«Qarabağ»ın baş məşqçisi Qurban Qurbanov Unibank Premyer Liqanın 30-cu turunda «Neftçi»yə bugünkü 1:2 hesablı məğlubiyyətdən sonra jurnalistlərin suallarını cavablandırıb.
Qol.Az-ın məlumatına görə, Qurbanov bu qələbədən sonra «Neftçi»nin çempionluğun bir addımlığında olduğunu bildirib: «Mən bu münasibətlə rəqibimizi təbrik edirəm».
Komandasının çıxışı barədə fikirlərini açıqlayan Q.Qurbanov deyib: «Oyunumuzdan narazı deyiləm. Futbolçular çox çalışdılar, sona qədər mübarizə apardılar. Təəssüf ki, qələbəni əldən verdik. Bu gün ən azı heç-heçəyə görə meydana çıxmışdıq. Ancaq məğlub olduq. Məncə, oyunun ədalətli nəticəsi 1:1 olmalıydı. Avroliqaya düşmək üçün şanslarımız qalır. ».
Q.Qurbanov qarşıdakı iki oyunda çatışmazlıqları aradan qaldıracaqlarını və mütləq qələbə qazanmağa çalışacaqlarını bildirib.
Bu mövsüm «Neftçi»ni uda bilməmələriylə bağlı Q.Qurbanov deyib: «Bunu «Neftçi»nin oyunçusu Rəşad Abdullayevdən soruşun. O, bizə yenə qol vurdu».
Dörd il İspaniyanın «Barselona» klubunda çalışan Xosep Qvardiolanın istefa verməsindən sonra Q.Qurbanovun da eyni addımı atıb-atmayacağı ilə bağlı suala isə gənc mütəxəssis belə cavab verib: «Əvvələ nə mən Qvardiolayam, nə «Qarabağ» «Barselona»dır, nə də Azərbaycan çempionatı İspaniya La Liqasıdır. İndi istefa barədə fikirləşsəm, gərək, ümümiyyətlə, məşqçilikdən əl çəkəm. Belə məsələri biz klub rəhbərliyi ilə müzakirə edirik».
Q.Qurbanov komandanın fiziki hazırlığının zəif olmasıyla bağlı suala cavabında bildirib: «Fiziki hazırlığımız məni qane edir. Uduzandan sonra hərə bir şey deyir. Mən komandamızın fiziki hazırlıq üzrə məşqçisinin fəaliyyətindən narazı deyiləm».
“Komandada çox şey yaxşı alındı” - Rəşad Eyyubov
Almaniya Kubokunda püşk atıldı
Azərbaycan millisi Qazaxıstana məğlub oldu
İnamsız çıxışına görə klub yeni qapıçı axtarışına başladı
"Trabzonspor" 11 milyonluq təklifi rədd etdi
DÇ-2026-da azarkeşlərlə bağlı bu qadağa yumşaldıldı
Argentina millisində itki
Azərbaycanın U-21 millisi Bəhreynə 3 qolla qalib gəldi
Belçika yığmasından böyükhesablı qələbə
Alleqri və "Milan" razılığa gələ bilmir
Azarkeşlər stadiona getməkdən imtina edirlər
"O, meydanda əsl canavar kimi idi"
"Mançester Yunayted" 90 milyon ödəməyə hazırdır
Klub rəsmisi istefa verdi
"Arsenal"a keçə bilər
PSJ onunla müqaviləni uzatmayacaq
"Barselona" son iki mövsümdə möhtəşəm çıxış edir"
La Liqada mövsümün oyunçusu seçildi
"Şamaxı"dan gedənlərin sayı 17 oldu
"Bavariya" "Liverpul"un gənc vingerini almaq istəyir
Ayxan Abbasov o futbolçuları millidən kənarlaşdırdı
Azərbaycan millisi Maltaya belə uduzdu - Video
Millimizin gənc futbolçusunun zədəsi ciddidir - Video
Malinovski Türkiyə klubunda - Rəsmi
Alman futbolçu DÇ-2026-nı buraxacaq
"Fiorentina" baş məşqçisi ilə yolları ayırdı
Azərbaycan millisi ilə oyundan əvvəl Banqladeşə uduzdular
Yankoviç oynadı, Monteneqro heç-heçə etdi
“Çoxdandır bu qədər qol epizodu yaratmırdıq” - Ayxan Abbasov
Əliyar Ağayev Belarusun qələbəsinə şahidlik etdi
Azərbaycan millisi Maltaya uduzdu
FİFA "pulsuz" satılan biletlərin ödənişini tələb edir
Slot London klubunun təklifini rədd etdi
Xəyal Əliyev zədələndi, meydanı xərəkdə tərk etdi - Video
Sadıq Sadıqov dünyasını dəyişdi
"Şamaxı" onu da yola saldı
Mbappe artıq ən bahalı futbolçu deyil
Azərbaycan - Malta: Heyətlər
DÇ-2026-nın "ölüm qrupu"nda hansı ölkələr var?
Messi və Son Hın Min eyni komandada
Azərbaycan millisi Macarıstana uduzdu
"Yeni transferlər olacaq" - Zaur Həşimov
Millinin futbolçuları arasında gərginlik - Şəkil