“Neftçi” klubunun hücumçusu Bahadır Nəsimovun Qol.Az saytına müsahibəsi
- Unibank Premyer Liqanın 29-cu turunda səfərdə əzəli rəqibiniz olan “Xəzər Lənkəran”a 0:1 hesabıyla məğlub oldunuz. Bu oyunla bağlı fikirlərin necədir?
- Çox gözəl bir oyunun şahidi olduq. Bizim real qol imkanlarımız çox olduğundan hətta qələbə də qazana bilərdik. Təəssüf ki, imkanları dəyərləndirə bilmədik. Rəqibin isə deyərdim ki, qol vurmaq üçün cəmi bir imkanı oldu. Ondan da yararlanmağı bacardılar. Fikrimcə, komanda yoldaşım Flavinyonun rəqibi cəzalandırmaq üçün yaxşı imkanları oldu. Qələbə qazanmaq istəyirdik. Lakin istədiyimiz alınmadı. Bu, futboldur və yolumuza davam edirik.
- Necə düşünürsən, qələbə qazana bilməməyinizə nə səbəb oldu?
- Mən qarşılaşmanı qıraqdan da izlədim. Həmin oyunda uşaqlar qələbə qazanmaq üçün çox çalışdılar. İstəyirdik ki, çempionluğumuzu təmin edək. Məncə, yaratdığımız təhlükəli vəziyyətlərdən fərqlənə bilmədiyimiz üçün məğlub olduq.
- Bəs, konkret nədə “Xəzər Lənkəran”a uduzurdunuz?
- Düşünmürəm ki, biz rəqibimizə fiziki və ya sürət baxımından uduzduq. Sadəcə olaraq, real qol imkanlarını dəyərləndirə bilmədik.
- Sənin 12-ci dəqiqədə zədələnərək meydanı tərk etməyin hücum xəttinin zəifləməsinə təsirini göstərdi?
- Bunu dəqiq deyə bilmərəm. Çox istəyirdim ki, sona qədər mübarizə aparım. Deməzdim ki, uduzmağımız mənim meydanda olmamağımla bağlı idi. Çünki komanda yoldaşım Fərid Quliyev də əla təsir bağışlayırdı. Onun da qol vurmaq üçün yaxşı şansları oldu. Amma yaxşı oynasaq da, uduzduq.
- Ümumiyyətlə, zədənlə bağlı vəziyyət nə yerdədir?
- Əzələmi dartmışam. Həkimlərin təyin etdiyi diaqnoza görə üç həftə komandama kömək edə bilməyəcəm. Lakin çox istəyərdim ki, “Neftçi” kubokda finala çıxsın, mən də həmin oyunda komandama kömək edim.
- Görüşün 52-ci dəqiqəsində buraxdığınız qolda qapıçınız Rauf Mehdiyevin səhvi olduğunu söyləmək olar. Çünki topu tutsa da. sonradan əlindən qaçırdı.
- Gəlin, birinci ondan başlayaq ki, qoldan öncə cərimə zərbəsi düzgün təyin edilməmişdi. Yəni, həmin mövqedə qayda pozuntusu olmamışdı. Lakin hakim bunu cərimə zərbəsi kimi dəyərləndirdi. Raufa gəlincə, o topu tutmaq istəsə də, meydanın çox sürüşkən olması buna mane oldu. Deməzdim ki, qol onun səhvindən vuruldu. Əgər, Rauf səhvi nəticəsində bir qol buraxmışdıqsa, onda onun əvəzinə ikisini vurmalıydıq. Məğlubiyyət və qələbə bir nəfərin deyil, bütün komandanın adına yazılır.
- Komanda yoldaşın Flavinyo mübarizə zamanı yerə yıxıldıqda, hakim tərəfindən bu, simulyasiya kimi dəyərləndirildi və ona sarı vərəqə göstərildi. Bu haqda nə deyərdin?
- Flavinyoya qarşı ən azı dörd dəfə kobud oynayaraq yerə yıxdılar. Hakim isə rəqibi cəzalandırmaq əvəzinə Flavinyoya sarı vərəqə göstərdi. Mən hakimin bu hərəkətini başa düşə bilmədim.
Əli HƏYATİ
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya