“Xəzər Lənkəran” klubunun müdafiəçisi Elnur Allahverdiyevin Qol.Az saytına müsahibəsi
- FİFA-nın komandanızın hesabından altı xalın silinməsi qərarını sonradan ləğv etməsinə reaksiyanız necə oldu?
- Doğrudan da, bu, bizi çox sevindirdi. Xalımızın geri qaytarılmasından sonra “Xəzər Lənkəran” öz oyunuyla sübut etməlidir ki, çempionluğa layiq klubdur. Bütün qarşılaşmalarda qalib gələrək rəhbərlik qarşısında da özümüzü doğrultmalıyıq. Qoy, görsünlər ki, biz həmişəki əzəmətli “Xəzər Lənkəran”ıq.
- Hesabınızdan silinən xalların yenidən qaytarılacağını gözləyirdinizmi?
- Düzünü deyim ki, həmin anda çox çətin duruma düşmüşdük. Həmin xəbər bizə çox sarsıdıcı təsir göstərdi. Düşünmürdük ki, FİFA öz qərarını sonradan dəyişə bilər. Lakin ümid sonda ölür. Ona görə də, hardasa bir inam vardı. Hər şey bizim üçün yaxşı qurtardı. Çempionatın bitməsinə üç tur qalmış belə xoş xəbər almağımız əla oldu. Bu amil istər-istəməz çıxışlarımızda da öz sözünü deyəcək. Biz qələbə qazanmağımızla bərabər, turnir cədvəlinə başçılıq edən “Neftçi”nin də xal itirməyini gözləməliyik. Nə olur-olsun, axıra qədər mübarizə aparacağıq.
- FİFA-nın son qərarını bir çox klub rəhbərləri, baş məşqçilər və futbolçular birmənalı qarşılamadı. Razı qalanlarla yanaşı, narazı olanlar da tapıldı. Buna münasibətin necədir?
- Pis yanaşanlara mən nə deyə bilərəm. Sadəcə, xalımızın geri qaytarılmasına yaxşı yanaşmayanlara ayıb olsun. Axı, biz də Azərbaycan klubuyuq. Belə danışmaqları düzgün deyil. Klubumuzun sahibi Mübariz Mənsimov da Azərbaycan oğludur. “Xəzər Lənkəran” da Azərbaycan oğlunun komandasıdır. Lazım deyil belə şeylər danışmaq. Mən bu sözləri onlara yaraşdırmıram. Kimsə ədalətin bərqərar olub, xalımızın qaytarılmasına sevinmirsə, deməli, onlar çox paxıl insanlardır. İdman xüsusən də, kişilik mübarizəsidir. Kim güclüdür, o da qalib olmalıdır. Ancaq paxıllıq və xainliklə heç vaxt qabağa getmək olmaz.
- “Qarabağ” ın müdafiəçisi Rəşad Sadıqov Qol.Az saytına açıqlamasında “Xəzər Lənkəran”ın altı xalının silinməsi bir, sonradan geri qaytarılmasını başqa absurd adlandırmasına münasibətin necədir?
- Əlbəttə, çox pis. Mən Rəşad Sadıqovun belə söz işlətməsindən çox narazıyam. Əgər biz düzüksə, niyə haqqımızı tələb etməməliyik? Heç kim bunu bizə qadağan edə bilməz. Biz haqqımızı tələb edərək, qalib gəldik. Vəssalam və daha artıq-əskik sözlər danışmaq düzgün deyil. Mən heç vaxt imkan vermərəm ki, çıxış etdiyim klubu kimsə təhqir edə və ya onun barəsində artıq-əskik danışa. Çünki mən bu klubun futbolçusuyam. Meydanda necə, həyatda da elə mübarizəm.
- Xalınızın geri qaytarılmasında AFFA-nın baş katibi Elxan Məmmədovun da əməyi olduğu deyilir. Bu, nə dərəcədə düzgündür?
- Hər kəs yaxşı bilir ki, klubumuzun sahibi Mübariz müəllim necə böyük hörmətə malikdir. Məncə, baş katibin bu yöndə hansısa iş gördüyünü demək düzgün olmaz. Ədalət Mübariz Mənsimov başda olmaqla klubumuzun üzvlərinin zəhməti sayəsində bərqərar oldu. Bu amilin rəhbərimiz tərəfindən bizə hədiyyə olduğunu söyləyə bilərəm.
- Hazırda lider “Neftçi”dən altı xal geri qalırsınız. Bu mənada, çempion olmaq şanslarınızı necə dəyərləndirirsən?
- Əlbəttə, buna inamımız çoxdur. Çünki komandamız hazırda çox yaxşı formadadır. Həm də evdə “Neftçi” üzərində qələbə qazandıqdan sonra əhval-ruhiyyəmiz xeyli yüksəlib. Altı xalın geri qaytarılması da gücümüzü birə-beş artırıb. İnşallah, inanıram ki, irəlidəki üç qarşılaşmada məğlubiyyətimiz olmayacaq. Öz oyunumuzla sübut etməliyik ki, biz çempion olmağa layiq komandayıq. Çünki “Xəzər Lənkəran” böyük bir ailədir.
- Növbəti turda “İnter”in qonağı olacaqsınız. Bu oyundan nə gözləyirsən?
- Birinci növbədə biz irəlidəki üç oyunun hamısında qələbə qazanmalıyıq. Çünki biz çempion olmaq istəyirik. Lakin rəqibimiz “İnter”ə də böyük hörmətlə yanaşırıq. Onlar da çox güclü komandadır. Biz “İnter”i məğlub edərək, “Neftçi”nin xal itirməsini gözləməliyik.
- Yeri gəlmişkən, “Neftçi”nin evdə “Qarabağ”la qarşılaşmada xal itirməsi nə dərəcədə gözləniləndir?
- “Qarabağ” “Neftçi”dən zəif deyil. Bu komandanın heyətində çox güclü yerli futbolçu çıxış edir. Həm də indi üç xal daha çox “Qarabağ”a lazımdır, nəinki “Neftçi”yə.
Əli HƏYATİ
“Komandada çox şey yaxşı alındı” - Rəşad Eyyubov
Almaniya Kubokunda püşk atıldı
Azərbaycan millisi Qazaxıstana məğlub oldu
İnamsız çıxışına görə klub yeni qapıçı axtarışına başladı
"Trabzonspor" 11 milyonluq təklifi rədd etdi
DÇ-2026-da azarkeşlərlə bağlı bu qadağa yumşaldıldı
Argentina millisində itki
Azərbaycanın U-21 millisi Bəhreynə 3 qolla qalib gəldi
Belçika yığmasından böyükhesablı qələbə
Alleqri və "Milan" razılığa gələ bilmir
Azarkeşlər stadiona getməkdən imtina edirlər
"O, meydanda əsl canavar kimi idi"
"Mançester Yunayted" 90 milyon ödəməyə hazırdır
Klub rəsmisi istefa verdi
"Arsenal"a keçə bilər
PSJ onunla müqaviləni uzatmayacaq
"Barselona" son iki mövsümdə möhtəşəm çıxış edir"
La Liqada mövsümün oyunçusu seçildi
"Şamaxı"dan gedənlərin sayı 17 oldu
"Bavariya" "Liverpul"un gənc vingerini almaq istəyir
Ayxan Abbasov o futbolçuları millidən kənarlaşdırdı
Azərbaycan millisi Maltaya belə uduzdu - Video
Millimizin gənc futbolçusunun zədəsi ciddidir - Video
Malinovski Türkiyə klubunda - Rəsmi
Alman futbolçu DÇ-2026-nı buraxacaq
"Fiorentina" baş məşqçisi ilə yolları ayırdı
Azərbaycan millisi ilə oyundan əvvəl Banqladeşə uduzdular
Yankoviç oynadı, Monteneqro heç-heçə etdi
“Çoxdandır bu qədər qol epizodu yaratmırdıq” - Ayxan Abbasov
Əliyar Ağayev Belarusun qələbəsinə şahidlik etdi
Azərbaycan millisi Maltaya uduzdu
FİFA "pulsuz" satılan biletlərin ödənişini tələb edir
Slot London klubunun təklifini rədd etdi
Xəyal Əliyev zədələndi, meydanı xərəkdə tərk etdi - Video
Sadıq Sadıqov dünyasını dəyişdi
"Şamaxı" onu da yola saldı
Mbappe artıq ən bahalı futbolçu deyil
Azərbaycan - Malta: Heyətlər
DÇ-2026-nın "ölüm qrupu"nda hansı ölkələr var?
Messi və Son Hın Min eyni komandada
Azərbaycan millisi Macarıstana uduzdu