“Neftçi” klubunun qapıçısı Rauf Mehdiyevin Qol.Az saytına müsahibəsi
- Bazar günü doğma meydanda “Bakı”nı qəbul edəcəksiniz. Komandazın hazırlıq prosesi necə gedir?
- “Bakı” bizim üçün çox ciddi rəqibdir. Xüsusən də, sonuncu turda “Qəbələ”ni məğlub etmələri buna sübutdur. Starkovun gedişindən sonra komandanı Novruz Əzimov götürüb. Artıq “Bakı”nın normal futbol oynadığının şahidi oluruq. Ona görə də bu qarşılaşmaya çox məsuliyyətli yanaşırıq. Məşqlərimizdə də bunu görmək mümkündür. Belə bir oyunda xal itirmək olmaz.
- Əgər qalib gələ bilməsəniz çempionluq şanslarınızın xeyli azalacağınızı düşünmürsən?
- Futbolda hər şey ola bilər. Ancaq onu deyim ki, biz meydana uduzmaq üçün çıxmırıq. Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Ümumiyyətlə, hər şey özümüzdən asılıdır. Bunun üçün daha da əzmkarlıq göstərməliyik. Qarşıda hələ altı tur var. Çempionatın sonuna 1-2 tur qalmış kimin çempion olacağına aydınlıq gələcək. Ona görə də, “Bakı”ya məğlub olsaq belə, çempionluq şanslarımızın azalacağını düşünmürəm.
- Son zamanlar “Bakı”nın özünə gələrək “Xəzər Lənkəran”və “Qəbələ”ni məğlub etməsi sizi narahat etmir?
- Xeyr. Əksinə, bu, bizi məşqlərdə daha çox çalışmağımıza kömək edir. Baxmayaraq ki, ən yaxın rəqibimizi beş xal fəırqiylə qabaqlayırıq, bunu özümüz üçün bir xal hesab sayırıq. Belə etməklə qarşıdakı oyunlara özümüzü iki qat motivasiya edirik.
- Rəqibinizin hansı xüsusi kefiyyətlərindən ehtiyat edirsiniz?
- “Bakı” elə bir komandadır ki, həm müdəfiədə, həm də hücumda yaxşı təsir bağışlayır. Mən xüsusən onların hücum xəttlərini daha çox təhlükəli hesab edərdim. Xüsusilə onların hücumdakı ən sərrast futbolçuları Uinston Parks və təcrübəli Kokeni vurğulamaq istərdim.
- “Neftçi” çempionluq yolunda daha çox kimi əsas rəqib görür?
- İlk əvvəl demək istəyirəm ki, beş xal elə bir üstünlük deyil. Ona görə də ilk “altılıq”da istənilən komanda bizə ciddi rəqibdir. Lakin ən real rəqiblərimiz kimi “Qarabağ” ,”İnter” və “Xəzər Lənkəran”ı göstərmək olar.
- “Neftçi”də qapını gah sən, gah da Saşa Stamenkoviç qoruyur. Bu, rəqabətin güclü olmasına görədir, yoxsa?..
- Bəli, rəqabət çox güclüdür. Hansı qarşılaşmada kimin qapını qoruyacağı qabaqcadan məlum olmur. Bunu yalnız oyuna bir saat qalmış bilirik. Ona görə də hər ikimiz məşqlərdə yüksək səviyyədə çalışırıq. Bu, sağlam bir rəqabətdir. Başqa bir şey ola da bilməz.
Əli HƏYATİ
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu
“Milan” futbolçusunu “Komo”ya göndərdi
"Napoli" onu icarəyə verdi
“Barselona” Bakıda bu tarixdə oynayacaq!
“Sabah”ın oyunlarının təqvimi - Çempionlar Liqası
Leau "Qalatasaray"a keçidindən danışdı
"Yuventus"dan "Beşiktaş"a
“Liverpul” və “Milan”ın sabiq futbolçusu karyerasını bitirdi
"Neftçi" üçün üçün hər şeyimi verməyə hazıram"
Abubakarın yeni klubu müəyyənləşdi
Litva səfirindən Qurban Qurbanova dəstək
Azərbaycan millisinin rəqibi Türkiyə oldu
Kefini pozma, hər şey yaxşı olacaq!
Rafael Leaunun “Qalatasaray”a transferi tamamlandı
Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb
“Mançester Siti” 3 xalı 4 qolla qazandı
“Traktor”dan ardıcıl dördüncü qələbə
PSJ yenə büdrədi
Ronaldo 978-ci qolunu vurdu
“Milan” istəyinə ikinci hissədə çatdı
Nərimanın komandası ilk xalını qazandı
“Bavariya” mövsümə darmadağınla başladı
Cəlal oynadı, komandası qalib gəldi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı