“Qəbələ” - “Şaxtyor” əməkdaşlığı çərçivəsində növbəti addım atılıb.
Klubun baş meneceri Zaur Əzizov, əsas komandanın məşqçisi İbrahim Bakır və seleksiyaçı İsmayıl Əliyev klublar arasında imzalanan protokola əsasən Donetskdə ikigünlük səfərdə olublar.
Qol.Az-ın məlumatına görə, klubun rəsmi saytına açıqlamasında klubun meneceri Zaur Əzizov məlumat verib.
“Şaxtyor” klubu əsas komandanın və əvəzedici heyətin “Zorya” ilə qarşılaşmalarını izləmək üçün bizi Ukraynaya dəvət etmişdi. Bildiyiniz kimi “Şaxtyor” Futbol Akademiyasının yetirmələri hazırda Ukrayna Premyer Liqasının müxtəlif klublarında icarə əsasında top qovurlar. “Şaxtyor” klubunun nümayəndələri bu futbolçuların çıxışını diqqət mərkəzində saxlamağımızı istədi. Eyni zamanda əvəzedici heyətdə gənc və perspektivli futbolçuların komandamıza cəlb olunması ilə bağlı müzakirələr baş tutdu. Komandamızın məşqçisi İbrahim Bakır və seleksiyaçı İsmayıl Əliyevlə bərabər adıçəkilən matçları izlədik”.
Zaur Əzizov bir neçə futbolçunun diqqətlərini çəkdiyini söyləyib: “Matçlardan sonra elə Donetskdə məşqçilərimizin iştirakı ilə kiçik toplantı keçirdik. Həm İbrahim Bakır, həm də İsmayıl Əliyev əvəzedici heyətdə çıxış edən gənclərin komandamıza cəlb oluna biləcəyini bildirdi. Təbii ki, bir oyunla yekun qərar vermək olmaz. Həmin gənc futbolçuların durumu ilə bağlı “Şaxtyor” nümayəndələri ilə görüşümüz olacaq. Əgər onların komandamıza gəlişi ilə bağlı hər iki klub ilkin razılıq əldə etsə, o zaman məşqçilərimiz futbolçuları ən az daha bir dəfə meydançada izləyəcək, eyni zamanda mövsüm ərzində keçirilən oyunların videoyazısına baxacaq və sonda yekun qərar veriləcək.”
“Şaxtyor”la əməkdaşlığın miqyasının zaman keçdikcə daha da genişlənməkdə olduğunu bildirən Zaur Əzizov bəzi mövzularda Ukrayna təmsilçisi ilə məsləhətləşmələr apardıqlarını vurğulayıb: “Ümumiyyətlə, hazırda klublararası münasibət çox yüksək səviyyədədir və istər əsas və əvəzedici komanda çərçivəsində, istərsə də akademiya məsələləri ilə bağlı daim qarşılıqlı müzakirələrimiz olur. Səfərimiz zamanı da bizə lazımi köməyi göstərdilər. Tək qarşılıqlı işlərimizlə bağlı deyil, ümumilikdə hazırkı və gələcək planlarımızı da onlarla bölüşürük. Təbii ki, işlərimizi möhkəm qurmaq üçün bizim hazırda görməkdə olduğumuz işləri yekunlaşdırmış təcrübəli klub kimi “Şaxtyor”dan məsləhətlər alırıq”.
“Komandada çox şey yaxşı alındı” - Rəşad Eyyubov
Almaniya Kubokunda püşk atıldı
Azərbaycan millisi Qazaxıstana məğlub oldu
İnamsız çıxışına görə klub yeni qapıçı axtarışına başladı
"Trabzonspor" 11 milyonluq təklifi rədd etdi
DÇ-2026-da azarkeşlərlə bağlı bu qadağa yumşaldıldı
Argentina millisində itki
Azərbaycanın U-21 millisi Bəhreynə 3 qolla qalib gəldi
Belçika yığmasından böyükhesablı qələbə
Alleqri və "Milan" razılığa gələ bilmir
Azarkeşlər stadiona getməkdən imtina edirlər
"O, meydanda əsl canavar kimi idi"
"Mançester Yunayted" 90 milyon ödəməyə hazırdır
Klub rəsmisi istefa verdi
"Arsenal"a keçə bilər
PSJ onunla müqaviləni uzatmayacaq
"Barselona" son iki mövsümdə möhtəşəm çıxış edir"
La Liqada mövsümün oyunçusu seçildi
"Şamaxı"dan gedənlərin sayı 17 oldu
"Bavariya" "Liverpul"un gənc vingerini almaq istəyir
Ayxan Abbasov o futbolçuları millidən kənarlaşdırdı
Azərbaycan millisi Maltaya belə uduzdu - Video
Millimizin gənc futbolçusunun zədəsi ciddidir - Video
Malinovski Türkiyə klubunda - Rəsmi
Alman futbolçu DÇ-2026-nı buraxacaq