Azərbaycanın əməkdar məşqçisi Ağasəlim Mircavadovun Qol.Az saytına müsahibəsi
- Sizcə, “Neftçi” bu mövsüm çempionluğa layiq idi?
- İstər Azərbaycanda, istərsə də Avropada güclü klublar ilk öncə zəif komandalarla qarşılaşmalarda xal itirməməlidir. Hər bir ölkədə çempionluq uğrunda mübarizə aparan 4-5 klub olur. Həmin komandalar bir-biriylə qarşılaşmada maksimum xal toplamağı bacarmalıdır. Bu göstəriciyə görə, “Neftçi” bütün klubları üstələdi. Digər tərəfdən, “Neftçi 1-2 oyunu çıxmaq şərtiylə bütün görüşlərdə sabit çıxış etdi. Bu amillər də çempionluğa gedən yolun bir nişanəsidir. Bu komandanın heyətində həm yerli, həm də səviyyəli legionerlər çıxış edir. Həmçinin baş məşqçi Böyükağa Hacıyev və məşqçilər korpusunun işi alqışlanmalıdır. Fikrimcə, “Neftçi” bu mövsüm çempionluğa layiq oynadı.
- “Qarabağ” “İnter” və “Xəzər Lənkəran” üçün növbəti tur çox əhəmiyyət daşıyır. İlk olaraq, “Qarabağ” - “İnter” oyununu dəyərləndirməyinizi istərdim.
- Adını sadaladığınız hər üç komandanın Avroliqaya vəsiqə qazanmaq şansı var. Bilirsiniz, hərdən elə oyunlar olur ki, proqnoz vermək çətinlik törədir. “Qarabağ” və “İnter”in avrokuboklarda oynamaq şansı öz əllərindədir. Əgər “Qarabağ” qalib gəlsə, “İnter”lə xal fərqini bərabərləşdirəcək və növbəti qarşılaşmada səfərdə “Xəzər Lənkəran”la ağır oyuna çıxacaq. “İnter”i isə bu görüşdə heç-heçə də qane edir. Bir sözlə, hər iki turun mahiyyəti bu komandalar üçün çox yüksəkdir. “Qarabağ” və “İnter”dən fərqli olaraq, “Xəzər Lənkəran” “Qəbələ” üzərində qalib gəlsə, Avroliqaya vəsiqəni əldə edəcək. Bu amil “Qarabağ”a da sərfəli ola bilər.
- Sizcə, Azərbaycanı Avropada daha layiqli təmsil edə biləcək klub “Qarabağ”, yoxsa, “İnter” ola bilər?
- Ümumiyyətlə, çempionat başlayan zaman bütün 12 komanda istəyir ki, Azərbaycanı Avroliqada təmsil etsin. Son illər Azərbaycanı Avropada “Qarabağ” komandası layiqincə təmsil etdi. Lakin bir şey yaddan çıxarmayın ki, “Qarabağ” Premyer Liqada sabit çıxış etmədi. Əslində “Qarabağ” hələ iki il əvvəl çempion olmalıydı. Çünki həmin dövrdə komandanın pik vaxtı idi. Ümumiyyətlə, “Qarabağ”ın sabit heyətini, komandanın daha çox yerli futbolçulardan təşkil olunmasını nəzər alsaq, Ağdam klubunun Avroliqaya çıxmasını arzulayıram.
Amma onların Avropa getməməsi faciə olmayacaq. Düzdü, avrokuboklara vəsiqə qazanmasa, bu, azarkeşlər və klub rəhbərliyini çox məyus edəcək. Bir şeyi də nəzərə almaq lazımdır ki, heç vaxt ola bilməz ki, bir komanda eyni heyət və məşqçiylə 10 il bir yerdə çalışsın və hər zaman ideal çıxış etsin. Çox vaxt ağır vəziyyətlər də olur. Sadəcə, bundan çıxmaq lazımdır. İndiki vəziyyətdə “Qarabağ”ın vəziyyəti ağır olsa da, hər şey öz əllərindədir. Bunun üçün birləşərək layiqincə mübarizə aparmaq lazımdır.
- Ümumiyyətlə, Avrokuboklarda klublarımızdan bu il layiqli çıxış gözləməyə dəyər?
- Əvvəlcə onu deyim ki, biz layiqli deyəndə hər zaman 1-2 mərhələni nəzərdə tuturuq. Düzdü, qıraqdan demək, adama bir az asan gəlir. Mən bu işin içində olan bir məşqçi kimi çətinliyini yaxşı anlayıram. Ümumiyyətlə, Azərbaycan klubları avrokuboklarda oynamaq barədə yer tutandan sonra fikirləşirlər. Ancaq mən deyərdim ki, bu yöndə azı qış dövründən işə başlamalıdırlar. Məsələn, hansı futbolçuları hansı mövqelərə almaq lazımdır. Həmin futbolçunun çıxışlarını öncədən izləməli, daha sonra onunla birbaşa müqavilə imzalanmalıdır. Avrokuboklarda uğur qazanmaq üçün ən azı 6 ay əvvəlcədən bu yöndə işlər aparılmalıdır.
Əli HƏYATİ
“Komandada çox şey yaxşı alındı” - Rəşad Eyyubov
Almaniya Kubokunda püşk atıldı
Azərbaycan millisi Qazaxıstana məğlub oldu
İnamsız çıxışına görə klub yeni qapıçı axtarışına başladı
"Trabzonspor" 11 milyonluq təklifi rədd etdi
DÇ-2026-da azarkeşlərlə bağlı bu qadağa yumşaldıldı
Argentina millisində itki
Azərbaycanın U-21 millisi Bəhreynə 3 qolla qalib gəldi
Belçika yığmasından böyükhesablı qələbə
Alleqri və "Milan" razılığa gələ bilmir
Azarkeşlər stadiona getməkdən imtina edirlər
"O, meydanda əsl canavar kimi idi"
"Mançester Yunayted" 90 milyon ödəməyə hazırdır
Klub rəsmisi istefa verdi
"Arsenal"a keçə bilər
PSJ onunla müqaviləni uzatmayacaq
"Barselona" son iki mövsümdə möhtəşəm çıxış edir"
La Liqada mövsümün oyunçusu seçildi
"Şamaxı"dan gedənlərin sayı 17 oldu
"Bavariya" "Liverpul"un gənc vingerini almaq istəyir
Ayxan Abbasov o futbolçuları millidən kənarlaşdırdı
Azərbaycan millisi Maltaya belə uduzdu - Video
Millimizin gənc futbolçusunun zədəsi ciddidir - Video
Malinovski Türkiyə klubunda - Rəsmi
Alman futbolçu DÇ-2026-nı buraxacaq
"Fiorentina" baş məşqçisi ilə yolları ayırdı
Azərbaycan millisi ilə oyundan əvvəl Banqladeşə uduzdular
Yankoviç oynadı, Monteneqro heç-heçə etdi
“Çoxdandır bu qədər qol epizodu yaratmırdıq” - Ayxan Abbasov
Əliyar Ağayev Belarusun qələbəsinə şahidlik etdi
Azərbaycan millisi Maltaya uduzdu
FİFA "pulsuz" satılan biletlərin ödənişini tələb edir
Slot London klubunun təklifini rədd etdi
Xəyal Əliyev zədələndi, meydanı xərəkdə tərk etdi - Video
Sadıq Sadıqov dünyasını dəyişdi
"Şamaxı" onu da yola saldı
Mbappe artıq ən bahalı futbolçu deyil
Azərbaycan - Malta: Heyətlər
DÇ-2026-nın "ölüm qrupu"nda hansı ölkələr var?
Messi və Son Hın Min eyni komandada
Azərbaycan millisi Macarıstana uduzdu
"Yeni transferlər olacaq" - Zaur Həşimov
Millinin futbolçuları arasında gərginlik - Şəkil