“İnter” klubununu müdafiəçisi Asif Məmmədovun Qol.Az saytına müsahibəsi
- Unibank Premyer Liqanın 28-ci turunda səfərdə “Neftçi”nin qonağı olacaqsınız. Bu görüş haqda nə deyə bilərsən?
- Bilirik ki, bizi “Neftçi” ilə çox çətin oyun gözləyir. Bu qarşılaşmanın səfərdə olması da bizim əleyhimizədir. Bu mövsüm “Neftçi” ev oyunlarının əksəriyyətində qalib gəlib. Lakin biz də səfərə yalnız qələbə arxasınca gedəcəyik. Çünki turnir cədvəlində mövqeyimiz yaxşı deyil.
- Bu qarşılaşmanın hər iki komanda üçün prinspial matç olacağı fikri ilə razısan?
- Prinspial deyəndə, artıq futbol azarkeşləri də bilir ki, çox maraqlı və gərgin görüş olacaq. Mən deyərdim ki, Azərbaycanın 4-5 ən yaxşı klublarından ikisinin dueli olacaq. Buna görə də bu matçı derbi adlandırmaq olar. Ümumiyyətlə, “Neftçi” – “İnter” arasındakı bütün qarşılaşmalar maraqlı keçib.
- Bu oyunda komandan üçün hansı nəticəyə ümid edirsən?
- İki komandanın da gücünü nəzərə alsaq, şansları əllinin-əlliyə dəyərləndirirəm. Çünki hər iki komanda yüksən yerlər uğrunda mübarizə aparır.
- Komandanız daha öncə ardıcıl qələbələr qazansa da, sonradan bunun ardı gəlmədi. Ümumiyyətlə artıq bir neçə turdu ki, qələbəyə həsrətsiniz. Səncə, bunun səbəbi nədədir?
- İlk “altılıq” sistemi olduğu üçün oyunlar çox ağır keçir. Yoxsa ki, hər şey öz qaydasında gedir. Belə şeylər hərdən olur. İki tur ardıcıl qələbə qazandıqdan sonra bir neçə oyunda məğlub olursan. İnşallah, bundan sonra qələbələlərin ardı gələr.
- Komandada bir ruh düşkünlüyü yoxdur ki?
- Xeyir, mən belə deməzdim. Sadəcə olaraq, əvvəlkinə nisbətən “İnter”in oyununda, bir az geriləmə var. Bunu bizə baş məşqçi Kaxaber Sxadadze deyib. Lakin bütün bunlara baxmayaraq, baş məşqçimiz bizə hər zaman dəstək olur. “Qarabağ”la oyunumuz pis alınmadı. İnşallah, “Neftçi” ilə istədiyimiz kimi oynumuzu ortaya qoya biləcəyik.
Əli HƏYATİ
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu
“Milan” futbolçusunu “Komo”ya göndərdi
"Napoli" onu icarəyə verdi
“Barselona” Bakıda bu tarixdə oynayacaq!
“Sabah”ın oyunlarının təqvimi - Çempionlar Liqası
Leau "Qalatasaray"a keçidindən danışdı
"Yuventus"dan "Beşiktaş"a
“Liverpul” və “Milan”ın sabiq futbolçusu karyerasını bitirdi
"Neftçi" üçün üçün hər şeyimi verməyə hazıram"
Abubakarın yeni klubu müəyyənləşdi
Litva səfirindən Qurban Qurbanova dəstək
Azərbaycan millisinin rəqibi Türkiyə oldu
Kefini pozma, hər şey yaxşı olacaq!
Rafael Leaunun “Qalatasaray”a transferi tamamlandı
Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb
“Mançester Siti” 3 xalı 4 qolla qazandı
“Traktor”dan ardıcıl dördüncü qələbə
PSJ yenə büdrədi
Ronaldo 978-ci qolunu vurdu
“Milan” istəyinə ikinci hissədə çatdı
Nərimanın komandası ilk xalını qazandı
“Bavariya” mövsümə darmadağınla başladı
Cəlal oynadı, komandası qalib gəldi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı