“Qarabağ” klubunun yarımmüdafiəçisi Əfran İsmayılovun Qol.Az saytına müsahibəsi
- Unibank Premyer Liqanın 26-cı turun öz meydanınızda “Neftçi”ylə heç-heçə etməyiniz narazılıq doğurub. Bu oyunda qələbə qazana bilməməyinizə səbəb nə oldu?
- Qələbə qazana bilməməyimizin səbəni odur ki, futbolda belə şeylər baş verir. Belə oyunlarda istənilən nəticə qeydə alına bilər. Qol vurmaq üçün şanslarımız olsa da, təəssüf ki, bunlardan istifadə edə bilmədik. Belə götürəndə də biz liderə qarşı oynayırdıq. Onlardan bir xal götürmək də bizim üçün vacibdir. Düzdü, öz meydanımızda oynadığımız üçün istəyirdik ki, üç xal qazanaq. Nəzərəalmaq lazımdır ki, səfərdə “Neftçi”ylə hələ bir oyunumuz durur.
- “Neftçi”ylə oyunda qonaqların bir xal qazandığı, “Qarabağ”ın isə iki xal itirdiyi fikrilə razısan?
- Nə bilim, vallah, dəqiq demək çətindir. Düzdü, əgər qalib gəlsəydik, “Neftçi”ylə xal fərqini ikiyə endirəcəkdik. Bu zaman çempionluq şanslarımız daha da artacaqdı. Rəqib özü irəli atılmamaqla bərabər bizə də hücuma keçməyə imkan vermirdi. Bundan sonra öz futbolumuzu nümayiş etdirərək rəqiblərimizin də xal itirməsini gözləyəcəyik. Çalışacağıq ki, qarşıdakı altı oyundan yaxşı nəticə qazanaq.
- “Nefrçi”ylə oyundan sonra belə bir fikir formalaşıb ki, “Qarabağ” çempion olmaq istəmir. Sən necə düşünürsən?
- Hansı komanda çempion olmaq istəməz ki?!. Biz bunun üçün əlimizdən gələni edirik. Əgər istəməsək, oyunlara qələbə üçün çıxmarıq. Bunlar boş söhbətlərdir. Çalışırıq ki, belə həvəsdən salan şayiələrə əhəmiyyət verməyək. Həmçinin biz hər bir oyuna ayrıca köklənməyə çalışırıq.
- Bəs, nəyə görə “Neftçi”ylə qarşılaşmada komandanız həvəsiz oynayırdı? Sanki “Qarabağ”da əzmkarlıq çatmırdı.
- Əvəlla, hər iki komanda bir qədər ehtiyyatlı oynamağa çalışırdı. Bizdən çox rəqibə səfərdə bir xal qazanmaq sərf etdiyi üçün onlar müdafiəyə diqqət yetirirdi. Əzmkarlığa gəlincə, i ola bilsin, üç gündən bir oyun keçirməyimiz bizə təsir edib. Çünki istər-istəməz futbolçularda yorğunluq əmələ gəlir. Lakin deməzdim ki, qarşılaşma bütünlüklə sönük keçdi.
- Komanda yoldaşın Rauf Əliyevin son vaxtlar formasından uzaq düşüb. Elə “Neftçi”ylə oyunda da heç nə ilə yadda qalmadı...
- Mən Rauf Əliyevi Azərbaycanın ən yaxşı hücumçularından biri hesab edirəm. Bəlkə də, elə birincisi odu. “Neftçi”ylə oyunda qol vura bilməsə də, pis təsir bağışlamadı. Futbolçu karyerasında belə hallar qaçılmaz olur. Buna görə futbolçunu sıxışdırmaq düzgün olmazdı. Hər halda Raufun çıxışıyla bağlı onun özünə bu sualı ünvanlasaydınız, daha yaxşı olardı.
Əli HƏYATİ
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu
“Milan” futbolçusunu “Komo”ya göndərdi
"Napoli" onu icarəyə verdi
“Barselona” Bakıda bu tarixdə oynayacaq!
“Sabah”ın oyunlarının təqvimi - Çempionlar Liqası
Leau "Qalatasaray"a keçidindən danışdı
"Yuventus"dan "Beşiktaş"a
“Liverpul” və “Milan”ın sabiq futbolçusu karyerasını bitirdi
"Neftçi" üçün üçün hər şeyimi verməyə hazıram"
Abubakarın yeni klubu müəyyənləşdi
Litva səfirindən Qurban Qurbanova dəstək
Azərbaycan millisinin rəqibi Türkiyə oldu
Kefini pozma, hər şey yaxşı olacaq!
Rafael Leaunun “Qalatasaray”a transferi tamamlandı
Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb
“Mançester Siti” 3 xalı 4 qolla qazandı
“Traktor”dan ardıcıl dördüncü qələbə
PSJ yenə büdrədi
Ronaldo 978-ci qolunu vurdu
“Milan” istəyinə ikinci hissədə çatdı
Nərimanın komandası ilk xalını qazandı
“Bavariya” mövsümə darmadağınla başladı
Cəlal oynadı, komandası qalib gəldi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı