“Qəbələ” klubunun qapıçısı Pavel Doroşevsin Qol.Az saytına müsahibəsi
- “Qarabağ”la bu həftə keçiriləcək oyunun hazırlıqları hansı səviyyədə gedir?
- Rəqibin səviyyəsi bizə yaxşı məlumdur. Buna görə də üzərimizdə daha çox çalışırıq. Hazırlıqlarımız çox yüksək səviyyədə gedir. “Qarabağ”ı yaxşı tanıyırıq, oyunlarını analiz etmişik.
- Son turda “Xəzər lənkəran”a məğlubiyyət avrokuboklara vəsiqə qazanmaq şansınızı azaltdı. Bu amil komandanızı sarsıtmayıb?
- Əlbəttə, “Xəzər Lənkəran”a uduzmağımız bizə çox pis təsir etdi. İki dəfə ardı-arda məğlubiyyət almağımız sarsıdıcı oldu. Lakin deməzdim ki, komandada ruh düşgünlüyü var. Artıq “Qarabağ”la oyuna köklənməyi bacarmışıq.
- Əgər “Qarabağ”a qalib gələ bilsəniz, avrokuboklara düşmək şansınızı saxlaya biləcəksiniz.
- Dünyada ölümdən başqa hər şeyə çarə var. Qarşıdakı oyunda uda da, uduza da bilərik. Məncə, hər iki komandanın şansları bərabərdir. Lakin bu görüşdə bizi yalnız qələbə qane edir.
- “Qarabağ”dan xüsusi olaraq hansı futbolçunu dəyərləndirərdin?
- Mən deyərdim ki, bu komanda qış fasiləsindən sonra hazırda ən parlaq oyunlarını göstərir. Futbolçuları sürətli və gözəl texnikaya malikdirlər. Onların içərisində isə xüsusən Əfran İsmayılov və Vaqif Cavadovu qiymətləndirərdim. Və bir də, Rəşad Sadiqovu unutmaq olmaz. Bu futbolçu istənilən an cərimə meydançasına girib istənilən qapıçını cəzalandırmaq istedadına malikdir.
- Belə məlumat yayılıb ki, avrokubok şanslarınızın azalmasına görə mükafatınızı kəsib. Bu belədir?
- Mən “Qəbələ”nin heyətində meydana təkcə pula görə çıxmıram. Bu komandaya çox bağlandığım üçün pul ikinci plana keçir. Hər qarşılaşmaya can qoymağa çalışıram. Yalnız oyundan sonra pul və başqa şeylər haqda fikirləşmək olar.
Əli HƏYATİ
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu
“Milan” futbolçusunu “Komo”ya göndərdi
"Napoli" onu icarəyə verdi
“Barselona” Bakıda bu tarixdə oynayacaq!
“Sabah”ın oyunlarının təqvimi - Çempionlar Liqası
Leau "Qalatasaray"a keçidindən danışdı
"Yuventus"dan "Beşiktaş"a
“Liverpul” və “Milan”ın sabiq futbolçusu karyerasını bitirdi
"Neftçi" üçün üçün hər şeyimi verməyə hazıram"
Abubakarın yeni klubu müəyyənləşdi
Litva səfirindən Qurban Qurbanova dəstək
Azərbaycan millisinin rəqibi Türkiyə oldu
Kefini pozma, hər şey yaxşı olacaq!
Rafael Leaunun “Qalatasaray”a transferi tamamlandı
Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb
“Mançester Siti” 3 xalı 4 qolla qazandı
“Traktor”dan ardıcıl dördüncü qələbə
PSJ yenə büdrədi
Ronaldo 978-ci qolunu vurdu
“Milan” istəyinə ikinci hissədə çatdı
Nərimanın komandası ilk xalını qazandı
“Bavariya” mövsümə darmadağınla başladı
Cəlal oynadı, komandası qalib gəldi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı