“Bakı” klubunun qapıçısı Marko Şarliyanın Qol.Az saytına müsahibəsi
- Sabah Unibank Premyer Liqanın 30-cu turunda səfərdə “Qəbələ” komandasıyla qarşılaşacaqsınız. Bu görüşlə bağlı fikirlərini öyrənək...
- Bilirsiniz, artıq çempionatın sonuna üç tur qalıb. Ona görə də, hər bir matça final oyunu kimi çıxırıq. Çünki bu üç oyundakı nəticələrdən asılı olaraq turnir cədvəlində hər şey dəyişə bilər. Əgər “Qarabağ”la göstərdiyimiz oyunu Qəbələdə də nümayiş etdirə bilsək, hər şey bizim üçün yaxşı olacaq.
- “Qəbələ”nin doğma meydanda daha yaxşı oynadığını hər kəs yaxşı bilir. Məhz bu amili nəzərə alsaq, səfərdə qələbə qazanmaq şanslarınızı nə dərəcədə real görürsən?
- İlk növbədə deyim ki, rəqibimiz “Qəbələ” komandasına hörmətlə yanaşıram. Çox güclü komandaya malikdirlər. Xüsusən də, evdə əla təsir bağışlayırlar. “Qarabağ”ı da. səfərdə iki dəfə məğlub etməyi bacardıq. Biri kubok digəri isə çempionat oyununda. Bu da “Bakı”nın xarakter və gücə malik olduğunu sübut etdi. Belə davam edə bilsək, “Qəbələ”ni də, məğlub edə bilərik.
- Son zamanlar komandanın qapısını Aqil Məmmədov qoruyur. Olmaya baş məşqçiylə aranızdan "qara pişik" keçib?
- Mən iki il idi ki, “Bakı”nın əsas qapçısı kimi komandanın şərəfini qoruyurdum. Lakin baş məşqçimiz əsas heyətdə mənə meydana çıxmağı qadağa qoyub. Başqa neyləyə bilərəm ki, susaraq, başımı aşağı salıb, öz məşqlərimi davam etdirməliyəm. Aqil haqda isə onu deyə bilərəm ki, o öz işinin öhdəsindən pis gəlmir. Gənc olsa da, prespektivli və istedadlı qapçıdır. Qapıda kim durur-dursun, əsası odur ki, komandaya xeyri dəysin.
- Əsas heyətdən kənarda qalmağında səbəb kimi nəyi göstərə bilərsən?
- Sözün açığı, dəqiq səbəbini söyləyə bilmərəm. Çünki bunu özüm də bilmirəm. Futbolda belə hallar olur. Axı mən nə Kasilyas, nə də ki Buffonam. Məncə, arada belə dəyişiklik olmalıdır. Çox şükürlər olsun ki, dəyişiklik olsa da, bu komandanın xeyrinə oldu. “Bakı” ölkə kubokunun finalına vəsiqə qazandı. Mən isə öz növbəmdə əlimdən gələni edəcəm ki, yenidən komandanın bir nömrəli qapçısı olum.
- Belə davam edərsə komandanı dəyişmək haqda düşünmürsən?
- “Bakı”dan başqa bir klubda çıxış etmək istəməzdim. Mən artıq bu komandad üç ildir ki, çıxış edirəm. Burada özümü çox xoşbəxt hiss edirəm. Baxmayaraq ki, hazırda əsas heyətdə yerimi itirmişəm. Bu olan bir şeydi. Çalışacam ki, əsas heyətə yenidən qayıdım. Əsas məsələ yenə deyirəm ki, komandanın uğrudur. Əgər mənə desələr ki, Marko sən “Qəbələ” ilə oyunda çıxış etməyəcəksən, lakin komandamız qalib gələcək. Mən bununla sözsüz ki, razılaşardım. Bir sözlə, məndən olsa “Bakı”nı başqa kluba dəyişməzdim.
- Mövsümün sonunda komandanla müqavilənin müddəti başa çatır. Sənə yeni müqavilə təklif edilib? Bəlkə başqa komandalardan da, təkliflər almısan?
- Bəli, bu yay “Bakı” ilə müqaviləmin müddəti başa çatır. Əgər müqaviləmin uzadılmasını istəsələr, böyük məmnuniyyətlə razılıq verəcəm. İnanıram ki, hər şey yaxşı olacaq. Başqa klublarda hələ ki, təkliflər almamışam.
Əli HƏYATİ
“Komandada çox şey yaxşı alındı” - Rəşad Eyyubov
Almaniya Kubokunda püşk atıldı
Azərbaycan millisi Qazaxıstana məğlub oldu
İnamsız çıxışına görə klub yeni qapıçı axtarışına başladı
"Trabzonspor" 11 milyonluq təklifi rədd etdi
DÇ-2026-da azarkeşlərlə bağlı bu qadağa yumşaldıldı
Argentina millisində itki
Azərbaycanın U-21 millisi Bəhreynə 3 qolla qalib gəldi
Belçika yığmasından böyükhesablı qələbə
Alleqri və "Milan" razılığa gələ bilmir
Azarkeşlər stadiona getməkdən imtina edirlər
"O, meydanda əsl canavar kimi idi"
"Mançester Yunayted" 90 milyon ödəməyə hazırdır
Klub rəsmisi istefa verdi
"Arsenal"a keçə bilər
PSJ onunla müqaviləni uzatmayacaq
"Barselona" son iki mövsümdə möhtəşəm çıxış edir"
La Liqada mövsümün oyunçusu seçildi
"Şamaxı"dan gedənlərin sayı 17 oldu
"Bavariya" "Liverpul"un gənc vingerini almaq istəyir
Ayxan Abbasov o futbolçuları millidən kənarlaşdırdı
Azərbaycan millisi Maltaya belə uduzdu - Video
Millimizin gənc futbolçusunun zədəsi ciddidir - Video
Malinovski Türkiyə klubunda - Rəsmi
Alman futbolçu DÇ-2026-nı buraxacaq
"Fiorentina" baş məşqçisi ilə yolları ayırdı
Azərbaycan millisi ilə oyundan əvvəl Banqladeşə uduzdular
Yankoviç oynadı, Monteneqro heç-heçə etdi
“Çoxdandır bu qədər qol epizodu yaratmırdıq” - Ayxan Abbasov
Əliyar Ağayev Belarusun qələbəsinə şahidlik etdi
Azərbaycan millisi Maltaya uduzdu
FİFA "pulsuz" satılan biletlərin ödənişini tələb edir
Slot London klubunun təklifini rədd etdi
Xəyal Əliyev zədələndi, meydanı xərəkdə tərk etdi - Video
Sadıq Sadıqov dünyasını dəyişdi
"Şamaxı" onu da yola saldı
Mbappe artıq ən bahalı futbolçu deyil
Azərbaycan - Malta: Heyətlər
DÇ-2026-nın "ölüm qrupu"nda hansı ölkələr var?
Messi və Son Hın Min eyni komandada
Azərbaycan millisi Macarıstana uduzdu
"Yeni transferlər olacaq" - Zaur Həşimov
Millinin futbolçuları arasında gərginlik - Şəkil