“Neftçi” klubunun yarımmüdafiəçisi Rəşad Abdullayevin Qol.Az saytına müsahibəsi
- Unibank Premyer Liqanın 30-cu turunda evdə “Qarabağ”ı 2:1 hesabı ilə məğlub edərək çempionluğu iki tur əvvəldən rəsmiləşdirdiniz. Bu haqda təəssüratlarını öyrənək...
- “Qarabağ”la oyunlarımız hər zaman çətin keçirdi. Çünki "Qarabağ" Azərbaycanda ən yaxşı çıxış edən və topa nəzarət edən komandalardan biridir. Bizə də bu qələbə çox lazım idi ki, çempionluğu rəsmləşdirərək rahatlaşaq. İlk hissədə rəqibin real qol şansları daha çox oldu. Şükürlər olsun ki, qapıçımız Stamenkoviç əla oynayaraq komandamızı qoldan xilas etdi. İkinci yarıda da “Qarabağ” təzyiqi artıraraq qapımıza qol vurmağı bacardı. Yaxşı ki, hesabda geri düşdükdən az sonra bərabərlik topunu vura bildik.
- İlk hissədə “Qarabağ”ın sizdən daha üstün oynadığını etiraf edirsən?
- Gərək, düzünü danışasan. Bəli, ilk yarıda onların üstünlüyü hiss olunurdu. Hücumları da həddindən artıq kəsərli oldu. Biz də öz növbəmizdə ehtiyyatlı olaraq rahat oynamağa çalışırdıq. “Qarabağ” hər zaman açıq futbol oynayan komandadır. Ona görə də hücumları həmişə kəsərli olur. Lakin sonradan oyunumuzu düzəltməyə çalışdıq.
- İlk hissənin 30-cu dəqiqəsində komanda yoldaşın İqor Mitreski əllə oynadığı üçün qapınıza penalti təyin edildi. Vaqif Cavadov kimi texnikalı bir futbolçunun penaltini vura bilməyəcəyini gözləyirdin?
- Həmin penalti zərbəsi zamanı qapıçımız Stamenkoviç gözəl oynayaraq, öz ustalığını nümayiş etdirdi. Qolun vurulmasına izin vermədi. Bilirsiniz, bir də ki penalti zərbəsi lotareya kimi bir şeydi. Ona görə də istənilən futbolçu səhv edə bilər. Həmçinin burada qapçının peşəkarlığı öz sözünü deyir. Vaqif də öz növbəsində topu ortaya ünvanlayaraq, yaxşı vurmadı və qapıçı zərbəni ayaqlarıyla uzaqlaşdırmağa müəssər oldu.
- Penalti epizodundan 6 dəqiqə sonra Saşa Stamenkoviç Vaqif Cavadovla təkbətək dueldən də qalib ayrıldı. Ümumiyyətlə, Stamenkoviçin sayəsində komandanın məğlub olmadığını söyləmək olar?
- Real danışmalı olsaq, əlbəttə, Stamenkoviç komandanın ən yaxşılarından biri idi. Elə oyunlar olur ki, qapıçı komandanın 50 faizi olmalıdır. Bütün komanda, başda Saşa olmaqla qələbədə böyük pay sahibi oldu.
- Qarşılaşmanın 67-ci dəqiqəsində qapınızda qol gördünüz. Bundan sonra məğlub olacağınızı və ya çempionluğunuzun erkən rəsmiləşməsinin daha bir tur təxirə düşəcəyi fikri səni qorxutmadı ki?
- Qoldan sonra məğlub duruma düşdük. Bundan sonra ani bir anda adamın əlləri yanına düşür. Yəni istər-istəməz bir az məyusluq yaranır. Çünki heç-heçəni də gözümüz qarşısına gətirmirdik. Belə gərgin və vacib qarşılaşmada hər bir nəticə gözlənilə bilərdi. Hətta rəqib komanda ikinci qolu da vura bilərdi. Lakin doğma azarkeşlərin dəstəyi altında toparlanmağı bacardıq və bundan dörd dəqiqə sonra bərabərlik qolunu vura bildik.
- Mövsümün ilk görüşündə də “Qarabağ”a cərimə zərbəsindən gözəl qol vura bilmişdin. Dünənki oyunda da bunu təkrar edəcəyini düşünürdün?
- Mən hər zaman oyunlara çıxanda uzaq məsafədən qol vuracağıma inanıram. Çünki hər oyunda bunu etmək üçün fürsət axtarıram. Bunu etməyi məndən məşqçilər də çox istəyir. Belə zərbələrim hərdən qapıçılar üçün gözlənilməz olur. Şükür Allaha ki, zərbəm qüvvətli və dəqiq alındı. Bu qolu vurmağıma daha çox sevindim. Çünki vurduğum qoldan sonra komanda özünə gəlməyə başladı. Əgər qolu bir az gec vursaydıq, işimiz çox çətin olacaqdı. Ola bilərdi ki, “Qarabağ” ikinci topu da qapımızdan keçirərdi. Çünki qol vurmaq üçün irəli atılaraq vabanka getməli olacaqdıq. Bu da müdafiəmizdə boşluqlar yarada bilərdi.
- Qələbə qolunu oyunun 90+1 dəqiqəsində penaltidən vurmağa nail oldunuz. Səncə, penaltini nədən təcrübəli Flavinyo yox, Ruslan Abışov yerinə yetirdi?
- “Xəzər Lənkəran”la evdəki qarşılaşmada Flavinyo penaltini qola çevirə bilmədi. Ona görə d, məşqçilər bu missiyanı Ruslan Abışovun yerinə yetirməsini istədilər. Ola bilər ki, əvəzlənməsəydim, penaltini mən vurardım. Biz istəyirik ki, Flavinyo penaltini yenə vursun. Sadəcə, Flavinyo digər oyunlarda penaltilər qaçırdığı üçün bir qədər psixoloji gərginliyi var idi. Bunu onun özü də istəmişdi. Ruslan Abışov çox soyuqanlı futbolçudur. O, topa yaxınlaşarkən qol olacağını hiss edirdik.
