“Qəbələ” klubunun baş məşqşisi Fatih Kavlakın Qol.Az saytına müsahibəsi
- Unibank Premyer Liqanın 28 turu çərçivəsində “Qarabağ”ı qəbul edəcəksiniz. Öyuna hazırlıq necə gedir?
- Yüksək səviyyədə. Komandam bu qarşılaşmaya tam hazırdı. Hətta qalib gələcəyimizi də söyləyə bilərəm. Çünki komandanın döyüşkənliyi əla səviyyədədir.
- Kubok yarışmasından kənar qalmaqla bərabər, “Bakı” və “Xəzər Lənkəran”a ard-arda məğlub olaraq böyük zərbə aldınız. Hazırda komandanın psixoloji durumu nə yerdədir?
- Düzdü, kubokda mübarizəni dayandırmağımız bizə çox pis təsir etdi. Digər tərəfdən də, ilk “altılıq” oyunlarında iki gözlənilməz məğlubiyyət almağımı, bizi daha da sarsıtdı. Çalışırdıq ki, oyunlarda bir-birinə daha yaxşı alışan heyətə üstünlük verək. Optimal heyəti qorumağa çalışırdıq. Üstəlik də mart ayında xeyli sayda oyun keçirməyimiz komandanın çıxışına mənfi təsirini göstərdi. Nəticədə də, iki oyunun nəticəsinə görə, “Qarabağ”a uduzaraq kubokda yarışmanı dəyandırdıq. Lakin komandanın psixoloji durumu artıq yaxşılığa doğru getdiyini deyə bilərəm.
- Siz əvvəllər Qarabağ”da işləmisiniz. Yəqin ki, komandanın hansı oyun üslubuna malik olduğunu da əla bilirsiniz. Buna görə, ağdamlılarla oyunda daha üstün futbol nümayiş etdirdiyinizi indidən söyləmək olar?
- “Qarabağ”ı çox yaxşı tanıyıram. Nəinki “Qarabağ”, Azərbaycan Premyer Liqasında oynayan qovan bütün klublar haqda yaxşı məlumatım var. Ağdam klubunda xeyli müddət çalışmışam. Oradakı işimin mənə faydası olduğunu etiraf etməliyəm. Lakin mənim fikrimcə, bu amillər ikinci planda qalan şeylərdi. Bir qarşılaşmada biz yaxşı oynayaraq xeyli qol imkanlarını qaçırmışıqsa, digər görüşdə üstünlük “Qarabağ”ın tərəfində olub. Bu məsələni xüsusi olaraq qabardılmağı düzgün deyil.
- Rəqibinizin hansı özəlliyi sizi narahat edir?
- Bir şeyi unutmaq lazım deyil ki, artıq dörd ildir “Qarabağ” eyni heyətə malikdi. Ona görə də rəqibin xüsusi təhlükəsi komanda oyununa üstünlük verməsidir. Bir sözlə, sabit çıxışa malik komandadır. Bir yerdə müdafiə olunub, birlikdə hücum təşkil edirlər.
- Futbolçularınızdan Luba Baranin mətbuata müsahibəsində sizdən narazı olduğunu söyləyib. Deyib ki, siz onu komandanızda görmək istəmirsiniz.
- Mən Baranin dediklərinə münasibət bildirmək istəməzdim. Onun mətbuata açıqlama verməsi öz işidi. Çünki o Baranin, mən isə Fatih Kavlakam. Lakin biz Lubanın dedikləriylə bağlı məsələni klub daxilində həll edirik.
- Baraninin sözlərinə görə, siz onu digər futbolçulardan fərqləndirirsiniz...
- Mən vaxtımı belə boş söhbətlərə ərf etmək istəmirəm. Çünki bizim qarşıda “Qarabağ”la vacib və gərgin bir matçımız var. Başa düşürəm ki, bizim futbolçu belə sözlər işlədib. Lakin nə dərəcədə haqlı olub-olmadığını özü yaxşı bilir. Birdə ki, belə olaylara görə daxildə onun barəsində lazımi ölçü götürüləcək. Yaddam çıxarmayın ki, mən bu klubun baş məşqçisiyəm. Start heyəti quran, planları cızan mənəm. Yəni Baranin belə ifadələr işlədərək “Qəbələ” klubunun adına zərbə vurması xoş hal deyil.
- Yəqin xəbəriniz var ki, FİFA əsas rəqiblərinizdən olan “Xəzər Lənkəran”ın 6 xalını silmək istəyir. Belə olan halda Avrokubok şanslarınızın bir az da artacağını söyləmək olar?
- Bu olay xoş hal deyil. Çünki, bu xal məşqçi və futbolçuların zəhməti bahasına toplanıb. Bir futbolçuya pul ödənilmədiyi üçün bu qədər xal silinməsi təsiredicidir. “Yaxşı ki, “Xəzər Lənkıran”dan xal çıxdılar bizim Avropaya getmək şanslarımız artdı” deməyimiz düzgün olmaz. Yəni onların başına gələn bu olaya görə biz sevinmirik.
Əli HƏYATİ
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu
“Milan” futbolçusunu “Komo”ya göndərdi
"Napoli" onu icarəyə verdi
“Barselona” Bakıda bu tarixdə oynayacaq!
“Sabah”ın oyunlarının təqvimi - Çempionlar Liqası
Leau "Qalatasaray"a keçidindən danışdı
"Yuventus"dan "Beşiktaş"a
“Liverpul” və “Milan”ın sabiq futbolçusu karyerasını bitirdi
"Neftçi" üçün üçün hər şeyimi verməyə hazıram"
Abubakarın yeni klubu müəyyənləşdi
Litva səfirindən Qurban Qurbanova dəstək
Azərbaycan millisinin rəqibi Türkiyə oldu
Kefini pozma, hər şey yaxşı olacaq!
Rafael Leaunun “Qalatasaray”a transferi tamamlandı
Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb
“Mançester Siti” 3 xalı 4 qolla qazandı
“Traktor”dan ardıcıl dördüncü qələbə
PSJ yenə büdrədi
Ronaldo 978-ci qolunu vurdu
“Milan” istəyinə ikinci hissədə çatdı
Nərimanın komandası ilk xalını qazandı
“Bavariya” mövsümə darmadağınla başladı
Cəlal oynadı, komandası qalib gəldi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı