“Qəbələ” klubunun müdafiəçisi Vurğun Hüseynovun Qol.Az saytına müsahibəsi
- Unibank Premyer Liqanın 28-ci turunda evdə “Qarabağ” komandası üzərində 1:0 hesabıyla qələbə qazandınız. Bu görüş barədə nə deyə bilərdin?
- “Qarabağ”la oyun bizim üçün hər zaman çətin keçib. “Xəzər Lənkəran”nın hesabından 6 xal silinməsindən sonra avrokuboklara vəsiqə qazanmaq şanslarımız artmışdı. Ona görə də bizə ancaq qələbə lazım idi. Bilirdik ki, rəqibimiz həqiqətən də Azərbaycanda ən yaxşı topla oynayan komandadır. Məhz bu səbəbdən meydanda daha əzmkar mübarizə apararaq qələbə qazandıq.
- Zədənlə bağlı olaraq uzun müddət idi, komandadan ayrı düşmüşdün. “Qarabağ”la görüşdə çıxışından razı qaldın?
- Uzun müddətdən sonra meydana çıxaraq istədiyin oyunu nümayiş etdirmək çox çətindir. Buna görə də demək olar ki, hələ tam razı qalmadım. İnşallah, qarşıdakı oyunlarda optimal formamı bərpa edəcəyimi düşünürəm.
- Komandanızın avrokuboklara çıxmaq şansları nə dərəcədədir?
- Bilirik ki, bu vəsiqəni qazanmaq öz əlimizdədir. Buna görə də hər bir qarşılaşmaya final oyunu kimi çıxırıq. Çünki kubokda mübarizəni dayandırdıqdan sonra ümidimiz təkcə çempionatadır. Rəhbərlik də qarşımıza bu məqsədi qoyub. Məhz bu üzdən sona qədər oynayacağıq.
- Baş məşqçiniz Fatih Kavlakla həmkarların Pavel Doroşevs və Lübo Baranin arasında nələr baş verir?
- Məsələnin nədən qaynaqlandığından xəbərim yoxdur. Sadəcə, bilirəm ki, bu qərar baş məşqçinindir. Ehtiyyatda qalmaq məsələsidirsə, mən də uzun müddət əsas heyətdə meydana çıxmırdım. Ümumiyyətlə, biz futbolçuların işi başını aşağı salıb futbolunu oynamaqdır.
- Necə düşünürsən, belə vacib qarşılaşmalar öncəsi əsas heyətin üzvlərini komandadan uzaqlaşdırmaq nə dərəcədə düzgündür?
- Mən bu barədə danışmaq istəməzdim. Bütün bunlar məşqçi və futbolçu arasında baş verən şeylərdi. Buna görə fikir bildirmək istəməzdim. Komandanın baş məşqçisi var. Və yəqin ki, o bu barədə daha çox fikirləşir. Düzdü, Doroşevs yaxşı qapıçı, Baranin isə əla müdafiəçidir. Lakin futbolda əvəzolunmaz oyunçu yoxdur. Yeri gələndə mən də Mahir Şükürov da, ehiyatda qalmışıq. Amma komanda bizsiz çıxış etdiyi zamanda da qələbə qazanıb.
- Baraninin sözlərinə görə, o, məşq etmək istəsə də, Fatih Kavlak mühafizəçilərdən onu oradan uzaqlaşdırmağı tələb edib. Bu, doğrudan belə olub?
- Mən bu haqda indi eşidirəm. Əgər məşqdə belə bir şey olsaydı, görərdim. Lakin artıq xeyli vaxtır ki, Baranin bizimlə məşq etmir.
- Pavels Doroşevs də komandayla birgə məşq etmir?
- Xeyr, Pavel bizimlə birgə mütəmadi məşq edir. Elə bu gün də məşqdəydi.
- Hazırda klubda hər şey qaydasındadırmı?
- Şükür Allaha, hər şey əladır. Səhər məşq edərkən də hər şey yüksək səviyyədə keçdi. Kollektivdə yüksək əhval-ruhiyyə var.
Əli HƏYATİ
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu
“Milan” futbolçusunu “Komo”ya göndərdi
"Napoli" onu icarəyə verdi
“Barselona” Bakıda bu tarixdə oynayacaq!
“Sabah”ın oyunlarının təqvimi - Çempionlar Liqası
Leau "Qalatasaray"a keçidindən danışdı
"Yuventus"dan "Beşiktaş"a
“Liverpul” və “Milan”ın sabiq futbolçusu karyerasını bitirdi
"Neftçi" üçün üçün hər şeyimi verməyə hazıram"
Abubakarın yeni klubu müəyyənləşdi
Litva səfirindən Qurban Qurbanova dəstək
Azərbaycan millisinin rəqibi Türkiyə oldu
Kefini pozma, hər şey yaxşı olacaq!
Rafael Leaunun “Qalatasaray”a transferi tamamlandı
Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb
“Mançester Siti” 3 xalı 4 qolla qazandı
“Traktor”dan ardıcıl dördüncü qələbə
PSJ yenə büdrədi
Ronaldo 978-ci qolunu vurdu
“Milan” istəyinə ikinci hissədə çatdı
Nərimanın komandası ilk xalını qazandı
“Bavariya” mövsümə darmadağınla başladı
Cəlal oynadı, komandası qalib gəldi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı