“Qəbələ” klubunun baş məşqçisi Fatih Kavlakın Qol.Az saytına müsahibəsi
- Həftəsonu Unibank Premyer Liqanın 30-cu turu çərçivəsində “Bakı” ilə ev oyununuz var. Matça hazırlıqlar necə keçir?
- Tam heyətlə “Bakı” ilə oyuna hazırlaşırıq. Komandanın kapitanı Mahir Şükürovun qırmızı vərəqəsi olduğundan bu matçı buraxmalı olacaq. Ümumi götürsək hər şey yolundadır.
- “Qəbələ” “Bakı” ilə oyunda nəyi hədəfləyir?
- Öz meydanımızda oynayırıq. Üç xal qazanmaqdan başqa heç nə düşünmürük. “Altılıq” oyunları çox çətin keçir. Kimin hansı komanda ilə oyunda xal itirəcəyi bəlli deyil. Həftə içi həm “Bakı”nın kubokda finala vəsiqə qazanması, həm də FİFA-nın “Xəzər Lənkəran”ın altı xalını geri qaytarması bizə hədəflərimizlə bağlı müəyyən problemlər yaratdı. Amma yenə də çıxıb üç xalımızı qazanacağıq.
- “Bakı” ilə oyunu “Qəbələ”nin Avroliqaya getmək baxımından son şansı olduğunu söyləmək olarmı?
- Riyazi cəhətdən bu belədir. Əgər oyunu qazana bilməsək, Avroliqa şanslarımız bitə bilər. Digər tərəfdən hətta “Bak”ını məğlub etsək belə, yenə də turnirə vəsiqə qazanmağımız çox çətin görünür.
- Dediniz ki, “Xəzər Lənkəran”dan alınmış altı xalın yenidən komandaya qaytarılması sizdə müəyyən problemlər yaratdı. Siz FİFA-nın qərarını ləğv etməsini necə qarşıladınız?
- Mən “Xəzər Lənkəran”dan altı xal alınanda bu barədə şərh vermək istəmədim. Çünki bu bizim işimiz deyil. Amma “Xəzər Lənkəran”lı futbolçuların əməyini yerə vurmaq olmaz. Bu qərarın verilməsi futbol meydançasından kənarda baş verən hadisəyə görə idi. Bunun cəzasını isə futbolçular çəkməməlidir. Biz buna sevinə bilməzdik. FİFA-nın qərarını ləğv etməsi barədə isə fikir söyləmək istəmirəm.
- Sonuncu turda “İnter”ə məğlubiyyət futbolçularda ruh düşgünlüyü yaratmayıb?
- Əgər “İnter”ə qalib gələ bilsəydik, Avroliqa üçün yaxşı şanslarımız yaranacaqdı. Bundan sonra edəcək bir şey yoxdu. Futbolçularla bu barədə söhbət etdik. “İnter”lə oyunu unudub “Bakı”ya qarşı matça köklənmək lazımdır.
- Ola bilərmi ki, komandadan uzaqlaşdırdığınız Lübo Baranin və Pavels Doroşevsin yoxluğu “İnter”lə oyunda özünü göstərsin?
- Xeyr. Ola bilməz.
- “Qəbələ”nin mövsüm öncəsindən hədəfləri Avroliqaya vəsiqə qazanmaq idi. İndiki vəziyyət bu çox çətin görünür. Bundan sonra rəhbərliyin sizə münasibətinin dəyişməsi mümkündürmü?
- İnsani olaraq mənim rəhbərliklə çox gözəl münasibətlərim var. Amma biz hamımız peşəkarıq. Mən də Avroliqaya vəsiqəni çox istəyirdim. Bunu etmək üçün də çox çalışdıq. Rəhbərliyin mənimlə bağlı nə qərar vərəcəyini isə düşünmürəm. Bu elə də önəmli deyil. Nə qərar verəcəklərsə razılaşacam. Fikrimcə, onlar ən düzgün olan qərarı verəcəklər. Geridə qalan üç turda qələbə qazanıb turnir cədvəlində “Qəbələ”nin tarixində ən yaxşı yerdə bitirməsinə çalışacağıq.
Ümid AYXAN
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya