“Neftçi” klubunun yarımmüdafiəçisi Rəşad Abdullayevin Qol.Az saytına müsahibəsi
- Sabah “Xəzər Lənkləran”la derbi oyuna çıxacaqsınız. Bu görüşə hazırlıqlarınız necə gedir?
- Bakıda məşqlərimizi edərək normal vəziyyətdə hazırlaşmışıq. Hazırda Lənkərana yola düşmüşük. Bilirik ki, ağır bir səfər qarşılaşmasına yollanırıq. Bu oyun digərlərindən fərqli görüş olacaq. İstərdik ki, səfərdə qələbə qazanaraq çempionluğumuzu rəsmiləşdirək.
- Səncə, səfərdə “Xəzər Lənkəran” üzərində qələbə qazanmaq şanslarınız nə dərəcədə realdır?
- Real danışsaq çox çətindir. Xüsusən də, 15 min azarkeş qarşısında oynamaq çətindir. Yaxşı bilirəm ki, “Neftçi” ilə oyunda stadiona nə qədər azarkeş toplaşır. Həm də rəqibimizin daha itirəcəyi heç nə yoxdur. Sonuncu oyunlarında məğlub olduqları üçün bizimlə qarşılaşmada var güclərini ortaya qoyacaqlar. Çalışacaqlar ki, azarkeşlərə, rəhbərliyə özlərini sübut etsinlər. Fikrimcə, Lənkəranda qələbə qazanmaq çox çətin olacaq. “Neftçi” də çalışacaq ki, soyuqanlı şəkildə meydana çıxıb qələbə qazansın.
- Artıq neçə ildir ki, “Neftçi” səfərdə “Xəzər Lənkəran” üzərində qələbəyə həsrətdir. Bunun səbəbini nədə görürsən?
- Bilirsiniz, bizim əyalət komandalarında bir üstünlük var ki, orada azarkeş dəstəyi çox olur. Ona görə də, bu tip komandalarla oynamaq çətindir. Düzdü, Bakıda da bizi dəstəkləyən azarkeşlər olur. Ancaq onların Bakıda gəlib oynamaqları daha asan olur, nəyin ki, bizim. Çünki bölgələrdə təzyiq tamam başqa olur. Yəni, hər dəfə ayağına top toxunanda uğultu, fitə basmalar eşidirsən. Bu amil də istər-istəməz futbolçulara təsir edir. Lakin bu dəfə çalışacağıq ki, bu sindiromu qıraq.
- Rəqibinizin hesabından 6 xal silindikdən sonra psixoloji gərginlik yaşadılar. Bu amilin “Neftçi”nin xeyrinə işləyəcəyini söyləmək olar?
- Biz də, istəməzdik ki, belə olsun. İstəyərdik ki, normal olaraq rəqabət aparsınlar. Məncə, bu derbi oyununda onların psixoloji gərginliyi olmamalıdır. Çünki lazım gəlsə “Neftçi” ilə qarşılaşmaya final oyunu kimi baxa bilərlər.
- Komanda yoldaşın Ruslan Əmircanov “Xəzər Lənkəran”ı yaralı aslan adlandırmışdı. Onun sözlərinə görə “Xəzər Lənkəran” “Neftçi” ilə görüşdə sona kimi döyüşəcək, qələbə qazanmaq istəyəcək. Sən necə düşünürsən?
- Mən də, belə fikirləşirəm. Çünki komanda turnir cədvəlinin 10-cu pilləsində olsa belə, “Neftçi” ilə derbi oyununa ikiqat motivasiya olunacaqlar. Məhz buna görə də qələbə üçün sonadək mübarizə aparacaqlar.
- Bir zamanlar sən də “Xəzər Lənkəran”ın formasını geyinmisən. Bu görüş sənin üçün hansısa bir özəllik və ya prinsipiallıq daşımayacaq ki?
- Həmin azarkeşlər ki, səni aqlışlayıb, çıxıb onlara qarşı oynamaq çətin olur. Yəni başa düşən də, olur başa düşməyəndə. İstər-istəməz təzyiqlə qarşılaşırsan. Ona görə də çalışmalıyam ki, oyuna ikiqat motivasiya ilə çıxaraq özümü sübut edim. Bu oyun mənim üçün daha vacibdir.
Əli HƏYATİ
“Komandada çox şey yaxşı alındı” - Rəşad Eyyubov
Almaniya Kubokunda püşk atıldı
Azərbaycan millisi Qazaxıstana məğlub oldu
İnamsız çıxışına görə klub yeni qapıçı axtarışına başladı
"Trabzonspor" 11 milyonluq təklifi rədd etdi
DÇ-2026-da azarkeşlərlə bağlı bu qadağa yumşaldıldı
Argentina millisində itki
Azərbaycanın U-21 millisi Bəhreynə 3 qolla qalib gəldi
Belçika yığmasından böyükhesablı qələbə
Alleqri və "Milan" razılığa gələ bilmir
Azarkeşlər stadiona getməkdən imtina edirlər
"O, meydanda əsl canavar kimi idi"
"Mançester Yunayted" 90 milyon ödəməyə hazırdır
Klub rəsmisi istefa verdi
"Arsenal"a keçə bilər
PSJ onunla müqaviləni uzatmayacaq
"Barselona" son iki mövsümdə möhtəşəm çıxış edir"
La Liqada mövsümün oyunçusu seçildi
"Şamaxı"dan gedənlərin sayı 17 oldu
"Bavariya" "Liverpul"un gənc vingerini almaq istəyir
Ayxan Abbasov o futbolçuları millidən kənarlaşdırdı
Azərbaycan millisi Maltaya belə uduzdu - Video
Millimizin gənc futbolçusunun zədəsi ciddidir - Video
Malinovski Türkiyə klubunda - Rəsmi
Alman futbolçu DÇ-2026-nı buraxacaq
"Fiorentina" baş məşqçisi ilə yolları ayırdı
Azərbaycan millisi ilə oyundan əvvəl Banqladeşə uduzdular
Yankoviç oynadı, Monteneqro heç-heçə etdi
“Çoxdandır bu qədər qol epizodu yaratmırdıq” - Ayxan Abbasov
Əliyar Ağayev Belarusun qələbəsinə şahidlik etdi