“Neftçi” klubunun yarımmüdafiəçisi Mirhüseyin Seyidovun Qol.Az saytına müsahibəsi
- Unibank Premyer Liqanın 30-cu turunda evdə “Qarabağ”ı 2:1 hesabıyla məğlub etdiniz. Lakin ilk hissədə rəqibiniz sizi cərimə meydançanıza doğru sıxışdırmağı bacardı. Oyunda ilk qolu da onlar vurdu. Bunu gözləyirdiniz?
- Düzü, hardasa gözlənilən idi. Həm də qol buraxmamaq üçün bir az ehtiyyatlı oynayırdıq və məğlub olmamaq haqda düşünürdük. Rəqibimizin penalti imkanından istifadə edə bilməsə də, sonradan hesabı açdı. Lakin sonda necə deyərlər, gülən tərəf biz olduq. Bəlkə də biz qələbəni “Qarabağ”dan çox istəyirdik. Ona görə qalib gəldik. Çünki qələbə çempionluğumuzu rəsmləşdirəcəkdi. Ancaq şansın bizim tərəfimizdə olduğunu da vurğulamaq lazımdır.
- Sizin vurduğunuz penaltidən söz düşmüşkən, rəqibin futbolçusu Maksim Medvedyev qaydanı pozmadığını iddia edir.
- Həmin epizodun videoyazısına diqqətlə baxdım. Flavinyo topu ram edərək cərimə meydançasına girərkən, Maksim ona qarşı arxadan kobud oynadı. Əgər, Maksim ona toxunmasaydı, Flavinyonun gerisində qalmışdı. Yəni penalti təmiz idi. Ümumiyyətlə, qarşılaşmada təyin edilən hər iki penalti düzgün idi. Top bizim komandada İqor Mitreskinin də əlinə dəymişdi.
- Yəqin razılaşarsan ki, oyun boyu “Qarabağ”ın hücumları daha çox və daha kəsərli idi.
- Yenə deyirəm ki, hardasa ehtiyyat edirdik. Çünki “Qarabağ”a Avroliqaya düşmək üçün üç xal həddindən artıq vacib idi. Ona görə də uğuru rəqibin qapısında axtarırdılar. Bu gün elə bir futbol zamanıdır ki, 90 dəqiqə hücum edən tərəf, oyunun sonuncu dəqiqəsində bir qol buraxaraq, məğlub olur. Deməzdim ki, super oyun nümayiş etdirdik. Lakin nəticə bizim xeyrimizə oldu.
- Mövsümün birinci hissəsində də “Qarabağ”ı məğlub etməyi bacarmışdınız. Bu dəfə də bunu bacardınız.
- Bununla artıq üçüncü dəfədir ki, biz sonuncu dəqiqələrdə “Qarabağ”a qol vururuq. Bunun bir təsadüf olduğunu da söyləmək olar. Allaha qurban olum. Bəlkə də özü bizə kömək oldu. Flavinyonun Quzanlı stadionundakı baş tutan qarşılaşmada aşırma zərbəsi daha çox yadımda qalmışdı. Yəni onun harada səhv etdiyini əla bilirdik. Həmçinin rəqibimizin qapıçısı Boyan Pavloviçin mövqeyini tez-tez tərk etməsini, uzaqdan qol buraxmağa meyilli olduğuğunu məşqçilərimiz bizə demişdilər. Tapşırıq da vermişdilər ki, uzaqdan qapılarını tez-tez yoxlayaq. Bunu da bəhrəsini iki dəfə Rəşad Abdullayev, bir dəfə də Flavinyo gördü və qapçının kobud səhvindən yararlanmağı bacardı.
- Deməli, Pavloviçin belə kobud səhvləri təkrarlayacağını təxmin edirdiniz?
- Bəli. Əgər xatırlayırsınızsa, kubok oyununun təkrar qarşılaşmasında “Bakı” Pavloviçin çıxış zamanı etdiyi kobud səhvdən sonra qol vurmuşdu. Biz də həmin video yazıları izləyərək, özümüz üçün qeydlər aparırıq. Məşqçilər də uzaqdan zərbələr etməyimizi istəmişdi. Hansı ki, Rəşad Abdullayev bunu bacardı.
- Son zamanlar start heyətdə meydana çıxsan da, “Qarabağ”la qarşılaşmanın yalnız 74-cü dəqiqəsində səni meydanda görə bildik. Bunu nə ilə əlaqələndirərdin?
- “Qarabağ”la oyunda meydana çıxacağımı gözləmirdim. Çünki kubok oyununda qələbə qazandığımız heyət meydana buraxılmışdı. “İnter”lə kubok qarşılaşmasında qırmızı vərəqə üzündən oynaya bilməmişdim. Baş məşqçi də futbolun qaydalarına riayət edərək, qalib heyəti dəyişmədi. Sadəcə, oyun zamanı taktiki dəyişiklər olduğu üçün meydana çıxdım. Bir sözlə, bu amil məni heç də narahat etmir. Meydana 74-cü dəqiqədə çıxsam da, çalışıram 15 dəqiqə ərzində nəsə edim ki, yadda qala bilim. Növbəti tur üçün əsas heyətdə yerimi təmin etməyə çalışıram.
- Azərbaycanı Çempionlar Liqasında bu dəfə də “Neftçi” təmsil edəcək. Komandanı bu turnirə hazır hesab edirsən?
- Keçən il bizim hardasa bir az təcrübəsizliyimiz vardı. Birdən-birə də “Dinamo” Zaqreb kimi güclü komandayla düşdük. Bilmirəm, komanda neçə nəfəri və kimləri transfer edəcək. Lakin ikiqat çalışaraq, əlimizdən gələni edəcəyik.
Əli HƏYATİ
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı