“Bakı” klubunun vitse-prezidenti Zeynal Məmmədovun Qol.Az saytına müsahibəsi
- Dünən ölkə kubokunun 1/2 final mərhələsində penaltilər seriyasında “Qarabağ”a qalib gələrək finala vəsiqə qazandınız. Bu, sizin üçün nə dərəcədə gözlənilən oldu?
- İlk növbədə deyim ki, gözlənilməz olmadı. Biz komandadan bu nəticəni gözləyirdik. Çünki “Bakı”nın potensialına yaxşı bələd idik. Düzdü, doğma meydanda minimal hesabla “Qarabağ”a məğlub olmuşduq. Ancaq komandaya ümid var idi. Xatırlayırsınızsa, 2010-cu ildə kuboku qazanarkən elə ilk oyunda “İnter”ə evdə 0:1 hesabıyla məğlub olmuşduq. Lakin cavab görüşündə artıqlamasıyla əvəzini çıxaraq finala adlamışdıq. Bizdə inam vardı ki, komandamız rəqib meydanında daha yaxşı çıxış edir. Bu qarşılaşmadada oyunun əhəmiyyəti çox böyük idi. Bu mövsümü boşa verməmək üçün “Bakı” yalnız və yalnız qələbəyə oynamalıydı. “Bakı” dalbadal iki il avrokuboklarsız qalmamalıdır. Yəni, bu bizim üçün çox pis olardı. Yaxşı bilirsiniz ki, ”Bakı”da olan şərait heç bir klubda yoxdu. Məhz buna görə də finala çıxmaq ümidimiz böyük idi.
- Artıq kubokun finalına vəsiqəni təmin etmisiniz. Demək olarmı ki, “Bakı” artıq Avroliqaya vəsiqəni təmin edib?
- Hələ yox. Çünki “Xəzər Lənkəran”nın altı xalının geri qaytarılması çempionatda intriqanı artıracaq. Qarşıda hələ üç oyun var. Ona görə də fikirləşirəm ki, “Bakı” əlindən gələni etməlidir ki, kuboku alsın və kubokun sahibi kimi Avroliqaya vəsiqəni təmin etsin. Klubun qarşısında bu məqsəd durur.
- Bu gün məlum oldu ki, FİFA “Xəzər Lənkəran”ın hesabından sildiyi 6 xalı geri qaytardı. Bu amil sizin planlarınıza nə dərəcədə təsir etdi?
- İnanın ki, səmimi qəlbdən deyirəm, bu qərar məni çox sevindirdi. Mən bunun tərəfdarıydım. Əgər xalı çıxsaydılar da bunu gələn mövsümün əvvəlində, çempionat başlamamışdan etməliydilər. Komanda starta mənfi 6 və ya 12 xalla da başlaya bilərdi. Belə şeylər dünya praktikasında çox olub. Hətta İtaliya və İspaniya çempionatlarından misal gətirmək olar. Lakin mövsümün axırlarına yaxın klubun hesabından altı xal silinməsi komandaya çox pis təsir edir. Bir komanda çempionluğa oynayırsa, mövsümün sonunda hesabından altı xal silinməsi böyük bir zərbəydi. “Xəzər Lənkəran” klubunun altı xalının geri qaytarılmasını çox yaxşı qarşıladım. Ona görə də deyə bilərəm ki, bu amilin bizim planlarımıza heç bir təsiri olmadı. “Bakı” hər zaman düzgünlüyün tərəfdarı olub. Fikrimcə, ədalət sonda öz yerini tapdı və komandanın altı xalı özünə qaytarıldı. Belə olması çempionatda rəqabəti daha da artırdı. Digər tərəfdən futbolçuların əməyi yerə vurulmadı.
- Sabiq baş məşqçi Aleksandr Starkovun gedişindən sonra komandanızın çıxışı sizi nə dərəcədə qane edir?
- Hər kəs indi deyir ki, Starkovun gedişindən sonra komanda yaxşı oynayır. Lakin gəlin etiraf edək ki, Starkovun da bu komandada əməyi var. Komandanın fiziki hazırlanmasında da onun əməyini danmaq olmaz. Ola bilər ki, hansısa taktikada nəsə düzgün etməyib. Ancaq yenə də, deyirəm, “Bakı”nın bu gün kubokun finalına vəsiqə qazanmasında, belə futbol nümayiş etdirməsində onun da zəhməti var.
- Ümumiyyətlə, mövsümün sonunda komandada baş məşqçi dəyişikliyi gözlənilir?
- Hələ bu haqda fikirləşmirik. Biz mövsümün sonunu gözləyirik. Ola bilər ki, heç bir dəyişiklik olmasın. Allahın köməkliyiylə Avroliqaya vəsiqə qazanaq, sonra baxarıq. May ayının sonunda biləcəyik ki, dəyişiklik olacaq, ya yox.
- Əgər, məşqçi dəyişikliyi olsa, yerli mütəxəssisə üstünlük verəcəksiniz, yoxsa əcnəbiyə?
- Əgər, dəyişiklik olsa, onda komandaya ancaq xarici məşqçi gətiriləcək. Yerli olacaqsa, elə Novruz Əzimovumuz var.
- Bəs, heyətdə necə, dəyişiklik etmək planlarınız var?
- Bəli, heyətdə bəzi dəyişikliklər olacaq. Axsayan mövqelərimizi gücləndirmək istəyirik. Əsasən yerli bazara üstünlük verəcəyik. Bizə yerli futbolçular lazımdır. Əgər yerli bazarda həmin futbolçuları tapa bilməsək, onda məcburiyyət qarşısında legionerlərə üstünlük veriləcək. Düzdü, “Bakı” klubunun bazasında bu gün istedadlı futbolçular yetişməkdədir. Ancaq onlar bu gün üçün deyil, 2-3 ildən sonraya nəzərdə tutulub. Bu müddətdən sonra “Bakı”ya legionerlərin çoxluğu lazım olmayacaq.
Əli HƏYATİ
“Komandada çox şey yaxşı alındı” - Rəşad Eyyubov
Almaniya Kubokunda püşk atıldı
Azərbaycan millisi Qazaxıstana məğlub oldu
İnamsız çıxışına görə klub yeni qapıçı axtarışına başladı
"Trabzonspor" 11 milyonluq təklifi rədd etdi
DÇ-2026-da azarkeşlərlə bağlı bu qadağa yumşaldıldı
Argentina millisində itki
Azərbaycanın U-21 millisi Bəhreynə 3 qolla qalib gəldi
Belçika yığmasından böyükhesablı qələbə
Alleqri və "Milan" razılığa gələ bilmir
Azarkeşlər stadiona getməkdən imtina edirlər
"O, meydanda əsl canavar kimi idi"
"Mançester Yunayted" 90 milyon ödəməyə hazırdır
Klub rəsmisi istefa verdi
"Arsenal"a keçə bilər
PSJ onunla müqaviləni uzatmayacaq
"Barselona" son iki mövsümdə möhtəşəm çıxış edir"
La Liqada mövsümün oyunçusu seçildi
"Şamaxı"dan gedənlərin sayı 17 oldu
"Bavariya" "Liverpul"un gənc vingerini almaq istəyir
Ayxan Abbasov o futbolçuları millidən kənarlaşdırdı
Azərbaycan millisi Maltaya belə uduzdu - Video
Millimizin gənc futbolçusunun zədəsi ciddidir - Video
Malinovski Türkiyə klubunda - Rəsmi
Alman futbolçu DÇ-2026-nı buraxacaq
"Fiorentina" baş məşqçisi ilə yolları ayırdı
Azərbaycan millisi ilə oyundan əvvəl Banqladeşə uduzdular
Yankoviç oynadı, Monteneqro heç-heçə etdi
“Çoxdandır bu qədər qol epizodu yaratmırdıq” - Ayxan Abbasov
Əliyar Ağayev Belarusun qələbəsinə şahidlik etdi
Azərbaycan millisi Maltaya uduzdu
FİFA "pulsuz" satılan biletlərin ödənişini tələb edir
Slot London klubunun təklifini rədd etdi
Xəyal Əliyev zədələndi, meydanı xərəkdə tərk etdi - Video
Sadıq Sadıqov dünyasını dəyişdi
"Şamaxı" onu da yola saldı
Mbappe artıq ən bahalı futbolçu deyil
Azərbaycan - Malta: Heyətlər
DÇ-2026-nın "ölüm qrupu"nda hansı ölkələr var?
Messi və Son Hın Min eyni komandada
Azərbaycan millisi Macarıstana uduzdu