"Qəbələ" klubunun sabiq baş məşqçisi Toni Adams yenidən "Arsenal"a qayıda bilər.
Qol.Az-ın "Daily Mail"ə istinadən verdiyi məlumata görə, Adamsın "topçular"ın baş məşqçisi Arsen Vengerin köməkçisi vəzifəsində çalışacağı iddia olunur.
1996-cı ildən Vengerin köməkçisi vəzifəsində çalışan Pat Raysın mövsümün sonunda komandadan gedəcəyi gözlənilir. May ayında "Arsenal"la müqaviləsi başa çatacaq 63 yaşlı mütəxəssis dizindəki xroniki problemlərlə əlaqədar olaraq komandadan ayrılmaq niyyətindədir. Bu vəziyyətdə isə Venger özünə yeni köməkçi tapmalı olacaq.
Fransız mütəxəssisin yeni köməkçisi vəzifəsinə namizədlər sırasında isə "Arsenal"ın sabiq futbolçuları Toni Adams, Stiv Bould və Yens Lemman yer alır. Raysın komandadan ayrıla biləcəyini təsdiqləyən "Arsenal"ın baş məşqçisi Arsen Venger bu haqda belə danışıb:
"Bu mümkündür. Mən hər zaman "Arsenal"ı sevən və bu komandada işləyənləri qorumağa çalışmışam. Ancaq ola bilsin ki, Rays komandadan ayrılsın. Hər şey ola bilər. Mən yalnız onun gedişindən sonra öz qərarımı verəcəyəm. Hələlik isə bu rəsmi olmadığı üçün bir söz deyə bilməyəcəm".
Qeyd edək ki, Toni Adams hazırda "Qəbələ" Futbol Klubunun prezidenti Tale Heydərovun müşaviri vəzifəsini yerinə yetirir.
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya