“Neftçi” klubunun yarımmüdafiəçisi Mirhüseyin Seyidovun Qol.Az saytına müsahibəsi
- Unibank Premyer Liqanın 28-ci turunda evdə “İnter”i qəbul edərək 2:1 hesabıyla qələbə qazandınız. Komandanın çıxışından razı qaldın?
- Deməzdim ki, həmin qarşılaşmada yaxşı oynadıq. Yaxşı oldu ki, ilk hissədə bizə qələbə gətirən qolları vurduq. Həmin qarşılaşmada bizə üç xal vacib olduğu üçün yaxşı oynamaq o qədər də əhəmiyyətli deyildi. Ən əsas qələbə qazanaraq nəticə əldə etmək idi. Şükürlər olsun ki, istəyimizə nail olduq.
- Erkən qollar vuraraq müdafiədə diqqətli oynamaq baş məşqçinin tapşırığından irəli gəlirdi, yoxsa?
- Onsuz da demək olar ki, bütün qarşılaşmalarda qolu daha erkən vurmağa çalışırıq. Çünki belə olan halda komanda öz oyununu taparaq daha yaxşı çıxış edir. “İnter”lə görüşdə elə oldu ki, rəqibin müdafiəçisi Vladimir Levin səhvə yol verdi və Bahadır Nəsimov bundan maksimum yararlanmağı bacardı. Deyərdim ki, planlı şəkildə həyata keçrilən qol deyildi. Lakin elə oldu ki, dah tez qol vurduq. Istənilən halda bizim üçün yaxşı oldu.
- Hesabda irəli olduqdan sonra “Neftçi” çox rahatlaşdı. Bu fikirlə razısan?
- 5-ci və 12–ci dəqiqələrdə iki qol vurduqdan sonra hardasa ehtiyatlı oynamağa üstünlük verdik. Çalışırdıq ki, bu üstünlüyü ikinci yarıyadək qoruyaq. Lakin deməzdim ki, ikinci hissədə sönük oynadıq. Sadəcə, bir az sakit oynamağa çalışırdıq. Yəni, nəticəni qorumaq istəyirdik. Hazırda elə bir vəziyyət yaranıb ki, xal itkisinə yol vermək istəmirik.
- Komanda yoldaşın Ruslan Abışov avtoqola imza atdıqdan sonra çox pis olmuşdu. Fasilədə onunla nə söhbət etdiniz?
- Bu avtoqoldan sonra Ruslan özü də məyus olmuşdu. Paltardəyişmə otağında uşaqlar və hətta məşqçilər heyəti də ona ürək-dirək verərək sakitləşdirməyə çalışırdıq. Onun yerində mən və ya istənilən futbolçu ola bilərdi. Olacaqdan qaçmaq olmaz. Ruslan da peşəkar futbolçu olduğu üçün bunun öhdəsindən gəldi. Meydana çıxaraq öz işini gördü.
- Hazırda “Neftçi” 60 xalla turnir cədvəlinə başçılıq edir və ən yaxın izləyicisi “Qarabağ”dan 10 xal irəlidədir. Artıq “Neftçi”nin çempion olacağını söyləyə bilərsən?
- Çempionluğun bir addımlığındayıq. Lakin istəməzdim ki, komandada arxayınçılq yaransın. Düzdü, bizə çempion olmağımız üçün irəlidəki qarşılaşmalardan cəmi üç xal lazımdır. Lakin biz istəsək, 4 oyundan 3 yox, 10 xal da götürə bilərik. Bircə komandada arxayınçılıq olmasın. Onda inanıram ki, çempionluğu təmin edəcəyik.
- Klubun prezidenti Sadıq Sadıqovun komandadan xüsusi istəyi olubmu?
- Onsuz da Sadıq Sadıqov hər zaman bizim yanımızdadır. Heç zaman bizə öz dəstəyini əsigəmir. Lakin tapşırıq olub ki, bu həftə Lənkəranla oyunda qalib gəlib çempionluğu orada qeyd edək. Bu, həm futbolçuların, həm də rəhbərliyin istəyidir. “Xəzər Lənkəran” bizim əzəli rəqibimiz olduğu üçün istəyirik ki, onlara səfərdə qalib gəlib çempionluğu qeyd edək.
- Çərşənbə günü Azərbaycan kubokunun 1/2 finalında “İnter”i qəbul edəcəsiniz. Bu oyun barədə nə deyərdin?
- “İnter”i “Neftçi” üçün ən güclü rəqiblərdən hesab edirəm. Bilirik ki, bu dəfə rəqib uduzmamaq üçün əlindən gələni edəcək. Bu mövsüm artıq onlarla beşinci görüşümüz olacaq. Deyərdim ki, onların oyun üslubunu, taktikasını yaxşı bilirik. Çalışmalıyıq ki, rəqibin meydanında 1-2 top fərqiylə qalib gəlib təkrar görüş üçün işimizi bir az asanlaşdıraq. Ancaq hər şey 90 dəqiqənin sonunda bilinəcək.
- 1/4 final mərhələsinin “Kəpəz”lə oyununda qırmızı vərəqə aldığın üçün “İnter”lə qarşılaşmada komandanıza kömək edə bilməyəcəksən...
- Əlbəttə, bu amil mənim üçün çox üzücü oldu. Çox istəyirdim ki, yarım final görüşlərində iştirak edim. Lakin qismət olmadı. Meydanda olmasam da, stadionda uşaqların yanında olub onlara dəstək verəcəyəm.
- İlk oyunda ən pis halda hansı nəticənin komandan üçün sərfəli hesab edirsən?
- Heç-heçə. Qollu bərabərlik isə, daha yaxşı olar. Yəni çalışacağıq ki, yaxşı nəticəylə geri dönək.
Əli HƏYATİ
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi
“Cəbrayıl”ın 3 qollu qələbəsindən - Video
AVRO-2032 Türkiyədə keçirilə bilər
Millinin baş məşqçisi istefa verdi
Noyer pley-off tarixinə düşdü
"Arsenal" bu göstəricidə Avropada liderdir
“Ayaks” Avstriya klubu ilə əməkdaşlıq edəcək
Daha az maaşla klubunda qaldı
"Millini çalışdırmaq istəsə, onu dəstəkləyərdim"
“Bakı Sportinq” və “Cəbrayıl” tura qələbə ilə başladı
14 illik həsrət bitdi
Azərbaycan millisinin İspaniyadakı ilk məşqindən - Şəkillər
Matçın ən yaxşısı seçilən 40 yaşlı Noyerdən açıqlama
Daha 4 il üçün federasiya prezidenti seçildi
Növbəti mövsüm ÇL-də İngiltərənin 5 klubu iştirak edəcək
"Barselona" bu hücumçunu satacaq
"Marsel"in baş məşqçisinin evi qarət olundu
"Qarabağ"da iclas keçirildi - Şəkillər
Çempionlar Liqasında rekord qırdı
Avrokubokların oyunlarını yayımlayacaq kanallar
Son 4 mövsümün ən böyük hesabı
Azərbaycan çempionatlarının 21-ci əsrdəki rekordu yeniləndi
Azərbaycandakı amerikalıların 10-cu het-triki
Bəxtiyar Həsənalızadə: “Qələbədən başqa yolumuz yoxdur”
Arbeloa: "Münhendə "Real" qalib gələcək"
65 il sonra qayıtdılar
Avropa Liqasında 1/4 final başlayır
"Bavariya"nın Madrid zəfəri - Video
"Quba" "Şəki Siti" ilə üz-üzə
ÇL-də nəhənglərin duelləri
"Bavariya" "Real"a, "Arsenal" "Sportinq"ə qalib gəldi
6 qol və "Sabah"ın qələbəsi - Video
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
Luçesku əməliyyat oluna bilməyəcək
Qırmızı vərəqə, "Zirə"nin qaçırdığı penalti - Video
"4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik"
"Turan Tovuz"un xal itkisi - Video
"Zirə" kimi komandadan xal qazanmaq uğurdur" - Ayxan Abbasov