“Bakı” klubunun yarımmüdafiəçisi Elvin Məmmədovun Qol.Az saytına müsahibəsi
- Unibank Premyer Liqanın 30-cu turunda səfərdə “Qəbələ”yə 0:4 hesablı məğlubiyyətin səbəbini nədə görürsən?
- İlk növbədə deyim ki, dalbadal həm kubok, həm də çempionatda ağır oyunlarımız oldu. Buna görə də komanda yoldaşlarımda yorğunluq həddindən artıq idi. Həmçinin əsas heyətin oyunçularından 5-6 nəfəri zədəliydi. Düzdü, oyunun ilk 20 dəqiqəsini pis təsir bağışlamadıq. Lakin sonradan oyunun ipini əldən verdik. Bir sözlə, belə uğursuz nəticəni yorğunluqla bağlaya bilərəm.
- Ola bilərmi ki, "Bakı" arxayınçılığın qurbanı oldu? Çünki komandanız mövsümün əvvəlində qarşısına qoyulan məqsədə çataraq, Avroliqaya vəsiqəni təmin edib.
- Mən bunu tam arxayınçılıqla bağlamazdım. Bəlkə dediyiniz amil bir az təsir göstərdi. Ümumiyyətlə hər kəs yaxşı bilir ki, “Qəbələ” güclü komandadır. Xüsusən də doğma meydanda daha ikiqat güclə çıxış edirlər. Mənim fikrimcə, böyükhesablı məğlubiyyətə yorğunçuluq səbəb oldu.
- Keçən turlarda “Xəzər Lənkəran” və “Qarabağ” kimi güclü klubların hərəsinə dörd qol vursanız da, “Qəbələ”ylə bunu bacarmadınız. Bunun səbəbini nədə görürsən?
- Qol vurmaq hücumdakı futbolçulardan çox asılıdır. Bəlkə də onları topla istənilən kimi təmin edə bilməmişik. Qarşılaşmanın ilk 20 dəqiqəsini yaxşı oynasaq da, sonradan “Qəbələ” üstünlüyü ələ alaraq, qapımıza dörd top vurmağa nail oldu. Yəqin ki, komanda olaraq oyunumuz alınmadı.
- Növbəti turda evdə artıq çempionluğu rəsmləşdirmiş “Neftçi”ni qəbul edəcəksiniz. Bakı derbisində qələbə qazanmaq sizin üçün nə kimi əhəmiyyət daşıyacaq?
- Bu mövsüm biz “Neftçi”yə bir neçə dəfə məğlub olmuşuq. Öz meydanımızda çıxış etdiyimiz üçün qələbə qazanaraq üç xal götürmək istəyirik. Həm də əvvəlki turlarda məğlub olduğumuz oyunların revanşını almağı düşünürük.
- Lakin çoxları belə düşünür ki, “Neftçi”ylə qarşılaşma formal xarakter daşıyacaq.
- Mən peşəkar futbolçu olduğum üçün həmin oyunda “Neftçi”ni udmağımızı istəyirəm. Həm də bu komandayla biz bir dəfə də kubokda görüşməli olacağıq. Ona görə də “Neftçi”ylə hər iki oyuna çox ciddi yanaşırıq.
- Artıq Avroliqada iştirak edəcəyiniz öncədən bəllidir. Səncə, heyətdə dəyişiklik olmasına ehtiyac varmı?
- Belə götürəndə may ayının sonunda “Bakı”yla mənim də müqaviləmin müddəti başa çatır. Əslində kimin gətiriləcəyi məsələsinə rəhbərlik qərar verəcək. Ancaq düşünürəm ki, heyətdə dəyişiklik olmalıdır. Avroliqada nəticə vermək üçün daha güclü futbolçular gətirilməlidir.
- Bəs, sənə rəhbərlikdən müqavilənin müddətini uzatmaq barədə təklif gəlib?
- Xeyr. Bu haqda hələ heç bir məlumat yoxdur. Belə götürsək, mövsüm ərzində komandaya istədiyini verə bilmədim. Bunun da səbəbi zədələr oldu. Lakin indidən hansı addım atacağımı deyə bilmərəm. May ayının sonunu gözləyirəm.
- Başqa klublardan təklif almısan?
- Azərbaycan klublarından təkliflər var. Sadəcə dediyim kimi, bu haqda yalnız müqaviləm başa çatandan sonra fikirləşəcəyəm. Elə addım atmaq istəyirəm ki, mənim üçün hərtərəfli sərfəli olsun. Həm oyun, həm perspektiv baxımından məni qane etməlidir.
Əli HƏYATİ
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi
“Cəbrayıl”ın 3 qollu qələbəsindən - Video
AVRO-2032 Türkiyədə keçirilə bilər
Millinin baş məşqçisi istefa verdi
Noyer pley-off tarixinə düşdü
"Arsenal" bu göstəricidə Avropada liderdir
“Ayaks” Avstriya klubu ilə əməkdaşlıq edəcək
Daha az maaşla klubunda qaldı
"Millini çalışdırmaq istəsə, onu dəstəkləyərdim"
“Bakı Sportinq” və “Cəbrayıl” tura qələbə ilə başladı
14 illik həsrət bitdi
Azərbaycan millisinin İspaniyadakı ilk məşqindən - Şəkillər
Matçın ən yaxşısı seçilən 40 yaşlı Noyerdən açıqlama
Daha 4 il üçün federasiya prezidenti seçildi
Növbəti mövsüm ÇL-də İngiltərənin 5 klubu iştirak edəcək
"Barselona" bu hücumçunu satacaq
"Marsel"in baş məşqçisinin evi qarət olundu
"Qarabağ"da iclas keçirildi - Şəkillər
Çempionlar Liqasında rekord qırdı
Avrokubokların oyunlarını yayımlayacaq kanallar
Son 4 mövsümün ən böyük hesabı
Azərbaycan çempionatlarının 21-ci əsrdəki rekordu yeniləndi
Azərbaycandakı amerikalıların 10-cu het-triki
Bəxtiyar Həsənalızadə: “Qələbədən başqa yolumuz yoxdur”
Arbeloa: "Münhendə "Real" qalib gələcək"
65 il sonra qayıtdılar
"Bavariya"nın Madrid zəfəri - Video
"Quba" "Şəki Siti" ilə üz-üzə
"Bavariya" "Real"a, "Arsenal" "Sportinq"ə qalib gəldi
6 qol və "Sabah"ın qələbəsi - Video
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
Luçesku əməliyyat oluna bilməyəcək
Qırmızı vərəqə, "Zirə"nin qaçırdığı penalti - Video
"4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik"
"Turan Tovuz"un xal itkisi - Video
"Zirə" kimi komandadan xal qazanmaq uğurdur" - Ayxan Abbasov