Torres: "Güclülər həmişə qazana bilmir"

Torres: "Güclülər həmişə qazana bilmir"
VİDEO 25 Aprel 2012 / 10:54 2683
-  A +

“Çelsi” klubunun hücumçusu Fernando Torres dünən axşam baş tutan “Barselona” ilə oyun haqda danışıb.

Qol.Az-ın məlumatına görə, ispaniyalı futbolçu “Barselona”ya təriflər yağdırıb: "Barselona" dünyanın ən güclü komandasıdır. Futbol belə bir oyundur. Güclülər həmişə qazana bilmir. Biz rəqibimiz qədər yaxşı oyun nümayiş etdirə bilmədik".

“Çelsi”nin oyun stili məhz belədir. Ola bilər ki, biz yaxşı oynamadıq. Amma nəticədə finala yüksələn tərəf biz olduq. “Barselona” öz oyunu ilə qürur duymalıdır. Bu məğlubiyyətin “Barselona”nın sonunu gətirəcəyinə inanmıram. Onlar yenə də qələbə qazanmağa davam edəcəklər” – deyə Torres bildirib.

Xatırladaq ki, ispaniyalı futbolçu 90+2-ci dəqiqədə komandasının bərabərlik qoluna imza atıb: 2-2.


Daha çox


Son xəbərlər