- Keçən mövsüm də “Neftçi”nin heyətində çempionluğu qazanmışdın. Səncə, hansı çempionluq yarışı daha çətin keçdi?
- Bu ilki çempionatda elə oldu ki, gözlənilməz məğlubiyyətlərlə rastlaşdıq. Həm də bu mövsüm çempionatdakı komandalar çox açıq futbol nümayiş etdirdi. Məhsuldarlıq da yüksək səviyyədə oldu. Keçən il mövsümün sonuna üç tur qalmış “Neftçi” çempionluğunu rəsmləşdirmişdi. Bu il isə bunu iki tur qalmış edə bildik. Məncə, hər ikisinin özünəməxsus yeri var.
- Artıq Çempionlar Liqasında Azərbaycanı təmsil edəcəyiniz dəqiqdir. Necə düşünürsən, ötən mövsümki fiaskonu unutdura biləcəksiniz?
- Keçən ilki heyətimiz pis deyildi. Əgər biz “Dinamo” (Zaqreb) klubu ilə düşməsəydik, mərhələ adlaya bilərdik. Real danışsaq, həmin “Dinamo”dur ki, Çempionlar Liqasının qrup mərhələsinə düşdü. Onlarla başabaş mübarizə aparmaq çox çətin idi. Həmin zaman gücümüzə uyğun bizə rəqib düşsəydi, mərhələni keçə bilərdik. Bu mövsümkü Çempionlar Liqasının püşkatmasında rəqibimizin kimliyindən çox şey asılı olacaq. İstərdik ki, bizə uyğun rəqib düşsün. Biz də mərhələ adlayaraq azarkeşlərə sevinc bəxş edək.
- Necə düşünürsən, Çempionlar Liqasında mərhələ adlamaq üçün komandanın heyətini səviyyəli futbolçularla gücləndirməsinə ehtiyac varmı?
- Hələ qabaqda bizi vacib kubok oyunu gözləyir. Bu final görüşündən sonra rəhbərlik kimin qalacağı, kiminsə gedəcəyini söyləyə bilər. Yaxud da hansısa futbolçuları heyətə cəlb edəcəklər. Bu, onların işidir. Yəqin ki, onlar daha yaxşı bilərlər ki, hansı futbolçularla Çempionlar Liqasında mərhələ keçmək olar.
- Mövsümün sonunda “Neftçi” ilə müqavilənin müddəti başa çatacaq. Rəhbərlik tərəfindən sənə yeni müqavilə şərtləri irəli sürüb?
- Hələ belə bir təklif yoxdur. Nəinki mənə, heç bir oyunçuyla danışıqlar hələ aparılmayıb. Yəqin ki, müqavilənin müddəti başa çatdıqdan sonra oturub söhbət edərik.
- Bəs, başqa klublardan necə təkliflər almamısan?
- Mən hələ “Neftçi”nin oyunçusuyam. Xeyr, hələ heç bir klubdan mənə təkliflər gəlməyib. İstərdim ki, mənə doğma olan klub “Neftçi”də karyeramı davam etdirim. Futbolçu həyatıdır, gələcəkdə nələr olacağını bilmək olmaz.
Əli HƏYATİ
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi
“Cəbrayıl”ın 3 qollu qələbəsindən - Video
AVRO-2032 Türkiyədə keçirilə bilər
Millinin baş məşqçisi istefa verdi
Noyer pley-off tarixinə düşdü
"Arsenal" bu göstəricidə Avropada liderdir
“Ayaks” Avstriya klubu ilə əməkdaşlıq edəcək
Daha az maaşla klubunda qaldı
"Millini çalışdırmaq istəsə, onu dəstəkləyərdim"
“Bakı Sportinq” və “Cəbrayıl” tura qələbə ilə başladı
14 illik həsrət bitdi
Azərbaycan millisinin İspaniyadakı ilk məşqindən - Şəkillər
Matçın ən yaxşısı seçilən 40 yaşlı Noyerdən açıqlama
Daha 4 il üçün federasiya prezidenti seçildi
Növbəti mövsüm ÇL-də İngiltərənin 5 klubu iştirak edəcək
"Barselona" bu hücumçunu satacaq
"Marsel"in baş məşqçisinin evi qarət olundu
"Qarabağ"da iclas keçirildi - Şəkillər
Çempionlar Liqasında rekord qırdı
Avrokubokların oyunlarını yayımlayacaq kanallar
Son 4 mövsümün ən böyük hesabı
Azərbaycan çempionatlarının 21-ci əsrdəki rekordu yeniləndi
Azərbaycandakı amerikalıların 10-cu het-triki
Bəxtiyar Həsənalızadə: “Qələbədən başqa yolumuz yoxdur”
Arbeloa: "Münhendə "Real" qalib gələcək"
65 il sonra qayıtdılar
Avropa Liqasında 1/4 final başlayır
"Bavariya"nın Madrid zəfəri - Video
"Quba" "Şəki Siti" ilə üz-üzə
ÇL-də nəhənglərin duelləri
"Bavariya" "Real"a, "Arsenal" "Sportinq"ə qalib gəldi
6 qol və "Sabah"ın qələbəsi - Video
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
Luçesku əməliyyat oluna bilməyəcək
Qırmızı vərəqə, "Zirə"nin qaçırdığı penalti - Video
"4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik"
"Turan Tovuz"un xal itkisi - Video
"Zirə" kimi komandadan xal qazanmaq uğurdur" - Ayxan Abbasov