“Neftçi” klubunun hücumçusu Bahadır Nəsimov dünən “Kəpəz”ə qarşı keçirilmiş kubok oyunu, bu həftə “Qarabağ”la keçiriləcəkləri qarşılaşmayla bağlı Qol.Az saytının suallarını cavablandırıb
- Ölkə kubokunun 1/4 final mərhələsinin təkrar görüşündə “Kəpəz”lə 1:1 hesabıyla bərabərə qaldınız. Komandanız bu mövsüm ən zəif oyunlarından birini keçirdi. Buna səbəb nə oldu?
- Əsas oyunçularımızın bir çoxunun heyətdə yer almaması öz sözünü dedi. Məncə, bu amil xüsusi olaraq rol oynadı. Birdə rəqib səfərdə oynadığı üçün yaxşı müdafiə olunur və daha çox əks hücumlara bel bağlayırdı. Ona görə də birinci hissədə oyunumuz istədiyimiz kimi alınmadı. Bununla belə, onların da qol vurmaq üçün kifayət qədər imkanları oldu.
- Bu həftə Unibank Premyer Liqanın 26-cı turunda səfərdə “Qarabağ”ın qonağı olacaqsınız. Həmin görüşdə heç-heçə sizin üçün yaxşı nəticə hesab olunacaq?
- Onsuz da, hər oyunda meydana qələbə üçün çıxırıq. Onları da məğlub etməyə çalışacağıq. Ən əsas məsələ isə uduzmamaqdır.
Mən demirəm ki, biz səfərə bərabərlik üçün gedirik. Əlbəttə, üç xal bizim üçün hava-su kimi vacibdir. Lakin ən pis halda belə ilk “altılıq”da bir xal qızıla bərarər hesab olunur. Ümumilikdə götürəndə, kim güclüdürsə, o da qalib gələcək.
- Dünənki “Qarabağ”- “Qəbələ” qarşılaşmasında güclü hücum xəttinə malik olan qonaqlar belə, Ağdam klubunun müdafiə xəttini yarmaqda çətinlik çəkirdi. Bu amil sizi narahat etmir ki?
- “Qarabağ”ın müdafiəçilərindən qorxsaydıq, futbol oynamazdıq. Düzdü, sizin qeyd etdiyiniz kimi, rəqibin güclü müdafiə xətti var. Misal kimi, Rəşad Sadıqov və Admir Telinin adlarını çəkə bilərəm. Lakin mən nə Rəşaddan çəkinirəm, nə də Telidən. Əlimdən gələni edəcəyəm ki, qol vurum.
- Səfərdə məğlub olacağınız təqdirdə “Qarabağ”la xal fərqiniz ikiyə enəcək. Belə olan halda isə çempion olmaq şanslarınız azalacaq.
- İndi turnir cədvəlində elə bir vəziyyət yaranıb ki, istənilən komanda liderliyə yüksələ bilər. Hətta indi beşinci pillədə qərarlaşan “Qəbələ” komandasının 3 -4 oyun məğlub olmasa liderliyi ələ keçirməsi mümkündür. Lakin biz də buna imkan verməməliyik. Öz oyunumuzu ortaya qoyaraq, qalib gəlməyə çalışmalıyıq. Buna görə də bir qalibiyyət və ya bir məğlubiyyətlə kimin çempion olacağını söyləmək düzgün olmaz.
- Baş məşqçiniz Böyükağa Hacıyevin son vaxtlar yerli və legioner futbolçuların bəziləriylə yola getmədiyi söylənilir. Bu, doğrudur?
- Mən belə bir faktın şahidi olmamışam. Məşqlərdə mehribançılıq olur. Oyun zamanı məşqçi və futbolçu arasında gərginlik olsa belə, meydanda qalır. Əgər baş məşqçi kimisə əvəzləyirsə, deməli, belə məsləhətdir.
- Belə fikirlər də var ki, baş məşqçiniz Denis Silva, Saşa Stamenkoviç kimi futbolçuları ehtiyyatda saxlayaraq cəzalandırır. Bir gün sənin də başına belə olayın gələcəyindən çəkinmirsən?
- Mən niyə də qorxmalıyam ki? Əgər özümə güvənirəmsə, heç nədən çəkinməməliyəm. Birdə, zəif oyun göstərirsənsə, ehtiyatda qalacasan. Bu, hər bir futbolçunun başına gələ bilər. Həm də seçimi baş məşqçi edir. Bu səlahiyyət ona aiddir.
Əli HƏYATİ
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu
“Milan” futbolçusunu “Komo”ya göndərdi
"Napoli" onu icarəyə verdi
“Barselona” Bakıda bu tarixdə oynayacaq!
“Sabah”ın oyunlarının təqvimi - Çempionlar Liqası
Leau "Qalatasaray"a keçidindən danışdı
"Yuventus"dan "Beşiktaş"a
“Liverpul” və “Milan”ın sabiq futbolçusu karyerasını bitirdi
"Neftçi" üçün üçün hər şeyimi verməyə hazıram"
Abubakarın yeni klubu müəyyənləşdi
Litva səfirindən Qurban Qurbanova dəstək
Azərbaycan millisinin rəqibi Türkiyə oldu
Kefini pozma, hər şey yaxşı olacaq!
Rafael Leaunun “Qalatasaray”a transferi tamamlandı
Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb
“Mançester Siti” 3 xalı 4 qolla qazandı
“Traktor”dan ardıcıl dördüncü qələbə
PSJ yenə büdrədi
Ronaldo 978-ci qolunu vurdu
“Milan” istəyinə ikinci hissədə çatdı
Nərimanın komandası ilk xalını qazandı
“Bavariya” mövsümə darmadağınla başladı
Cəlal oynadı, komandası qalib gəldi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı