Bakının “İnter” klubunun müdafiəçisi İlya Kandelakinin Qol.Az saytına müsahibəsi
- Unibank Premyer Liqanın 28-ci turunda səfərdə “Neftçi”yə 1:2 hesabıyla uduzduğunuz oyun barədə fikirlərin necədir?
- Bilirdik ki, rəqib doğma meydanda daha yaxşı təsir bağışlayır. Buna görə də irəli atılaraq daha erkən qol vurmağa çalışırdıq. Lakin əksinə olaraq öz qapımızda erkən qol gördük. Ancaq ümumilikdə götürdükdə komandamızın oyunu pis alınmadı.
- Birinci yarıda oyununuz heç alınmırdı.
- Matç başlar-başlamaz 5-ci və 11-ci dəqiqələrdə qapımızdan erkən iki top buraxdıq. Açığı, biz bunu gözləmirdik. Belə olan halda komandanın özünə gəlməsi üçün vaxt lazım idi. Sonradan toparlanaraq rəqibin qapısı qarşısında xeyli təhlükəli vəziyyət yaratdıq.
- İkinci hissədə demək olar ki, topa nəzarət edən tərəf “İnter” oldu. Necə düşünürsən, bu, rəqibinizin bir qədər arxayınlaşmasından irəli gəlmirdi?
- Hesabda geri olduğumuz üçün rəqibə təziqi xeyli artırmışdıq. Lakin bunu da etiraf etmək lazımdır ki, “Neftçi” ikinci hissədə bir qədər müdafiəyə çəkilmişdi. Fikrimcə, onlar daha çox nəticəni qorumağa çalışırdılar.
- Qapınızda erkən qol buraxmağınızı məğlubiyyətin əsas səbəbi kimi göstərmək olar?
- Bəli. Həm də buraxdığımız səhvlər nəticəsində məğlub olduq. Lakin futbolda belə şeylər olur. İki qarşılaşan komandanın biri səhv buraxmazsa, digəri qalib ola bilməz.
- Turnir cədvəlinin üçüncü pilləsində qərarlaşsanız da, rəqibləriniz “Xəzər Lənkəran” və “Qəbələ” sizdən cəmi dörd xal geri qalırlar. Necə düşünürsən, hazırkı yerinizi mövsümün sonuna qədər qoruya biləcəksiniz?
- Əvvəlla, mövqeyimizi qorumaq üçün növbəti turlarda qalib gəlməyi bacarmalıyıq. Belə olan təqdirdə niyə də ki, istəyimizə nail olmayaq? Lakin indi bütünlüklə qarşıdakı kubok oyununa köklənməyə çalışırıq. Ona görə də, bu haqda danışmaq istəməzdim.
- Kubok demişkən, yenidən “Neftçi”ylə üz-üzə gələcəksiniz.
- Hər kəs yaxşı bilir ki, rəqib güclü komandadır. Hər iki komandanın növbəti mərhələyə keçmək şansları bərabərdi. Lakin ümid edirəm ki, “Neftçi”ylə bu dəfəki qarşılaşmada sevinən tərəf biz olacağıq.
Əli HƏYATİ
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu
“Milan” futbolçusunu “Komo”ya göndərdi
"Napoli" onu icarəyə verdi
“Barselona” Bakıda bu tarixdə oynayacaq!
“Sabah”ın oyunlarının təqvimi - Çempionlar Liqası
Leau "Qalatasaray"a keçidindən danışdı
"Yuventus"dan "Beşiktaş"a
“Liverpul” və “Milan”ın sabiq futbolçusu karyerasını bitirdi
"Neftçi" üçün üçün hər şeyimi verməyə hazıram"
Abubakarın yeni klubu müəyyənləşdi
Litva səfirindən Qurban Qurbanova dəstək
Azərbaycan millisinin rəqibi Türkiyə oldu
Kefini pozma, hər şey yaxşı olacaq!
Rafael Leaunun “Qalatasaray”a transferi tamamlandı
Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb
“Mançester Siti” 3 xalı 4 qolla qazandı
“Traktor”dan ardıcıl dördüncü qələbə
PSJ yenə büdrədi
Ronaldo 978-ci qolunu vurdu
“Milan” istəyinə ikinci hissədə çatdı
Nərimanın komandası ilk xalını qazandı
“Bavariya” mövsümə darmadağınla başladı
Cəlal oynadı, komandası qalib gəldi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı