“Bakı” klubunun yarımmüdafiəçisi Aleksandr Soliçin Qol.Az saytına müsahibəsi
- Unibank Premyer Liqanın 29-cu turunda səfərdə “Qarabağ-ı 4:2 hesabıyla məğlub etdiniz. Nəticənin belə olacağını gözləyirdiniz?
- İlk öncə, qələbəyə görə çox məmnunam. Çox gözəl və bol qollu bir matç baş tutdu. Belə güclü rəqiblə böyükhesablı qələbə qazanacağımızı gözləməsəm də, komandam buna layiq oyun nümayiş etdirdi.
- Həm “Xəzər Lənkəran”, həm də “Qarabağ”la oyunlarda fərqlənərək, komandanın qələbəsində pay sahibi olmusan.
- İlk növbədə gərək komanda yaxşı çıxış etsin. Tanrıya şükürlər olsun ki, buna nail oluruq. Qol vurmağıma gəlincə, buna sevinirəm. Əgər komandamız daim belə hücum futbolu sərgiləyə bilsə, biz futbolçular da çox qola imza ata biləcəyik.
- Bu gün ölkə kubokunun 1/2 final mərhələsinin “Qarabağ”la təkrar görüşünə çıxacaqsınız. Bu barədə nə deyə bilərsən?
- Mənə elə gəlir ki, sabakı qarşılaşmada bizdə hər şey alınacaq. İlk növbədə bir qol vurmağımız lazım olacaq ki, bir qədər sərbəst çıxış edək. Çünki rəqibimiz də, səfərdə bizə vurduğu bir qol sayəsində, hələ ki üstündür. Ona görə də hesaba tarazlıq gətirməliyik ki, oyunun ipini əlimizə alaq.
- İlk görüşün nəticəsinə görə, indi hücumda oynamağa məcbur olacaqsınız. Bunun bir qədər riskli olduğunu düşünmürsən?
- Düzdü, bu, riskdir. Hər kəs Azərbaycanda “Qarabağ”ın necə güclü komanda olduğunu yaxşı bilir. Həmçinin sürəti və texnikalı futbolçularının sayəsində istənilən komandayla nə istəyirsə, onu da edə bilər. Lakin bir neçə gün öncə çempionat oyununda biz qələbə qazandıq. Məncə, onlar üçün də bizimlə oynamaq asan olmayacaq. İnanıram ki, biz bu komandanı keçə biləcəyik. Dua edəcəyəm ki, Tanrı bunu həyata keçirmək üçün bizə yardımçı olsun.
- Sabiq baş məşqçiniz Aleksandr Starkovun gedişindən sonra “Bakı”nın dirçəldiyini söyləmək olar?
- Mən sizinlə razıyam. Adətən, baş məşqçi dəyişikliyindən sonra komandaya sanki yeni bir nəfəs gəlir. Bizdə də bunun yaşadığını söyləmək olar. Artıq komanda sərbəst oynamağa başlayıb. Daha heç bir təzyiq də yoxdur. Sadəcə, əvvəlki oyunlarda itirdiyimiz yersiz xallara təəssüflənirəm. Yoxsa indi ən azı ikinci pillədə qərarlaşmışdıq.
- Hazırkı məşqçiniz Noruz Əzimov komandanın nəbizini tutduğunu söyləmək olar?
- Məncə, belədir. Artıq komandamız yaxşı nəticələr göstərməkdədi. Mən ona və komandamıza uğurlar arzulayıram. Nəzərə alsaq ki, Novruz Əzimov komandanı yeni götürüb, işinin öhdəsindən pis gəlmir. Çünki nəticələrimiz get-gedə yaxşılaşmağa doğru gedir.
- Səhv etmirəmsə, “Bakı”yla müqavilənin müddəti başa çatmaqdadır. Mövsümün sonunda klubunla yenidən müqavilə imzalanmağı düşünürsən?
- Artıq müqaviləmin müddəti başa çatır. Mənə klubdan dedilər ki, heç bir problem olmayacaq. Mən klubun prezidentinə də demişəm ki, karyeramı “Bakı”da bitirmək istəyirəm. “Bakı” klubuna çox bağlanmışam. Doğrudan da, bu klubu çox sevirəm. Çox istəyirəm ki, komandamın Avrokuboklara çıxması üçün nə isə edə bilim.
- Bəs, komandanın avrokuboklara çıxmaq şanslarını necə dəyərləndirirsən?
- Bunu indidən demək çətindir. İlk növbədə yaxşı oyun göstərərək qələbə qazanmaq lazımdır. Mən deyərdim ki, çempionatdan Avrokuboklara vəsiqə qazanmaq şanslarımız pis deyil. Hazırda “Qarabağ”dan cəmi 3, “İnter”dən isə 5 xal geri qalırıq. “Qəbələ” komandasını isə iki xal üstələyirik. Növbəti turda “Qəbələ”ylə oyunu nəzərə alsaq, hər şeyin öz əlimizdə olduğunu söyləmək olar. Əgər belə olsa, Avrokuboklardan kənarda qalmarıq.
- Növbəti turda güclü “Qəbələ”ylə oyunda qələbə qazanmaq şanslarınızı necə dəyərləndirərdin?
- Məncə, bizim “Qəbələ” üzərində qələbə qazanmaq üçün əla şansımız var. Bizim onlarla oyunumuz hər zaman uğurlu alınıb. Rəqibin standartlara cavab verən qazonunu da nəzərə alsaq, istədiyimiz oyunu göstərə biləcəyimizi düşünürəm. Bir şey var ki, komandamız gərək özünəinamlı şəkildə hücuma keçsin. Yəni, hücum futbolu oynayaraq rəqibi daim pressinq altında saxlamalıyıq. Matç boyu müdafiə olaraq qarşılaşmanın sonlarına yaxın bir qol buraxıb məğlub olsaq, bu, mənim üçün faciə olar. Gərək, kişi kimi oynayaq. Belə olsa istədiyimiz kimi qələbə bizim olar.
Əli HƏYATİ
“Komandada çox şey yaxşı alındı” - Rəşad Eyyubov
Almaniya Kubokunda püşk atıldı
Azərbaycan millisi Qazaxıstana məğlub oldu
İnamsız çıxışına görə klub yeni qapıçı axtarışına başladı
"Trabzonspor" 11 milyonluq təklifi rədd etdi
DÇ-2026-da azarkeşlərlə bağlı bu qadağa yumşaldıldı
Argentina millisində itki
Azərbaycanın U-21 millisi Bəhreynə 3 qolla qalib gəldi
Belçika yığmasından böyükhesablı qələbə
Alleqri və "Milan" razılığa gələ bilmir
Azarkeşlər stadiona getməkdən imtina edirlər
"O, meydanda əsl canavar kimi idi"
"Mançester Yunayted" 90 milyon ödəməyə hazırdır
Klub rəsmisi istefa verdi
"Arsenal"a keçə bilər
PSJ onunla müqaviləni uzatmayacaq
"Barselona" son iki mövsümdə möhtəşəm çıxış edir"
La Liqada mövsümün oyunçusu seçildi
"Şamaxı"dan gedənlərin sayı 17 oldu
"Bavariya" "Liverpul"un gənc vingerini almaq istəyir
Ayxan Abbasov o futbolçuları millidən kənarlaşdırdı
Azərbaycan millisi Maltaya belə uduzdu - Video
Millimizin gənc futbolçusunun zədəsi ciddidir - Video
Malinovski Türkiyə klubunda - Rəsmi
Alman futbolçu DÇ-2026-nı buraxacaq
"Fiorentina" baş məşqçisi ilə yolları ayırdı
Azərbaycan millisi ilə oyundan əvvəl Banqladeşə uduzdular
Yankoviç oynadı, Monteneqro heç-heçə etdi
“Çoxdandır bu qədər qol epizodu yaratmırdıq” - Ayxan Abbasov
Əliyar Ağayev Belarusun qələbəsinə şahidlik etdi
Azərbaycan millisi Maltaya uduzdu
FİFA "pulsuz" satılan biletlərin ödənişini tələb edir
Slot London klubunun təklifini rədd etdi
Xəyal Əliyev zədələndi, meydanı xərəkdə tərk etdi - Video
Sadıq Sadıqov dünyasını dəyişdi
"Şamaxı" onu da yola saldı