“Neftçi” klubunun futbolçusu Ruslan Əmircanovun Qol.Az saytına müsahibəsi
- Dünən ölkə kubokunun “İnter”ə qarşı keçirilən 1/2 final mərhələsinin ilk qarşılaşmasında (0:0) komandanın çıxışını necə dəyərləndirirsən?
- “İnter”in çempion olmaq şansları əlindən çıxdığı üçün bütün ümidlərini kuboka bağlayıb. Buna görə bilirdik ki, çətin bir oyun olacaq. Xüsusən bir neçə gün öncə onları evdə 2:1 hesabıyla məğlub etmişdik. Məhz bu üzdən bilirdik ki, rəqib nəyin bahasına olursa olsun, qələbə qazanmaq istəyəcək. Düzdü, görüşdə hesab açılmasa da, maraqlı bir oyun olduğunu düşünürəm. Real qol imkanlarına baxdıqda isə “Neftçi” rəqibini üstələyirdi. Çox istəyirdik ki, səfər qarşılaşmasında qol vuraq. Lakin çox təəssüf ki, bu şanslardan yararlana bilmədik.
- Oyun zamanı da aydın olurdu ki, komandanız tam şəkildə irəli getməkdən çəkinir. Daha çox əks-hücumlara bel bağlamışdınız. Bununla razısan?
- İlk olaraq, qeyd edim ki, təbii ot örtüyündən fərqli olaraq, süni meydançada istədiyin oyunu nümayiş etdirmək çox çətin olur. Rəqibə gəldikdə isə onlar daimi həmin stadionda məşqlər edir. Ona görə də “İnter”ə süni meydançasında oynamaq rahat idi. Digər tərəfdən də ilk qarşılaşma səfərdə olduğundan uduzmaq istəmirdik və daha çox rəqibi əks-hücum zamanı yaxalamağa çalışırdıq.
- Ancaq komanda yoldaşın Bahadır Nəsimov üç real qol şansını qaçırmasaydı, bəlkə cütün taleyini həmin görüşdə həll etmiş olardınız. Sən necə fikirləşirsən?
- Düzdü, Bahadırın real qol vəziyyətləri çox oldu. Ancaq o özü axı qəsdən qol vurmamaq istəmirdi ki? Mənim fikrimcə, Bahadır çox çalışqan futbolçudur. Hətta məşqdən sonra qalaraq bizimlə çalışır. Ancaq məşq başqa, oyun başqa. Oyunda futbolçular daha çox həyacanlı olurlar. Sadəcə olaraq, həmin şansları dəyərləndirə bilmədi. İndi duraq düşək onun üstünə ki, niyə qol vurmadın? Bu, düzgün olmaz.
- Bəs, təkrar qarşılaşmada hansı nəticəyə ümid edirsən?
- Qarşımıza qoyulan məqsəd budur ki, nəyin bahasına olursa-olsun, qələbə qazanmalıyıq. Buna komanda çox inanır. Çünki istənilən qollu heç-heçə yalnız “İnter”i qane edir. Məhz buna görə “Neftçi”yə yalnız qələbə lazımdır.
- Unibank Premyer Liqanın 29-cu turunda səfərdə əzəli rəqibiniz “Xəzər Lənkəran”la sizi derbi matçı gözləyir. Bu qarşılaşmada şanslarınızı necə dəyərləndirirsən?
- Mən “Neftçi”də oynayandan yadıma gəlmir ki, səfərdə “Xəzər Lənkəran”ı məğlub edək. Bu, derbi oyunu olduğu üçün bütün maraqlar həmin görüşə yönələcək. Rəqib komanda bir neçə gün öncə “Bakı”ya böyükhesabla uduzmuşdu. Məhz bu üzdən var güclərini ortaya qoyacaqlar ki, doğma azarkeşlər qarşısında əzəli rəqiblərini məğlub etsinlər. Baxmayaraq ki, biz ən yaxın izləyicimiz olan “Qarabağ”dan 10 xal irəlidəyik, Lənkərana arxayın getməyəcəyik.
- Bilirik ki, rəhbərlikdən komandaya Lənkəranda qələbə qazanaraq çempionluğu orada qeyd etməyiniz göstərişi verilib. Bunun həyata keçirə biləcəyiniz nə dərəcədə real görünür?
- Biz yaxşı anlayırıq ki, “Xəzər Lənkəran” ev oyunlarında çox güclü təsir bağışlayır. Bizimlə oyunda daha məsuliyyətli olacaqlar və mütləq qələbə qazanmaq istəyəcəklər. “Neftçi”ni ağır bir duel gözləyir. Həm də bilirik ki, “Xəzər Lənkəran” yaralı bir aslandır. Aslan isə hər zaman aslandır. Nə olsun ki, yaralıdır? Əgər biz Lənkəranda mübarizə apararaq, sonadək “vuruşmasaq”, aydın məsələdir ki, bizi orada məğlubiyyət gözləyir. Buna görə də qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik.
- Səncə, belə bir oyunun televiziya ilə canlı yayımlanmaması nə dərəcədə düzgündür?
- Hər bir “Neftçi” və “Xəzər Lənkəran” fanatı istəyər ki, bu qarşılaşma canlı yayımlansın. Axı, hər iki komandanın gör nə qədər azarkeşi var. Onların hamısını stadiona yerləşdirmək mümkün olan şey deyil. Xüsusən “Neftçi” azarkeş sayına görə daha öndə gedir. Əbəs yerə “Neftçi”yə xalq komandası demirlər. Ona görə bu oyunu yayımlamaq mütləqdir.
Əli HƏYATİ
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi
“Cəbrayıl”ın 3 qollu qələbəsindən - Video
AVRO-2032 Türkiyədə keçirilə bilər
Millinin baş məşqçisi istefa verdi
Noyer pley-off tarixinə düşdü
"Arsenal" bu göstəricidə Avropada liderdir
“Ayaks” Avstriya klubu ilə əməkdaşlıq edəcək
Daha az maaşla klubunda qaldı
"Millini çalışdırmaq istəsə, onu dəstəkləyərdim"
“Bakı Sportinq” və “Cəbrayıl” tura qələbə ilə başladı
14 illik həsrət bitdi
Azərbaycan millisinin İspaniyadakı ilk məşqindən - Şəkillər
Matçın ən yaxşısı seçilən 40 yaşlı Noyerdən açıqlama
Daha 4 il üçün federasiya prezidenti seçildi
Növbəti mövsüm ÇL-də İngiltərənin 5 klubu iştirak edəcək
"Barselona" bu hücumçunu satacaq
"Marsel"in baş məşqçisinin evi qarət olundu
"Qarabağ"da iclas keçirildi - Şəkillər
Çempionlar Liqasında rekord qırdı
Avrokubokların oyunlarını yayımlayacaq kanallar
Son 4 mövsümün ən böyük hesabı
Azərbaycan çempionatlarının 21-ci əsrdəki rekordu yeniləndi
Azərbaycandakı amerikalıların 10-cu het-triki
Bəxtiyar Həsənalızadə: “Qələbədən başqa yolumuz yoxdur”
Arbeloa: "Münhendə "Real" qalib gələcək"
65 il sonra qayıtdılar
Avropa Liqasında 1/4 final başlayır
"Bavariya"nın Madrid zəfəri - Video
"Quba" "Şəki Siti" ilə üz-üzə
ÇL-də nəhənglərin duelləri
"Bavariya" "Real"a, "Arsenal" "Sportinq"ə qalib gəldi
6 qol və "Sabah"ın qələbəsi - Video
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
Luçesku əməliyyat oluna bilməyəcək
Qırmızı vərəqə, "Zirə"nin qaçırdığı penalti - Video
"4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik"
"Turan Tovuz"un xal itkisi - Video
"Zirə" kimi komandadan xal qazanmaq uğurdur" - Ayxan Abbasov