“Qəbələ” klubunun baş məşqçisi Fatih Kavlakın Qol.Az saytına müsahibəsi
- Unibank Premyer Liqanın 27-ci turu çərçivəsində doğma meydanda “Xəzər Lənkəran”a 0:1 hesabı ilə məğlub oldunuz. Bu görüş haqda fikirlərinizi bilmək istərdik...
- Bu qarşılaşmaya çox yaxşı hazırlaşmışdıq. Məqsədimiz üç xalı qazanmaq idi. Lakin erkən qol buraxdıqdan sonra ilk hissəni çox pis keçirdik. Lakin ikinci yarıda xeyli sayda real qol imkanlarımız oldu. Sadəcə olaraq bu imkanları dəyərləndirə bilmədik.
- Belə bir vacib qarşılaşmada qapınızdan erkən qol buraxacağınızı gözləyirdiniz?
- Belə erkən qol buraxmalar bizim komandada çox nadir hallarda olub. Yəni, çox və erkən qol buraxan komandalardan deyilik. Ona görə də belə olacağını gözləmirdim. Lakin futbol oyununda bu normal bir hal sayılır.
- Bəs, bu məğlubiyyətin səbəbini nədə görürsünüz?
- İlk öncə buraxdığımız erkən qolu səbəb kimi göstərə bilərəm. İkinci tərəfdən isə əlimizə düşən real imkanları qola çevirə bilmədik. Düzdü, qarşımızda “Xəzər Lənkəran” kimi bir güclü komanda var idi. Belə oyunlardan istənilən nəticə gözləmək olur. Çünki görüşdüyün rəqiblər içərisində zəifi yoxdur. Çox təəssüfflər olsun ki, bu dueldən “Qəbələ” məğlub ayrıldı.
- Futbolçularınız necə, verdiyiniz tapşırıqları yerinə yetirə bilirdi?
- Mən uşaqlardan narazı qalmadım. Baxmayaraq ki, ilk yarını istənilən kimi keçirə bilmədik. Bunu da psixoloji durumla əlaqələndirirəm. Çünki erkən buraxılan qol istənilən komandaya, futbolçulara psixoloji təsir göstərə bilir.
- Komandanızın əsas qol silahları - Dodo, Kamanan və Barton da "Xəzər Lənkəran"la oyunda heç nə ilə yadda qalmadı. Siz necə düşünürsünüz?
- Mən belə deməzdim. Hər kəs öhdəsinə düşəni etməyə çalışdı. Bəlkə də, komandamın digər qalib gəldiyimiz oyunlardan daha yaxşı təsir bağışladığını söyləyə bilərəm. Kamananın bir neçə dəfə qapıya ayaq və başla təhlükəli zərbələri oldu. Hər kəs çox çalışdı. Sadəcə olaraq üzərimizə düşən işin öhdəsindən gələ bilmədik. Ancaq bir şey də var ki, irəlidə hələ beş qarşılaşma bizi gözləyir.
- Hazırda turnir cədvəlinin 5-ci pilləsində qərarlaşmısınız. “Xəzər Lənkəran”a məğlubiyyətdən sonra Avrokuboklara çıxmaq şanslarınızın azaldığını söyləmək olar?
- Daha əvvəl də bəlli idi ki, bu, asan məsələ deyildi. "Xəzər Lənkəran"a məğlubiyyətdən sonra isə vəziyyətimiz daha da çətinləşdi. Əvvəldən bəri bu çətin missiyanın öhdəsindən gəlməyə çalışırdım. Lakin ümidimizi itirmirik. Qarşıda hələ “Qarabağ”la oyunumuz var. Çalışıram ki, yalnız bu görüş haqda düşünək. Unutmaq lazım deyil ki, ilk “altılıq” oyunlarında bütün komandalar uduza və ya xal itirə bilər. Çoxları “Xəzər Lənkəran”ın iki həftə öncə ikinci ola bilməyəcəyini düşünürdü. Lakin hazırda onlar turnir cədvəlinin ikinci pilləsində qərarlaşıblar. Bir sözlə, çətin olsa da, Avrokuboklara vəsiqə qazanmaq şanslarımız hələ də qalır.
- Komandanın kapitanı Mahir Şükürovla bağlı nə deyə bilərsiz. Ümumiyyətlə, onun son turlar göstərdiyi oyundan razısınızmı?
- Mən Mahirin çıxışından razı olmasam, onu meydana buraxmaram. Son bir neçə turdur ki, meydana əli qırıq halda çıxır. Bütün oyunlarda komandasının uğuru üçün əlindən gələni etdiyini düşünürəm.
Əli HƏYATİ
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu
“Milan” futbolçusunu “Komo”ya göndərdi
"Napoli" onu icarəyə verdi
“Barselona” Bakıda bu tarixdə oynayacaq!
“Sabah”ın oyunlarının təqvimi - Çempionlar Liqası
Leau "Qalatasaray"a keçidindən danışdı
"Yuventus"dan "Beşiktaş"a
“Liverpul” və “Milan”ın sabiq futbolçusu karyerasını bitirdi
"Neftçi" üçün üçün hər şeyimi verməyə hazıram"
Abubakarın yeni klubu müəyyənləşdi
Litva səfirindən Qurban Qurbanova dəstək
Azərbaycan millisinin rəqibi Türkiyə oldu
Kefini pozma, hər şey yaxşı olacaq!
Rafael Leaunun “Qalatasaray”a transferi tamamlandı
Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb
“Mançester Siti” 3 xalı 4 qolla qazandı
“Traktor”dan ardıcıl dördüncü qələbə
PSJ yenə büdrədi
Ronaldo 978-ci qolunu vurdu
“Milan” istəyinə ikinci hissədə çatdı
Nərimanın komandası ilk xalını qazandı
“Bavariya” mövsümə darmadağınla başladı
Cəlal oynadı, komandası qalib gəldi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı