“Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanovun Qol.Az saytına müsahibəsi
- Ölkə kubokunun 1/2 final mərhələsinin təkrar qarşılaşmasında evdə “Bakı”ya penaltilər seriyasında məğlub olaraq, finala çıxa bilməməyinizin səbəbini nədə görürsünüz?
- Çox istəyirdik ki, finala vəsiqə qazanaq. Baxmayaraq ki, səfərdə 1:0 hesabıyla qələbə qazanmışdıq, istədiyimizi həyata keçirə bilmədik. Ümumiyyətlə, “Bakı” son vaxtlar gözəl oyun nümayiş etdirir. Həmçinin də əla bir heyətə malik olan komandadır. Ancaq yenə də uşaqlar sona kimi mübarizə apararaq, əllərindən gələni etməyə çalışdılar. Təəssüf ki, bacarmadıq.
- Ola bilərmi ki, rəqibin heyətində əcnəbilər daha çoxluq təşkil etdiyindən fiziki baxımdan futbolçularınızdan daha üstün idi?
- Mən belə deməzdim. Sadəcə olaraq, komandada yorğunçuluq var. Həmçinin heyətdəki bir neçə əsas futbolçumuz zədəliydi. Onların çoxu bir oyunda meydana çıxdısa, digərində oynaya bilmədi. Komandanın aparıcı oyunçularından olan Adamiya sarı vərəqə limitini doldurduğundan komandasına kömək edə bilmədi. Əfran İsmayılovun zədəsi var idi. Hesablamışdıq ki, Əfranı 30 dəqiqə oynadaq. Lakin onun da tam hazır olmaması özünü göstərdi. Mövsümün sonu olduğu üçün bu cür problemlərlə qarşılaşdıq. Rəqib bizə qolu standart vəziyyət zamanı vurdu. Bilirdik ki, rəqib standart vəziyyətlərdən yaxşı istifadə edir. Ona görə buna hazır idik. Ancaq yenə də hardasa gözlərindən yayındı. İkinci hissəni götürsək, sona kimi top daha çox bizdə oldu. Rəqibin də taktikası bir qol vuraraq hesabı saxlamaq idi. Bu da onlarda alındı. Çempionat qarşılaşmasından fərqli olaraq kubok oyununda rəqibin qapımız qarşısında qol vurmaq üçün çox az şansı oldu. Əgər Əfran İsmayılov təkbətək epizodda yararlana bilsəydi, yəqin ki, nəticə tam fərqli ola bilərdi. Penalti seriyasına gəlincə isə burada hər bir komanda qalib gələdə bilər, gəlməyə də.
- Yəqin, bilirsiniz ki “Xəzər Lənkəran”nın 6 xalını FİFA yenidən özünə qaytardı. Nəticədə komandanız turnir cədvəlində dördüncü pilləyə düşdü. Nəticədə “Qarabağ”ın Avroliqa yarışlarından uzaq düşmək təhlükəsi yaranıb.
- Deyiləsi bir şey yoxdur. Qarşıda bizim üç oyunumuz var. Hazırda turnir cədvəlində vəziyyət elədir ki, komandaların aralarındakı fərq çox azdır. Yenə də bununla biz barışmamalıyıq və sona kimi mübarizə aparacağıq.
- Artıq heç bir şeydən gileylənmədən, qarşıdakı üç oyunu “Qarabağ” üçün ölüm-dirim savaşı adlandırmaq olar?
- Biz heç bir şeydən gileylənməmişik. Sadəcə olaraq, olanları demişik. Yorğunçuluq olanda deyirik ki, yorğunçuluğumuz var. Zədələrimiz olanda da, zədələrimizi söyləyirik. Bu, hər bir komandanın başına gələn bir şeydir. O ki qaldı mübarizəyə, biz hər zaman buna çalışmışıq. Baxmayaraq ki, qarşıda ağır oyunlarımız var, rəqiblərimiz “Neftçi”, “Xəzər Lənkəran” və “İnter” bizdən yuxarı pillələrdə qərarlaşıblar, çalışacağıq ki, sona qədər mübarizə aparaq. Alınacaqsa, lap yaxşı olar.
- “Neftçi”ylə aranızda xal fərqi az olsa da, mətbuata bu mövsüm çempion ola bilməyəcəyiniz haqda açıqlamalar vermişdiniz. Azarkeşlər isə buna cavab olaraq “əgər “Qarabağ” çempion olmaq istəmirsə, daha oyunlarına nəyə gedək ki” deyərək etirazlarını bildirmişdilər. Buna münasibətiniz necədir?
