“Xəzər Lənkəran” klubunun sabiq baş məşqçisi Cüneyt Biçərin Qol.Az saytına müsahibəsi
- “Xəzər Lənkəran”ın son oyunlarına baxmısınızmı?
- Komandadan ayrıldıqdan sonra “Xəzər Lənkəran”ın keçirdiyi son oyunları izləyə bilməmişəm. Şəxsi işlərimlə əlaqədar bir qədər məşğul idim. Düşünürəm ki, “Xəzər Lənkəran”ın son çıxışlarını dəyərləndirməyim düzgün olmazdı. Yalnız onu deməliyəm ki, Yunis Hüseynov hər mətbuat konfransında komandanın fiziki durumundan gileylənir. Mən onun bu fikirləri ilə razı deyiləm. Mənim rəhbərliyim altında “Xəzər Lənkəran” keçirdiyi 8 oyunda 15-16 qol vurub. Əgər protokollara nəzər salsanız, görəcəksiniz ki, həmin qolları 11 fərqli oyunçu vurub. Fiziki durumu zəif olan bir komandanın 8 oyuna 15 qol vurması mümkün deyil. Komandadan ayrılmağımdan isə təxminən 15 günə yaxın bir vaxt keçib. Belə çıxır ki, bu fiziki problemlər son 15 gündə yarandı? Hüseynov daima problemin fiziki cəhətlə bağlı olduğuna işarə edir. Mən bununla razııaşmıram.
- “Xəzər Lənkəran” dünən öz meydanında “İnter”lə bərabərə qalaraq (1:1) ölkə kubokunda mübarizəni dayandırdı. Bunu necə qarşıladınız?
- “Xəzər Lənkəran”ın son oyunlarda qələbə qazana bilməməsini şanssızlıq olaraq dəyərləndirirəm. Mənə dedilər ki, hesab bərabərləşdikdən sonra komanda iki real qol imkanından yararlana bilməyib. Ümumi götürdükdə isə çətin bir dönəmdir. “Xəzər Lənkəran” artıq mövsüm ərzində üçüncü baş məşqçi ilə çalışır. Ümid edirəm ki, qısa zamanda hər şey qaydasına düşəcək.
- Əgər komanda son oyunlara sizin rəhbərliyiniz altında çıxsaydı, fərqli nəticələr qeydə alına bilərdimi?
- Bu barədə nəsə demək düzgün deyil. Bəlkə daha yaxşı olardı, yaxud da əksinə. Sadəcə mən “Xəzər Lənkəran”ın rəhbərliyim altında uğursuz çıxış etməsi fikri ilə razılaşmıram.
- Bəs, siz getdikdən sonra əldə olunan nəticələri uğursuzluq kimi qiymətləndirmək olarmı?
- Bunu mən deyə bilmərəm. Rəhbərlik özü bu məsələni dəyərləndirməlidir.
- Baş məşqçi vəzifəsindən kənarlaşdırıldıqdan sonra “Xəzər Lənkəran” klubunu da tərk etmək barəsində düşünmüsünüzmü?
- Mənim “Xəzər Lənkəran”da hazırki vəzifəm uşaq futbolu koordinatorluğudur. Prezidentimiz Mais Mənsimov mənə klubda işimi davam etdirməyi təklif etdi. Həmişə ona hörmətlə yanaşmışam. Mənə göstərdiyi hörmətin qarşılığında eyni ehtiramı mən də ona göstərməliyəm. İstənilən halda “Xəzər Lənkəran”a gəlmə səbəbim uşaq futbolu ilə bağlı olub. Bundan sonra necə olacağı ilə bağlı qərara gəlməmişəm. Rəhbərliklə klubdan ayrılmaq, yaxud əksinə işimi gələcəkdə davam etdirmək barədə hər hansı söhbətim olmayıb.
- Baş məşqçi postundan ayrıldıqdan sonra klub rəhbərliyinə qarşı hər hansı bir incikliyiniz yarandımı?
- Əgər aramızda hər hansı bir narazıçılıq olsaydı, niyə mən hələ də “Xəzər Lənkəran”da çalışıram? Əgər küsmüşəmsə, mən burda işimi davam etdirmərəm. Bir daha təkrarlamaq istəyirəm ki, klubun prezidenti Mais Mənsimova böyük hörmətim var. Hətta “Xəzər Lənkəran”dan ayrılsam belə, bizim aramızda hər hansı bir problemin yaranacağına inanmıram.
- Yəqin razılaşarsınız ki, hər bir məşqçi əsas komandanın baş məşqçi vəzifəsində çalışmaq istəyir. Bu baxımdan gələcəklə bağlı planlarınız necədir?
- Əlbəttə ki, planlarım arasında hansısa bir klubda baş məşqçi kimi çalışmaq var. Bunu heç bir zaman gizlətməmişəm. Mən bu çempionatda bir kubok qazanmışam. “Xəzər Lənkəran” kimi komandada 8 oyundan 5 qalibiyyət əldə etmişəm. Mən öz əməyimlə bu işi bacardığımı sübut etmişəm. Mənim kimi bir insanın gələcəkdə hər hansı bir kluba baş məşqçilik etməməsi doğru olmaz.
Ümid AYXAN
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026