AZAL klubunun müdafiəçisi Aqil Nəbiyevin Qol.Az saytına müsahibəsi
- Unibank Premyer Liqanın 27 turunda evdə debütant “Sumqayıt”la oyunda heç-heçənin qeydə alınmasını nə ilə izah edərdin?
- Belə götürəndə AZAL yaxşı oynadı. Gərgin və çətin bir qarşılaşma olacağını əvvəlcədən bilirdik. Çünki bizimlə görüş “Sumqayıt”ın da elitanı tərk etməmək üçün son şanslarından biri idi. Bizdən öncə “Turan” üzərində qələbə qazanmışdılar. Lakin AZAL həmin gün qələbə qazanmağa borclu idi.
- Həmin oyunda hakim tərəfindən üç qırmızı vərəqə göstərildi ki, onlardan birini sən aldın. Həmin gün çox aqressiv görünürdün...
- Mən hakim haqda çox danışmağı xoşlamıram. Lakin bu dəfə susa bilməyəcəm. Rəqib futbolçu bizim komandanın futbolçusuna qarşı kobud oynasa da, hakim ona ikinci sarı vərəqəni göstərmədi. Mən də ona sakit şəkildə iradımı bildirdim. Və dərhal önümdə ikinci sarı, sonra isə qırmızı vərəqəni gördüm. Oyunun videoyazısına baxsanız siz də əmin ola bilərsiniz ki, ikinci sarı vərəqəni mənə hakim heçnədən göstərdi. Həmin qarşılaşmanı idarə edən Rəhim Həsənov bizim bütün matçlarımızda başımıza bu oyunu açır. Azərbaycanda yaxşı hakimlərimiz çoxdur. Lakin belələləri digər hakimlərə ləkə gətirir.
- Baş hakim Rəhim Həsənovun AZAL-la nə qəsdi-qərəzliyi ola bilər ki?
- Gərək insanın niyyəti pis olmasın. Hər bir insan səhv edə bilər. Çünki səhvsiz adam yoxdur. Baxıram ki, Rəhim Həsənov hər oyunda səhvlər edir. İstər bizim, istərsə də başqa komandaların qarşlaşmalarında. Bunu da atırlar gəncliyin və təcrübəsizliyin üstünə. Hakim gərək ədalətli olsun və insan gərək bacardığı işin qulpundan yapışsın.
- Belə çıxır ki, qələbə qazana bilməməyinizdə günahkar hakim Rəhim Həsənov olub?
- Demirəm ki, AZAL sırf hakimə görə xal itirdi. Mən təkcə onu günahlandırmıram. Nəticənin belə olmasında öz səhvlərimiz də var. Həmin oyunda komandanın istəkli olması və taktiki düzülüşü əla idi. Sadəcə olaraq, qol vəziyyətlərindən yetərincə istifadə edə bilmədik.
- AZAL-ın yeni baş məşqçisi Vaqif Sadıqov haqda nə deyərdin?
- Vaqif müəllim haqda onu söyləmək olar ki, çox təcrübəli bir məşqçidir. Rusiyanın “Anji” kimi komandasında işləmiş bir mütəxəssisdir. Demək olar ki, Vaqif müəlimlə heç vaxt iş birliyimiz olmamışdı. İlk dəfədir ki, onunla birgə işləyirəm. Vaqif müəllimin məşqlərində dayanmaq söhbəti yoxdur. Hər şey çox yüksək səviyyədə həyata keçirilir. İnanıram ki, növbəti mövsüm Vaqif Sadıqovun rəhbərliyi altında AZAL ilk üçlükdə yer alacaq.
- “Sumqayıt”la qarşılaşmadan sonrakı mətbuat konfransında Vaqif Sadıqov AZAL klubunun bəzi aparıcı üzvlərinin komandanı çətin vəziyyətə qoyduğunu bildirmişdi. Bu söz sənə də aid edilmişdi?
- Mən həmin epizodda bilərəkdən ikinci sarı vərəqəni almaq istəmirdim ki. Hər zaman komandamın uğuru üçün əlimdən gələni etməyə çalışıram. Düzdü, bilirəm ki, belə etməklə komanda yoldaşlarımı çətin vəziyyətdə qoymuşam. Lakin heç nədən qırmızı alaraq meydanı tərk etməyimin günahkarı hakimdir. Buna görə hakim Rəhim Həsənova “minnətdarlığımı” bildirirəm.
- Növbəti turda doğma meydanda “Rəvan”ı qəbul edəcəksiniz. Bu qarşılaşma barəsində nə deyərdin?
- Nəzərə almaq lazımdır ki, komandamızda itkilər var. Mənimlə bərabər cəzalı futbolçularımız da az deyil. Bununla belə komanda qələbə qazanmaq üçün meydana çıxmalıdır. Çünki baxmayaraq ki, ilk “altılığ”a vəsiqə qazana bilmədik, rəhbərlik qarşımıza hər oyunda üç xal qazanmaq vəzifəsi qoyub.
Əli HƏYATİ
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu
“Milan” futbolçusunu “Komo”ya göndərdi
"Napoli" onu icarəyə verdi
“Barselona” Bakıda bu tarixdə oynayacaq!
“Sabah”ın oyunlarının təqvimi - Çempionlar Liqası
Leau "Qalatasaray"a keçidindən danışdı
"Yuventus"dan "Beşiktaş"a
“Liverpul” və “Milan”ın sabiq futbolçusu karyerasını bitirdi
"Neftçi" üçün üçün hər şeyimi verməyə hazıram"
Abubakarın yeni klubu müəyyənləşdi
Litva səfirindən Qurban Qurbanova dəstək
Azərbaycan millisinin rəqibi Türkiyə oldu
Kefini pozma, hər şey yaxşı olacaq!
Rafael Leaunun “Qalatasaray”a transferi tamamlandı
Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb
“Mançester Siti” 3 xalı 4 qolla qazandı
“Traktor”dan ardıcıl dördüncü qələbə
PSJ yenə büdrədi
Ronaldo 978-ci qolunu vurdu
“Milan” istəyinə ikinci hissədə çatdı
Nərimanın komandası ilk xalını qazandı
“Bavariya” mövsümə darmadağınla başladı
Cəlal oynadı, komandası qalib gəldi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı