyyədədir.
- Sözlərinizdən belə çıxır ki, komanda və rəhbərlik hələ də, Avroliqaya vəsiqə qazana biləcəyinizə inanır...
- Əlbəttə ki, inamımız hələ var. Çünki irəlidəki turlarda kimin-kiminlə qarşılaşacağı bəllidir. Növbəti turda “Qarabağ” evdə “İnter”i qəbul edəcək. Ondan bir həftə sonra da səfərdə güclü “Xəzər Lənkəran”la qarşılaşacaq. Niyə də inamımız olmasın? Əgər “İnter” “Qarabağ”ı məğlub edərsə, onda bizim də, Avroliqaya vəsiqə qazanmaq şansımız bitər. Məhz bundan sonra rəqibimizi təbrik edəcəyik. Lakin indi durub desəm ki, Avrokuboklara çıxmaq üçün şansımız qalmayıb, onda gərək mən məşqçiliyi buraxam.
Əli HƏYATİ
“Komandada çox şey yaxşı alındı” - Rəşad Eyyubov
Almaniya Kubokunda püşk atıldı
Azərbaycan millisi Qazaxıstana məğlub oldu
İnamsız çıxışına görə klub yeni qapıçı axtarışına başladı
"Trabzonspor" 11 milyonluq təklifi rədd etdi
DÇ-2026-da azarkeşlərlə bağlı bu qadağa yumşaldıldı
Argentina millisində itki
Azərbaycanın U-21 millisi Bəhreynə 3 qolla qalib gəldi
Belçika yığmasından böyükhesablı qələbə
Alleqri və "Milan" razılığa gələ bilmir
Azarkeşlər stadiona getməkdən imtina edirlər
"O, meydanda əsl canavar kimi idi"
"Mançester Yunayted" 90 milyon ödəməyə hazırdır
Klub rəsmisi istefa verdi
"Arsenal"a keçə bilər
PSJ onunla müqaviləni uzatmayacaq
"Barselona" son iki mövsümdə möhtəşəm çıxış edir"
La Liqada mövsümün oyunçusu seçildi
"Şamaxı"dan gedənlərin sayı 17 oldu
"Bavariya" "Liverpul"un gənc vingerini almaq istəyir
Ayxan Abbasov o futbolçuları millidən kənarlaşdırdı
Azərbaycan millisi Maltaya belə uduzdu - Video
Millimizin gənc futbolçusunun zədəsi ciddidir - Video
Malinovski Türkiyə klubunda - Rəsmi
Alman futbolçu DÇ-2026-nı buraxacaq
"Fiorentina" baş məşqçisi ilə yolları ayırdı
Azərbaycan millisi ilə oyundan əvvəl Banqladeşə uduzdular
Yankoviç oynadı, Monteneqro heç-heçə etdi
“Çoxdandır bu qədər qol epizodu yaratmırdıq” - Ayxan Abbasov
Əliyar Ağayev Belarusun qələbəsinə şahidlik etdi
Azərbaycan millisi Maltaya uduzdu
FİFA "pulsuz" satılan biletlərin ödənişini tələb edir
Slot London klubunun təklifini rədd etdi
Xəyal Əliyev zədələndi, meydanı xərəkdə tərk etdi - Video
Sadıq Sadıqov dünyasını dəyişdi
"Şamaxı" onu da yola saldı
Mbappe artıq ən bahalı futbolçu deyil
Azərbaycan - Malta: Heyətlər
DÇ-2026-nın "ölüm qrupu"nda hansı ölkələr var?
Messi və Son Hın Min eyni komandada
Azərbaycan millisi Macarıstana uduzdu
"Yeni transferlər olacaq" - Zaur Həşimov
Millinin futbolçuları arasında gərginlik - Şəkil