“Neftçi” klubunun sabiq baş məşqçisi Arif Əsədovun Qol.Az saytına müsahibəsi
- Həftəsonu ölkə çempionatın 30-cu turuna start veriləcək. Unibank Premyer Liqanın gedişatını necə dəyərləndirirsiniz?
- “Xəzər Lənkəran”ın hesabından altı xal silindikdən sonra çempionatda intriqa dayanmışdı. FİFA-nın qərarının ləğvi isə çempionatda yenidən canlanma yaratdı. Fikrimcə, son üç turda bizi çox maraqlı oyunlar gözləyir. Turnir cədvəlinin ikinci və üçüncü yerləri uğrunda gərgin mübarizə gedəcək.
- İndiki vəziyyətdə “Neftçi”nin çempionatı qalib kimi bitirəcəyini tam əminliklə söyləmək olarmı?
- Mənim fikrimcə, hələ bunun üçün bir qədər tezdir. Tam rəsmiləşməyənə qədər çempionluqdan danışmaq olmaz. Bu səbəbdən gərək “Neftçi”də arxayınçılıq yaranmasın. “Qarabağ”la oyunda üç xal qazandıqdan sonra çempionluğu bayram etmək olar. Bununla belə, statistik cəhətdən 80/90 faiz “Neftçi” çempiondur.
- “Neftçi” – “Qarabağ” oyunu ilə bağlı fikirləriniz necədir?
- Hər iki komandaya mütləq şəkildə qələbə qazanmaq lazımdır. “Qarabağ”ın Avroliqaya düşmək şansları azalıb. Çox maraqlı oyun keçəcək. Şansları 50/50-yə dəyərləndirərdim.
- FİFA-nın “Xəzər Lənkəran”ın altı xalını geriyə qaytarması ilə bağlı nə düşünürsünüz?
- İndiyədək dünyanın heç bir yerində çempionatın davam etdiyi vaxtda komandadan xal almayıblar. Fikrimcə, ədalət bərqərar olundu. FİFA-nın qərarını ləğv etməsi tam düzgün idi.
- FİFA-nın qərarını ləğv etməsi bəzi futbolçular tərəfindən narazılıqla qarşılandı. Konkret olaraq, “Qarabağ”dan Rəşad Sadıqov, “Neftçi”dən isə Rail Məlikov bunun düzgün olmadığını dedilər...
- İnanmıram ki, kimsə öz komandamızdan altı xalın silinməsini istəyər. Ola bilər “Xəzər Lənkəran”ın xalı silindikdən sonra “Qarabağ” Avroliqaya vəsiqə qazanacağından arxayın olub. Komanda hər hansı bir pilləyə qalxmaq üçün əvvəlcədən hər şeyi ölçüb-biçməlidir. Bu baxımdan Rəşad deyə bilər ki, biz planımızı buna uyğun qurmamışdıq. Amma inanmıram ki, Rəşad “Xəzər Lənkəran”ın xalının geri qaytarılmasını istəməsin. O, öz xoşbəxtliyini başqalarının bədbəxtçiliyi üzərində qurmaq istəməz.
- “Qarabağ”ın Avroliqadan kənar qalmasından sonra klubun bəzi azarkeşləri tərəfindən baş məşqçi Qurban Qurbanova qarşı etirazlar başlayıb. Hətta onların arasında Qurbanovun istefasını tələb edənlər də var...
- Bilirsiz, uğur olanda bu, bütün komandanın ayağına yazılır. Amma hər hansı bir problem yarandıqda məsuliyyət baş məşqçinin boynuna düşür. Məşqçi həyatı sırf bunun üzərində qurulub. Fərqi yoxdur bu, Qurban Qurbanovdur, yoxsa Mourinyo. Azarkeş hər zaman komandasının qalib gəlməsini istəyir. Məncə, səbrli olmaq lazımdır. Onlar gərək sonadək “Qarabağ”a dəstəklərini göstərsinlər. Gəlin, unutmayaq ki, Qurban Qurbanov Avroliqada “Qarabağ”a uğurlu nəticələr qazandırıb. Azarkeşlər və komanda birləşərək bu çətin günləri arxada qoymalıdırlar.
Ümid AYXAN
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər