Azərbaycan milli komandasının və Türkiyənin «Kocaelispor» klubunun müdafiəçisi Rəşad Sadıqovun Qol.Az saytına müsahibəsi
- Çoxları “Kocaelispor”dan uğurlu nəticə gözləsə də, son turda “Dənizlispor”a da məğlub oldunuz.
- Bilirsiniz ki, səfərdə oynayırdıq. Səfər oyunları isə ev oyunlarından fərqli olaraq həmişə ağır keçir. Dənizlidə istədiyimiz kimi oynaya bilmədik. Bununla belə, bərbad oynadığımızı da deyə bilmərəm. Pressinq elədik, qol epizodları da yaratdıq. Qolları isə standard vəziyyətlərdən buraxdıq. Onların heyətlərində 3-4 futbolçu var idi ki, boyları 190 sm idi. Buna görə hava mübarizələrdində daha üstün idilər. Amma biz sona qədər mübarizə apardıq. Top buraxdıqdan sonra bütün komanda ilə irəli gedib hesabı bərabərləşdirdik. Bundan sonra hücumlarımızı davam etdirib qələbə qolunu vurmaq istəsək də, öz qapımızdan top buraxdıq. Buna baxmayaraq, yenə hücumlarımızı davam etdirib son dəqiqələrdə penalti vurmaq hüququ qazandıq. Təəssüf ki, bu imkandan isifadə edə bilmədik və nəticədə meydanı məğlubiyyətlə tərk etməli olduq.
- Ümumiyyətlə, “Kocaelispor” son vaxtlar uğurlu çıxış edə bilmir. Bunun səbəbini nədə görürsən?
- Biz heyət baxımından digər komandalardan geri qalırıq. Çıxırıq, mübarizə aparırıq, amma, təcrübəmiz çatmır. Heyətimizdə elə futbolçular var ki, ilk dəfədir Super Liqada oynayırlar. Bundan başqa, “Qalatasaray” və “Fənərbağça” kimi komandalarla qarşılaşmada uşaqlar sərbəst olurlar. Bilirlər ki, məğlub olsalar belə, heç kim buna görə onları qınamayacaq. Amma “Ankaragücü”, “Antalyaspor”, “Dənizlispor” kimi komandalara qarşı oyunlarda mühit fərqli olur. Futbolçular həyəcan keçirirlər. Mən uşaqlarımızın oyunundan narazı deyiləm. Təkcə mən yox, Türkiyədəki bütün futbol şərhçiləri deyir ki, əgər “Kocaelispor” bu heyəti ilk dövrədə yığsaydı, indi vəziyyəti qat-qat yaxşı olardı. Bir də ən əsası bilirsiniz nədir? Bəxt. Bax bu bizdə yoxdur. Şansımız heç gətirmir. Komanda bu cür oynayır, amma nəticə fərqli olur. Son oyuna toxunduq. Bundan başqa, “Ankaragücü” ilə qarşılaşmada nə qədər qol imkanımız oldu. Amma yekunda 0:4 məğlub olduq. İndi gəl bu oyundan sonra azarkeşə başa sal ki, hesaba baxmayın, biz xeyli imkan əldə etdik, amma bəxtimiz gətirmədi. Elə “Beşiktaş”la oyunu götürək. Rəqib qapımıza 3 dəfə zərbə endirdi, üçü də qol oldu. Amma biz hesabda öndə olarkən 2-3 real şans qazansaq da, bəxt bizdən üz döndərdi.”Konyaspor” “Sivasspor”la qarşılaşmada 90 dəqiqə ərzində mərkəzi keçə bilmir, amma xal qazanır.
- Taner Güllərin zədələnməsi oyununuza təsir etdi?
- Əlbəttə. Taner Türkiyənin ən güclü hücumçularından sayılır. Onun zədələnməsi oyunumuza birbaşa təsir edir. Buna baxmayaraq, Sərdar onu layiqincə əvəzləyəcək səviyyədə olan hücumçudur. Lakin Dənizli səfərindən əvvəl atasının dünyasını dəyişməsi ona ağır zərbə oldu. Bundan başqa, Ergünün matçdan əvvəl zəhərlənməsini qeyd etmək lazımdır. Yenə deyirəm, şanssızlıq, şanssızlıq, yenə də şanssızlıq...
- İkinci dövrəyə uğurlu start verdiniz və ardıcıl qələbələr qazandınız. Amma tərslikdən ən yaxın rəqibləriniz xal itirmədi. Bunu da şanssızlıqla əlaqələndirmək olar?
- Bunun başqa adı yoxdur ki. Dünyada bu qədər futbol çempionatları var. Bu cür hal elə gərək gəlib bizi tapa? Bu da bizim bəxtimizdəndir. Gəlib Türkiyəyə düşmüşük, elə bil qeyri-adiliklər də bizi tapıb. Dünyanın harasında görünüb ki, 5 oyuna 11 xal yığasan, səfərdə “Qalatasaray” kimi rəqibi udub, “Fənərbağça”dan xal alasan, amma yenə yerindən tərpənməyəsən. Biz uduruq ki, ən yaxın rəqibimizlə aramızdakı xal fərqini azaldaq, onlar da qələbə qazanıb buna imkan vermirlər. Bir neçə tura 11 xal toplasaq da, baxırıq ki, aradakı 5 xallıq fərq yenə qalıb.
- Artıq “Kocaelispor”un əsas fiqurlarından birisən və bütün Türkiyə mediası səndən danışır. Bu mənada, sənə digər klublardan təkliflər gəlibmi?
- Hazırda mənim bütün diqqətim “Kocaelispor”a yönəlib. Açığı, hər hansı bir təklif də almamışam.
- Səncə, “Kocaelispor” elitadakı yerini qoruya biləcək?
- Çox çətindir. Qarşıda 6 oyunumuz var. Həmin oyunların heç olmasa 5-ni udmalıyıq ki, yerimizi qoruya bilək. Nə deyim? Qismət necədir, elə də olacaq.
- Millinin növbəti toplanışı üçün siyahısı açıqlanıb və sənin adın burada yoxdur.
- Bunu normal qəbul etmək lazımdır. Çünki klub yalnız rəsmi oyunlarda futbolçusunu milli komandanın düşərgəsinə buraxır. İndiki halda bizim gərgin oyunlarımız var və “Kocaelispor” millinin toplanışına getməyimə icazə verməz.
- Milli komandamız iyunda Azərbaycanda Avropa çempionu İspaniyanı qəbul edəcək. Bu cür rəqiblə qarşılaşmağımıza münasibətin necədir?
- Çox gözəl. İlk dəfə burada eşitdim ki, İspaniya ilə qarşılaşacağıq və çox sevindim. Türklərə də bu xəbəri deyəndə hamısı təəccübləndi. Amma mən dedim ki, görürsünüz, son vaxtlar Azərbaycan futboluna necə diqqət var ki, Avropa çempionu bizimlə oynamağa gəlir.
- İspaniyadan əvvəl iyunun 2-də səfərdə Türkiyə ilə yoldaşlıq, 6-da isə Uelslə Bakıda dünya çempionatının seçmə oyununu keçirəcəyik. Səncə, futbolçularımızın 10 gün ərzində üç ağır oyun keçirməyə gücü çatacaq?
- Mən elə düşünürəm ki, bu 10 gündə futbolumuzda böyük inqilab olmalıdır. Əgər qarşıdakı 3 oyundan uğurlu nəticə ilə çıxa bilməsək, iş adamlarının və klub rəhbərlərinin futbola münasibəti mənfi mənada dəyişəcək. Yox, əgər, uğurlu nəticə qazansaq, o zaman hər şey tamam fərqli olacaq və futbolumuza, klublarımıza maliyyə axını, maraq, diqqət birə-beş artacaq. Artıq uğur qazanmağın vaxtıdır. Federasiya rəhbərliyi milli komanda üçün hər cür şərait yaradıb və bunun qarşılığını vermək lazımdır. Bunu futbolçularımızın özünə də demişəm.
Renat oynadı, komandası heç-heçə etdi
"20 ili bir klubda keçirmək asan deyil"
Yevlaxda 4 qol vuruldu - Video
Enrike Ançelottiyə Braziliya millisində uğur arzulamır
"Mingəçevir"in qələbəsindən - Video
"Real" gənc müdafiəçi ilə anlaşdı
"İmişli" və "Karvan"dan heç-heçə, "Mingəçevir" qalib gəldi
Millimizin ilkin heyəti açıqlandı
1-ci liqada “Ayın qolu”nun qalibi mükafatlandırıldı
"Sumqayıt"ın kapitanı karyerasını başa vurur
UFC-nin məşhur ulduzları Bakıya gəlir
Azərbaycanlı hakimə UEFA-dan təyinat
Messi yenidən millidə
Yamal: "Xavinin sayəsində çempion olduq"
Ançelotti 1-ci, Flik 2-ci
4-cü dəfə mövsümün ən yaxşısı seçildi
Messini qabaqlayıb "Barselona"nın tarixinə düşdü
"Sabah"ın U-10 komandası Kazanda finala yüksəldi
Fatih Terimlə müqavilə uzadılacaq?
“Kəpəz”in yeni mövsümə Azər Bağırovla başlayacağı dəqiqləşdi
"Turan Tovuz"un da gəlirləri açıqlandı
"Çelsi" də yeni formalarını təqdim etdi - Şəkillər
İnfantino FİFA Konqresinə gecikdi - UEFA tənqid etdi
Azərbaycanda işləmiş məşqçi Acunun klubundan göndərildi
17 yaşlı Yamal Ronaldoya çatdı
"Fənərbaxça"da yeni müqavilə
"Real"ın futbolçusuna qarşı cinayət işi açıldı
Yamalın möhtəşəm qolu və çempionluq qələbəsi - Video
Səudiyyə Ərəbistanında çempion müəyyənləşdi
11 il sonra ilk dəfə ÇL-də oynayacaqlar
"Barselona" çempionluğu rəsmiləşdirdi
Vüsalın komandasından vacib qələbə
"Qəbələ" "Zaqatala"nı darmadağın etdi - Video
"Barselona" və "Arsenal" onu hədəflədilər
Alba "İnter Mayami" ilə yeni müqavilə imzaladı
“Dünya çempionatında üçlüyə düşmək uğur sayılacaq”
1-ci liqanın çempionu "Qəbələ" mükafatlandırıldı - Video
"Real" İspaniya millisinin oyunçusu ilə danışıqlar aparır
Orxan Məmmədov: “Bu, “Zirə” üçün böyük uğurdur”
"Sevilya"dan ayrılacağını açıqladı