“Neftçi” klubunun hücumçusu Fərid Quliyevin Qol.Az saytına müsahibəsi
- Unibank Premyer Liqanın 29-cu turunda “Xəzər Lənkəran”la derbi matçda çıxış etdin. Bu görüş barədə nə deyərdin?
- Gərgin bir qarşılaşma idi. Belə bir atmosferdə, çoxsaylı azarkeş önündə çıxış etmək xoşdur. Təəssüf ki, gözləmədiyimiz bir anda Bahadır Nəsimov zədələnərək meydanı erkən tərk etdi. Onu əvəz edərkən çalışdım ki, komandama kömək edim. Bir neçə real qol imkanımız oldu. Ələ düşən imkanlardan yararlana bilməməyimiz bir tərəfə, bəxtimiz də gətirmədi. Heç nədən qapımızda qol gördük. Lakin oyun boyu üstünlük “Neftçi”nin tərəfində idi.
- Uzun müddət idi, meydana çıxmırdın. Öz çıxışından razı qaldın?
- Tam razı o vaxt qalardım ki, qol vurardım. Lakin bəxtim gətirmədi. Çox çalışsam da, rəqibin qapısına qol vura bilmədim. Amma çalışırdım ki, uzun zaman oyun praktikasından əziyyət çəkdiyimi biruzə verməyim.
- Birdən-birə derbi oyununda meydana çıxacağını gözləyirdin?
- Açığı, əvvəlcədən bunu gözləmirdim. Lakin Bahadır zədələnən zaman artıq isinmə hərəkətlərinə başlamışdım.
- Sabah “İnter”lə ölkə kubokunun 1/2 final mərhələsinin təkrar qarşılaşmasına çıxacaqsınız. Özünü bu qarşılaşmaya hazır hesab edirsən?
- Əgər, “Xəzər Lənkəran”la səfər görüşündə 80 dəqiqə oynaya bildimsə, bu dəfə də işimin öhdəsindən gələcəyimi düşünürəm. Mən birinci dəfə deyil ki, futbol oynayıram. Lazımi təcrübəm də var. Ən əsas məsələ qol vuraraq komandama kömək etməkdir.
- “İnter”lə oyunda qələbə şanslarınızı necə dəyərləndirirsən?
- Bilirik ki, cavab qarşılaşmaları çox çətin olur. Ona görə də qabaqcadan nəyisə dəqiq söyləmək olmaz. Səfərdə də komandamız qol vura bilmədiyi üçün rəqib meydana daha arxayın çıxacaq. Lakin “Neftçi” hər zaman qələbəyə oynayan komandadır. Nəyin bahasına olursa-olsun “Neftçi”nin qarşısındakı məqsədi “İnter” səddini keçərək, finala çıxmaqdır.
- Rəqibin arxa xəttdə diqqətli oynadığı heç kimə sir deyil. Bu mənada “İnter”in müdafiəsini yarmaq sənin üçün çətin olmayacaq ki?
- Düzdü, komanda olaraq müdafiəyə meyilli oyun nümayiş etdirirlər. Lakin bizimlə son iki qarşılaşmada qapılarına qol vura bildik. Fikrimcə, hər müdafiəni yarmaq mümkündür. Sadəcə olaraq, düzgün taktiki gediş etmək və baş məşqçinin verdiyi tapşırıqları yerinə yetirmək lazımdır. Bir sözlə, düşünürəm ki, maraqlı bir matç olacaq.
- Komanda yoldaşın Bahadır Nəsimovun üç həftə yaşıl meydandan ayrı düşdüyü məlumdur. Artıq onu sən əvəz edəcəksən.
- Baş məşqçi mənə etimad göstərərsə, çalışacağam ki, onun ümidlərini doğruldum. Hücumçuyamsa, qol vurmalıyam. Komandanın buna ehtiyacı var. Çünki mütləq qələbə qazanmalıyıq.
- Əgər finala çıxsanız hansı komandanı özünüzə rəqib görmək istəməzdiniz: “Qarabağ”ı, yoxsa “Bakı”nı?
- Finalda rəqibin fərqi olmur. Çünki bu artıq hər iki komanda üçün son matç olur.
Əli HƏYATİ
“Komandada çox şey yaxşı alındı” - Rəşad Eyyubov
Almaniya Kubokunda püşk atıldı
Azərbaycan millisi Qazaxıstana məğlub oldu
İnamsız çıxışına görə klub yeni qapıçı axtarışına başladı
"Trabzonspor" 11 milyonluq təklifi rədd etdi
DÇ-2026-da azarkeşlərlə bağlı bu qadağa yumşaldıldı
Argentina millisində itki
Azərbaycanın U-21 millisi Bəhreynə 3 qolla qalib gəldi
Belçika yığmasından böyükhesablı qələbə
Alleqri və "Milan" razılığa gələ bilmir
Azarkeşlər stadiona getməkdən imtina edirlər
"O, meydanda əsl canavar kimi idi"
"Mançester Yunayted" 90 milyon ödəməyə hazırdır
Klub rəsmisi istefa verdi
"Arsenal"a keçə bilər
PSJ onunla müqaviləni uzatmayacaq
"Barselona" son iki mövsümdə möhtəşəm çıxış edir"
La Liqada mövsümün oyunçusu seçildi
"Şamaxı"dan gedənlərin sayı 17 oldu
"Bavariya" "Liverpul"un gənc vingerini almaq istəyir
Ayxan Abbasov o futbolçuları millidən kənarlaşdırdı
Azərbaycan millisi Maltaya belə uduzdu - Video
Millimizin gənc futbolçusunun zədəsi ciddidir - Video
Malinovski Türkiyə klubunda - Rəsmi
Alman futbolçu DÇ-2026-nı buraxacaq
"Fiorentina" baş məşqçisi ilə yolları ayırdı
Azərbaycan millisi ilə oyundan əvvəl Banqladeşə uduzdular
Yankoviç oynadı, Monteneqro heç-heçə etdi
“Çoxdandır bu qədər qol epizodu yaratmırdıq” - Ayxan Abbasov
Əliyar Ağayev Belarusun qələbəsinə şahidlik etdi
Azərbaycan millisi Maltaya uduzdu
FİFA "pulsuz" satılan biletlərin ödənişini tələb edir
Slot London klubunun təklifini rədd etdi
Xəyal Əliyev zədələndi, meydanı xərəkdə tərk etdi - Video
Sadıq Sadıqov dünyasını dəyişdi