"Bakı" klubunun yarımmüdafiəçisi Elvin Məmmədovun Qol.Az saytına müsahibəsi
- Sabah səfərdə Unibank Premyer Liqanın lideri “Neftçi” ilə qarşılaşacaqsınız. Bu oyunla bağlı fikirlərini öyrənək...
- Əlbəttə ki, bizim üçün çox çətin bir matç olacağını düşünürəm. Lakin biz də, səfərə məğlub olmağa getməyəcəyik. Çoxları deyir ki, “Bakı” ilk “altılıq”dan Avrokuboklara vəsiqə qazanmaq şanslarını itirib. Ancaq bu, belə deyil. Düzdü, Avropaya çıxmağımız üçün ən real variant ölkə kubokudur. Buna baxmayaraq, ilk “altılıq”da maksimum güc sərf edərək, nəyə qadir olduğumuzu sübut etmək istəyirik.
- Son zamanlar belə fikirlər səslənir ki, “Bakı” bütün gücünü kubok yarışmasına sərf edərsə, Avrokuboklara vəsiqə qazanmaq şanslarını xeyli artıracaq. Sən bu fikirlə razısan?
- Bu deyilənlərin həqiqət olduğunu söyləmək olar. Ölkə kubokunda artıq 1/4 final mərhələsinə qədər irəliləmişik. Qarşıda isə bizi iki çətin oyunlar gözləyir. Lakin hər iki cəbhədə istəyimizə nail ola biləcəyimizi düşünürəm. Məncə, hər iki cəbhədə mübarizə aparmaq potensialına maliyik.
- Sabahkı rəqibiniz “Neftçi”də sizi çəkindirəcək xüsusi bir amil varmı?
- İlk olaraq, onu deyim ki, uzun müddət bir yerdə top qovan futbolçuların cəmləşdiyi komandalar daha yaxşı nəticə göstərir. Bu cəhətdən rəqibimizin üstünlüyünü qeyd edə bilərəm. Həmçinin, “Neftçi” kollektiv oyuna üstünlük verən bir komandadır. Bir də ki, rəqib stabil oyun göstərir. Hər şeyə rəğmən, komandamı onlardan zəif hesab etmirəm.
- Rəqibin heyətində hansı müdafiəçilərin sabahkı qarşılaşmada sənə çətinlik yarada biləcəyini düşünürsən?
- Düzdü, müdafiəçi mövqeyində çıxış edənlərin demək olar ki, hamısı milli komandanın üzvüdürlər. Xüsusi olaraq, Ruslan Abışov və Rail Məlikovu vurğuluyardım. Legionerlərdən isə İqor Mitrevski istənilən hücumçunun qarşısını ala biləcək bir müdafiəçidir. Ən azından o, bir çox tanınmış klublarda forma geyinib və böyük təcrübəyə malikdir. Lakin bir söz deyə bilərəm ki, müdafiə nə qədər güclü olsa belə, bizim də vəzifəmiz onları yarmaqdır. Bu mənada əlimdən gələni edəcəm. Bir də ki, “Neftçi” məğlubedilməz komanda deyil.
- Baş məşqçiniz Novruz Əzimovun sözlərinə görə, onun verdiyi tapşırıqların heç 50 faizini komanda yerinə yetirmir. Bu, həqiqətən də belədir?
- Noruz müəllimin sözlərində həqiqət var. Ancaq bir şeyi xatırlatmaq istəyirəm ki, komandanın heyətinə bir neçə yeni futbolçu gəlib. Bu, xəttlərarası əlaqəni 1-3 aya düzəltmək mümkün deyil. Komandada uzun müddətli iş getməlidir.
Əli HƏYATİ
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu
“Milan” futbolçusunu “Komo”ya göndərdi
"Napoli" onu icarəyə verdi
“Barselona” Bakıda bu tarixdə oynayacaq!
“Sabah”ın oyunlarının təqvimi - Çempionlar Liqası
Leau "Qalatasaray"a keçidindən danışdı
"Yuventus"dan "Beşiktaş"a
“Liverpul” və “Milan”ın sabiq futbolçusu karyerasını bitirdi
"Neftçi" üçün üçün hər şeyimi verməyə hazıram"
Abubakarın yeni klubu müəyyənləşdi
Litva səfirindən Qurban Qurbanova dəstək
Azərbaycan millisinin rəqibi Türkiyə oldu
Kefini pozma, hər şey yaxşı olacaq!
Rafael Leaunun “Qalatasaray”a transferi tamamlandı
Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb
“Mançester Siti” 3 xalı 4 qolla qazandı
“Traktor”dan ardıcıl dördüncü qələbə
PSJ yenə büdrədi
Ronaldo 978-ci qolunu vurdu
“Milan” istəyinə ikinci hissədə çatdı
Nərimanın komandası ilk xalını qazandı
“Bavariya” mövsümə darmadağınla başladı
Cəlal oynadı, komandası qalib gəldi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı