Bu gün Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunları keçirilib. Qol.Az-ın məlumatına görə, hər iki qarşılaşma paytaxtda baş tutub.
Ötən mövsümün finalisti Bakının "İnter" klubu öz meydanında Unibank Premyer Liqanın lideri "Neftçi"ni qəbul edib. Çempionatın son turunda "Neftçi"yə məğlub olmaqla çempionluq şansını xeyli azaldan "bankirlər" bütün diqqətini kuboka yönəldib. "Neftçi" isə hər iki cəbhədə qızıl medallara sahib çıxmaq niyyətindədir. Lakin bu görüşdə tərəflərin ciddi cəhdlərinə baxmayaraq, oyunda hesab açılmayıb - 0:0.
Digər yarımfinal cütündə isə "Bakı" evdə "Qarabağ" klubu ilə qarşılaşıb. Kubokun 1/4 finalında AZAL-ı üstələyən "zolaqlılar" eyni uğuru "Qarabağ"la oyunda təkrarlamağa çalışacaqdı. Lakin bu baş verməyib. Bu mövsüm Unibank Premyer Liqada keçirilən hər üç oyunda rəqibini məğlub edən Qurban Qurbanovun komandası bu dəfə də "Bakı"dan üstün olub - 1:0.
18 aprel (çərşənbə)
Azərbaycan kuboku, yarımfinal mərhələsinin ilk oyunları
18:00. "İnter" - "Neftçi" - 0:0
AFFA nümayəndəsi: Şaiq Həmidov
Hakim-inspektor: Murad Məmmədov
"Şəfa" stadionu.
15:30. "Bakı" - "Qarabağ" - 0:1
Qol: Georgi Adamiya, 90 (0:1)
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Asim Xudiyev
"Bakı" FK-nın təlim-məşq bazasının stadionu.
“Komandada çox şey yaxşı alındı” - Rəşad Eyyubov
Almaniya Kubokunda püşk atıldı
Azərbaycan millisi Qazaxıstana məğlub oldu
İnamsız çıxışına görə klub yeni qapıçı axtarışına başladı
"Trabzonspor" 11 milyonluq təklifi rədd etdi
DÇ-2026-da azarkeşlərlə bağlı bu qadağa yumşaldıldı
Argentina millisində itki
Azərbaycanın U-21 millisi Bəhreynə 3 qolla qalib gəldi
Belçika yığmasından böyükhesablı qələbə
Alleqri və "Milan" razılığa gələ bilmir
Azarkeşlər stadiona getməkdən imtina edirlər
"O, meydanda əsl canavar kimi idi"
"Mançester Yunayted" 90 milyon ödəməyə hazırdır
Klub rəsmisi istefa verdi
"Arsenal"a keçə bilər
PSJ onunla müqaviləni uzatmayacaq
"Barselona" son iki mövsümdə möhtəşəm çıxış edir"
La Liqada mövsümün oyunçusu seçildi
"Şamaxı"dan gedənlərin sayı 17 oldu
"Bavariya" "Liverpul"un gənc vingerini almaq istəyir
Ayxan Abbasov o futbolçuları millidən kənarlaşdırdı
Azərbaycan millisi Maltaya belə uduzdu - Video
Millimizin gənc futbolçusunun zədəsi ciddidir - Video
Malinovski Türkiyə klubunda - Rəsmi
Alman futbolçu DÇ-2026-nı buraxacaq