"Qəbələ" Futbol Akademiyasnın rəhbəri "Türk Telekom Arena"da (VİDEO)

"Qəbələ" Futbol Akademiyasnın rəhbəri "Türk Telekom Arena"da (VİDEO)
VİDEO 23 Aprel 2012 / 17:11 2697
-  A +

"Qalatasaray"ın ev oyunlarında - "Türk Telekom Arena"da keçirdiyi matçlarda oyunöncəsi ənənə halını alan "Qalatasaray" efsanelerini anıyor, "Türk Telekom" dünyaya duyuruyor" layihəsinin bu həftəki qonağı 1974-79-cu illərdə "Qalatasaray"da forma geyən, 80-ci illərdə klubun idarə heyətində yer alan, 2002-2008-ci illər arasında "Qalatasaray" Futbol Akademiyasının direktoru kimi türk futboluna bir çox istedadlı futbolçular qazandıran, hazırda isə "Qəbələ" Futbol Akademiyasına rəhbərlik edən Əli Yavaş olub.

Qol.Az-ın klubun saytına istinadən yaydığı məlumata örə, Əli Yavaş "Qalatasaray" - "Fənərbaxça" matçından öncə meydançaya çıxıb, azarkeşləri salamlayıb. Mərasimdə sürəkli alqışların müşayiəti ilə Əli Yavaşa "Qalatasaray"ın vitse-prezidenti Əli Dürüst və klubun idarə heyətinin üzvü Sedat Doğan tərəfindən xatirə plaketi təqdim olunub. Mərasimdə Əli Yavaşla bağlı qısa film nümayiş olunub.



Daha çox


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner