“Qarabağ” klubunun hücumçusu Rauf Əliyevin Qol.Az saytına müsahibəsi
- Azərbaycan kubokunun 1/2 final mərhələsinin ilk qarşılaşmasında səfərdə “Bakı”nı 1:0 hesabıyla məğlub etdiniz. Oyunla bağlı təəssüratların necədir?
- Belə qarşılaşmalarda bir vurulan qol hər şeyi həll edə bilər. Buna görə də hər iki komanda ehtiyyatla oynayırdı. Həmçinin də ilk görüş səfərdə olduğu üçün ilk növbədə qapımızın toxunulmazlığını düşünürdük. Hər iki komanda istəmirdi ki, ilk qolu qapısında görsün. İlk hissədən fərqli olaraq, ikinci yarı qol epizodları baxımından daha baxımlı keçdi.
- Bir neçə gün öncə dünənki rəqibiniz ölkənin ən güclü klublarından olan “Xəzər Lənkəran”ı böyükhesabla məğlub etmişdi. Dəyəsən, bu səbəbdən rəqibdən çox çəkinirdiniz.
- Bilirdik ki, rəqibin heyətində kifayət qədər səviyyəli futbolçu çıxış edir. Bizim üçün vacib olan öz oyunumuzu ortaya qoyub istədiyimiz nəticəni qazanmaq idi. Elə “Xəzər Lənkəran” kimi güclü komandanın qapısından 4 top keçirmələri də onlardan çəkinməyə zərurət yaratdı.
- Cavab qarşılaşmasında növbəti mərhələyə çıxmaq şanslarınızı necə görürsən?
- Baxmayaraq ki, oyunun sonuncu dəqiqəsində qol vuraraq qələbə qazandıq, təkrar qarşılaşmada da hər iki komandanın növbəti mərhələyə adlamaq şansları bərabərdi. Səfərdə onlara qol vursaq da, eyni şeyi onlar da edə bilərlər. Məncə, bunu bacaracaq bir komandadır. Ona görə də arxayınlaşmaq olmaz.
- Turnir cədvəlindəki mövqeyiniz Avroliqaya vəsiqə qazanmaq şanslarınızın böyük olduğunu göstərir. Lakin “Bakı” üzərindəki qələbiniz göstərdi ki həm də ölkə kubokuna da yiyələnmək fikrindəsiniz.
- Bəli, düz deyirsiniz, çox istəyirik ki, kuboku biz qazanaq. Ancaq mənim deməyimlə bir şey həyata keçirmək olmaz. Çünki qarşıda bizi çətin oyunlar gözləyir. Lakin çox şey özümüzdən asılı olacaq. Əgər istədiyimiz oyunu sərgiləyə bilsək, kuboku da götürə bilərik. Sadəcə, tələsməmək lazımdır. Finala çıxaq, ondan sonra ürəkli danışmaq olar.
- Finalda hansı komandanı özünüzə rəqib görmək istəməzdin. Son ölkə çempionu”Neftçi”ni, yoxsa “İnter”i ?
- Sizə səmimi deyə bilərəm ki, bizim üçün fərqi yoxdur. Çünki hər ikisi də eyni səviyyədə olan komandadır. Hansı finalda olacaqsa, onunla da mübarizə aparacağıq.
- Son zamanlar komandanın qollarına imza atan futbolçular sırasında sənin adına rast gəlinmir. Belə zəif çıxışını nə ilə əlaqələndirərdin?
- Qol vurmaq üçün bir neçə şansım olsa da, nədənsə bunu dəyərləndirə bilmirəm. Mən də çox istəyirəm ki, qol vurub komandama qələbə qazandırım. Çalışacağam ki, öz üzərimdə bir az da çox işləyərək istəyimə nail olum. Həm də unutmayaq ki, futbolçunun karyerasında belə şeylər də baş verir.
- Unibank Premyer Liqanın 29-cu turunda yenidən “Bakı”yla üz-üzə gələcəksiniz. Bu görüş haqda nə düşünürsən?
- İstər çempionat olsun, istərsə də, kubok oyunu. Hər birinə eyni səviyyədə hazırlaşırıq. Bu dəfə onları doğma meydanda qəbul edəcəyik. Hardasa iki həftədən çoxdur ki, Quzanlıda çıxış etmirik. Yəqin ki, azarkeşlər də komandalarının oyununu görmək üçün darıxıblar. Düşünürəm ki, azarkeşlərimizin möhtəşəm dəstəyi altında qələbə qazanacağıq.
Əli HƏYATİ
“Komandada çox şey yaxşı alındı” - Rəşad Eyyubov
Almaniya Kubokunda püşk atıldı
Azərbaycan millisi Qazaxıstana məğlub oldu
İnamsız çıxışına görə klub yeni qapıçı axtarışına başladı
"Trabzonspor" 11 milyonluq təklifi rədd etdi
DÇ-2026-da azarkeşlərlə bağlı bu qadağa yumşaldıldı
Argentina millisində itki
Azərbaycanın U-21 millisi Bəhreynə 3 qolla qalib gəldi
Belçika yığmasından böyükhesablı qələbə
Alleqri və "Milan" razılığa gələ bilmir
Azarkeşlər stadiona getməkdən imtina edirlər
"O, meydanda əsl canavar kimi idi"
"Mançester Yunayted" 90 milyon ödəməyə hazırdır
Klub rəsmisi istefa verdi
"Arsenal"a keçə bilər
PSJ onunla müqaviləni uzatmayacaq
"Barselona" son iki mövsümdə möhtəşəm çıxış edir"
La Liqada mövsümün oyunçusu seçildi
"Şamaxı"dan gedənlərin sayı 17 oldu
"Bavariya" "Liverpul"un gənc vingerini almaq istəyir
Ayxan Abbasov o futbolçuları millidən kənarlaşdırdı
Azərbaycan millisi Maltaya belə uduzdu - Video
Millimizin gənc futbolçusunun zədəsi ciddidir - Video
Malinovski Türkiyə klubunda - Rəsmi
Alman futbolçu DÇ-2026-nı buraxacaq