- Azarkeşləri başa düşməyə çalışmalıyıq. Onlar nə qədər çılğın olsalar da, nə qədər etiraz etsələr də, futbolsuz dayana bilmirlər. Məncə, azarkeşlər nə qədər etiraz etsələr də sonda stadiona gələrək, komandalarına dəstək olurlar. Ancaq elə bir məşqçi və ya futbolçu yoxdur ki, çempion olmaq istəməsin. Bu mövsüm çempionatda mübarizə çox ağır keçir. Rəqiblərin çıxışı da göz qabağındadır. Eyni zamanda heyətlərində bir çox tanınmış Avropa səviyyəli futbolçular oynayır. “Qarabağ” da belə komandalara qarşı başabaş mübarizə aparmağa çalışır. Nə dərəcədə alınır, deyə bilmərəm. Lakin öz fikirimizdən dönməyərək, sona qədər mübarizə aparacağıq. Hər bir qarşılaşmada meydana qələbə üçün çıxacağıq.
- Məğlub olduğunuz zaman azarkeşlər sizin ünvanınıza “İstefa” şüarı səsləndirirdilər. Bunu necə qarşılayırsınız?
- Məncə, belə hallar olacaq. Əlbəttə ki, heç bir məşqçi və futbolçu istəməz ki, azarkeşlər ondan narazı qalsınlar. Çalışacağıq ki, komanda üçün ən yaxşısını edək ki, azarkeşlər bizdən narazı qalmasın. Digər tərəfdən, azarkeşlər komandanın bir hissəsidir. Oyunlar olur ki, 50-60-cı dəqiqədə hesabda geri düşərkən, azarkeşlər tərəfindən hansısa etirazlar gəlir. Bu da istər-istəməz futbolçulara və mənə pis təsir edir. Düzdü, bunu normal qarşılamalıyıq. Lakin son vaxtlar Ağdamda bir az çox qaldıq. Bu zaman azarkeşlərlə görüşümüz, söhbətimiz olmuşdu. Hətta yerli camaatla da ünsiyyət qururduq. Məncə, onların komandalarından narazılıqları yoxdur. Onlar komandalarını və hər birimizi çox istəyirlər. Azarkeşlər və yerli əhali də yaxşı bilir ki, biz də “Qarabağ”ın adını yüksəltmək və hər zaman uca tutmaq istəyirik. Mən də bir azərbaycanlı olaraq çalışacağam ki, “Qarabağ”ın ən yaxşı nəticə göstərməsinə nail olum. Arada belə narazılıqlar qaçılmaz olur. Görürsən ki, 10-15 nəfər və ya hər kəs narazılıq edir. Bunu normal qarşılamaq lazımdır. Bu işin içindəyiksə, əlimizdən gələni etməyə çalışacağıq. Biz də istəmərik ki, turnir cədvəlində kimlərdənsə aşağıda olaq.
Əli HƏYATİ
“Komandada çox şey yaxşı alındı” - Rəşad Eyyubov
Almaniya Kubokunda püşk atıldı
Azərbaycan millisi Qazaxıstana məğlub oldu
İnamsız çıxışına görə klub yeni qapıçı axtarışına başladı
"Trabzonspor" 11 milyonluq təklifi rədd etdi
DÇ-2026-da azarkeşlərlə bağlı bu qadağa yumşaldıldı
Argentina millisində itki
Azərbaycanın U-21 millisi Bəhreynə 3 qolla qalib gəldi
Belçika yığmasından böyükhesablı qələbə
Alleqri və "Milan" razılığa gələ bilmir
Azarkeşlər stadiona getməkdən imtina edirlər
"O, meydanda əsl canavar kimi idi"
"Mançester Yunayted" 90 milyon ödəməyə hazırdır
Klub rəsmisi istefa verdi
"Arsenal"a keçə bilər
PSJ onunla müqaviləni uzatmayacaq
"Barselona" son iki mövsümdə möhtəşəm çıxış edir"
La Liqada mövsümün oyunçusu seçildi
"Şamaxı"dan gedənlərin sayı 17 oldu
"Bavariya" "Liverpul"un gənc vingerini almaq istəyir
Ayxan Abbasov o futbolçuları millidən kənarlaşdırdı
Azərbaycan millisi Maltaya belə uduzdu - Video
Millimizin gənc futbolçusunun zədəsi ciddidir - Video
Malinovski Türkiyə klubunda - Rəsmi
Alman futbolçu DÇ-2026-nı buraxacaq
"Fiorentina" baş məşqçisi ilə yolları ayırdı
Azərbaycan millisi ilə oyundan əvvəl Banqladeşə uduzdular
Yankoviç oynadı, Monteneqro heç-heçə etdi
“Çoxdandır bu qədər qol epizodu yaratmırdıq” - Ayxan Abbasov
Əliyar Ağayev Belarusun qələbəsinə şahidlik etdi
Azərbaycan millisi Maltaya uduzdu
FİFA "pulsuz" satılan biletlərin ödənişini tələb edir
Slot London klubunun təklifini rədd etdi
Xəyal Əliyev zədələndi, meydanı xərəkdə tərk etdi - Video
Sadıq Sadıqov dünyasını dəyişdi
"Şamaxı" onu da yola saldı
Mbappe artıq ən bahalı futbolçu deyil
Azərbaycan - Malta: Heyətlər
DÇ-2026-nın "ölüm qrupu"nda hansı ölkələr var?
Messi və Son Hın Min eyni komandada
Azərbaycan millisi Macarıstana uduzdu