Böyükağa Hacıyev "İnter"lə oyundan danışdı

Böyükağa Hacıyev "İnter"lə oyundan danışdı
ÖLKƏ FUTBOLU 18 Aprel 2012 / 22:41 1985
-  A +

“Maraqlı oyun alındı. “İnter” “Neftçi”yə layiq rəqibdir. Bu gün azarkeşlər meydanda əsl mübarizənin şahidi oldular”.

Qol.Az-ın məlumatına görə, bu sözləri ölkə kubokunun 1/2 final mərhələsinin “İnter”lə oyunundan (0:0) sonra “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev deyib.

Hacıyev komandanın əsas hədəfinin qol buraxmamaq və imkan olduğu halda qol vurmaq olduğunu bildirib: “Təəssüf ki, imkanlarımız olsa da, bundan yararlana bilmədik.  Artıq cavab oyunu haqqında fikirləşirik”.

Daha çox


Son xəbərlər